İrinli Sızanaqların müalicəsi

İrinli Sızanaqlar nədir? Bütün növ sızanaqlar məsamələrin tıxanması nəticəsində yaranır. Bakteriyalar məsamələrə daxil olduqda, ağrı, qızartı və şişkinliyə səbəb olan İrinli Sızanaqlar baş verir. İrinli Sızanaqları aradan qaldırmaq üçün heç vaxt sızanaqları sıxmayın və dərinizi təmiz saxlayın. Xoşagəlməz görünüşünə görə sızanaqlara ediləcək ani müdaxilələr dəridə qalıcı çapıqlar qoya bilər. Sızanaqları sıxmaq infeksiyaya səbəb ola bilər. […]

İmpetiqo xəstəliyi

İmpetiqo, pustulalar və bal rəngli qabıqlı eroziyalarla səciyyələnən ümumi, səthi, yüksək yoluxucu bakterial dəri infeksiyasıdır. Epidermisin səthi təbəqələrinə təsir göstərir, adətən Staphylococcus aureus  və Streptococcus pyogenes (A qrupu beta – hemolitik streptokoklar) səbəb olur. Yaraların və ya digər dəri səpgilərinin eyni patogenlərlə ikincil infeksiyası “impetiginizasiya” adlanır. İmpetiqo xəstəliyi kimlərə təsir edir? İmpetiqo, ən çox uşaqlara […]

Hormonal Sızanaqlar

Hormonal Sızanaqlar nədir? Hormonal Sızanaqlar, reproduktiv hormonların dəyişməsi nəticəsində yaranan sızanaqlar üçün termindir. Hormonal Sızanaqlar, yetkinlik dövründə açıq və qapalı iltihabsız komedonlardan (qara və ağ nöqtələr) tutmuş ağrılı kistalara qədər dəyişən sızanaqlarla müşahidə olunur. Hormonal Sızanaqlar məsamələri bağlayan və sızanaqlara səbəb olan sebumun (dəri vəzilərindəki yağlı maddə) həddindən artıq istehsalı ilə əlaqələndirilir. Hormonal Sızanaqlar, yetkin […]

Ksantelazma

Ksantelazma nədir? Ksantelazma – göz qapağının dərisində lokallaşan yastı ksantomadır. Ksantomalar – lipidlərin dəridə və başqa toxumalarda toplanması nəticəsində yaranır. Ksantomalar sarı-qəhvəyi, çəhrayı və ya narıncı rəngdə törəmələrdir. Bunlar ləkə (yastı ksantomalar), düyüncüklər (eruptiv ksantomalar), lövhəciklər (ksantelazma), düyünlər (qabaran ksantomalar) və ya infiltratlar (vətər ksantomaları) şəklində rast gəlirlər. Ksantomalar ksantom hüceyrələrin yığılması nəticəsində yaranır. Əksər […]

Sədəf Xəstəliyi (Psoriaz)

Sədəf xəstəliyi, çəhrayı-qırmızı, bir qədər tüklü fonda ağ, qalın, parlaq və quru kəpək əmələ gəldiyinə görə xalq arasında sədəf adlanan dəri xəstəliyidir. Sədəf (psoriaz) xəstəliyi zamanı dəri özünü sürətlə yeniləyir. Qeyd edək ki, sağlam dəridə dəri özünü 3-4 həftədən bir yeniləyir. Xroniki dəri problemi olan sədəf xəstəliyi xəstənin həyatı boyu davam edir, müəyyən dövrlərdə təsirləri […]

Uşaqlarda Saç Tökülməsi

Saç tökülməsi yalnız böyüklərdə baş verən sağlamlıq problemi deyil. Saç tökülməsi yeni doğulmuş körpələr də daxil olmaqla, uşaqlarda və yeniyetmələrdə də baş verə bilər. Bu, bir çox hallarda normal proses olsa da, bəzən hansısa xəstəlik nəticəsində baş verir. Saç tökülməsi həm saçın, dərinin problemi, həm də hansısa xəstəliyin əlaməti də ola bilər. Xüsusilə beş yaşdan […]

Perioral Dermatit

Perioral Dermatit – ağızətrafı dəridə məhdud eritema, papula (qovuqcuq),  pustula (irinlik) şəklində təzahür edən iltihabi xəstəlikdir. Vəziyyət daha çox (90% -i) gənc qadınlarda müşahidə olunur, lakin kişilərə də təsir edə bilər. Xəstəliyin ilkin əlamətlərinə qırmızımtıl papula və papulo-pustulyoz dəyişikliklər aiddir. Onlar ağız ətrafında, həmçinin yanaq və burunda əmələ gəlir. Tək-tək hallarda gözətrafı nahiyə zədələnir. Üzdəki […]

Genetik xəstəliklər

Dərimizin rəngi, quruluşu, fiziki və kimyəvi travmalara reaksiyası, mikroorqanizmlər, xəstəliklərə qarşı həssaslığı genlərimizin nəzarəti altındadır. Bir çox dəri xəstəlikləri; psoriaz və atopik dermatit kimi genetik xəstəliklərdir. Ancaq bu xəstəliklərdə təkcə genlərimiz deyil, ətraf mühit faktorları da rol oynayır. Ətraf mühit faktorlarının təsiri olmadan genetik quruluşumuzun yaratdığı dəri xəstəlikləri “Genetik yolla keçən dəri xəstəlikləri; Genodermatoz” deyilir. […]

Qırmızı Qurd Eşənəyi (Lupus) xəstəliyi

Lupus xəstəliyi, digər adları ilə Lupus Erythematosus və Qırmızı Qurd Eşənəyi xəstəliyi bədənin bir çox orqanına təsir edən revmatik xəstəlikdir. Autoimmun xəstəliklər sinfində qiymətləndirilən Lupus meydana gəldiyində birbaşa immun sistemini hədəf alır. Bu zaman immun sistemi cari funksiyasını yerinə yetirə bilmir və öz hüceyrələrini tanıya bilmir. Dəridə, xüsusən də üzdə kəpənək formasında qırmızı səpgilər olan […]

Dəridə qaşınma nədən xəbər verir?

Qaşınma bütün bədəndə və ya müəyyən nahiyyələrdə baş verə bilər. Bu vəziyyət həm psixoloji, həm də bəzi xəstəliklərin əlaməti ola bilər. Qaşınmaya nəzarət edilməməsi əsas xəstəliyin irəliləməsinə, dəri problemlərinə, yuxusuzluğa və hətta depressiyaya səbəb ola bilər. İnsanın həyat keyfiyyətinin aşağı düşməsinə və bəzi hallarda özünü sosial həyatdan təcrid etməsinə səbəb ola bilər. Qaşınmanın səbəbini tam […]

error: Məlumatların kopyalanması qadağandır!