İrinli Sızanaqlar kimlərə təsir edir?

İrinli Sızanaqların müalicəsi

İrinli Sızanaqların müalicəsi

İrinli Sızanaqlar nədir?

Bütün növ sızanaqlar məsamələrin tıxanması nəticəsində yaranır. Bakteriyalar məsamələrə daxil olduqda, ağrı, qızartı və şişkinliyə səbəb olan İrinli Sızanaqlar baş verir. İrinli Sızanaqları aradan qaldırmaq üçün heç vaxt sızanaqları sıxmayın və dərinizi təmiz saxlayın. Xoşagəlməz görünüşünə görə sızanaqlara ediləcək ani müdaxilələr dəridə qalıcı çapıqlar qoya bilər. Sızanaqları sıxmaq infeksiyaya səbəb ola bilər.

İrinli Sızanaqların yüngül forması evdə isti kompres və yerli kremlərdən istifadə edərək müalicə edə bilərsiniz. Ancaq sızanaqlarda ağrı və ya şişkinlik şiddətlidirsə və ya sızanaq gözünüzün yaxınlığındadırsa, dəri həkiminə müraciət edin. Bəzi infeksiyalar antibiotik tələb edir ki, onlar dermatoloq həkimin nəzarətində istifadə edilməlidir.

İrinli Sızanaqlar kimlərə təsir edir?

İrinli Sızanaqlar hər kəsə təsir edə bilər. Lakin irinli sızanaqlara daha çox yeniyetmələrdə və yetkinlik dövründən keçən gənclərdə rast gəlinir. Sızanaq hər yaşda irinli sızanaqlara çevrilə bilər.

Kistik sızanaq və düyünlü sızanaq adlanan ağır tipli sızanaqları olan insanların irinli sızanaqlara yoluxma riski daha yüksəkdir. Bu şərtlər dərinin dərinliklərində ağrılı düyünlərin əmələ gəlməsinə səbəb olur. İrinli Sızanaqlar həmçinin dərinin səthində görünə bilər.

Əgər sizdə rosacea (çəhrayı sızanaq) varsa, irinli sızanaq riski arta bilər. Rozasea xəstəliyi, üz dərisində qızartılı və irinli səpgilərə səbəb olan xroniki dəri xəstəliyidir.

İrinli Sızanaqların növləri

  • Böyük ağrılı qırmızı düyünlər. Dəridə ləkələr və ya çapıqlar kimi fəsadlara səbəb ola bilərlər.
  • Kistik sızanaqlar irinli sızanaqların ən ağır növüdür. Onlar dərinin dərinliklərində baş verən iri, yumşaq, ağrılı, qırmızı və ya ağ qabarlardır. Onlar irinlə dolu olub, çox ağrılı olurlar. Nodular sızanaqlarda olduğu kimi kistik sızanaqlar da dəridə çapıqlar və ya ləkələr kimi fəsadlara səbəb ola bilər.

İrinli Sızanaqların səbəbləri

  • Bir sızanağın iltihablanmasının ən çox yayılmış səbəbi onu sıxmaqdır. Bu zaman sızanaq açıq qalır və xarici qoruyucu təbəqəsi olmadan iltihablanması çox asandır. Sızanaqlarınıza yuyulmamış əllərlə toxunmaq da bakteriyaları onlara ötürə və onları daha da yoluxdura bilər.
  • Stafilokok adlı bakterial infeksiya irinli sızanaqlara səbəb ola bilər.
  • Propionibacterium kimi tanınan başqa bir bakteriya təbii olaraq dərimizdə mövcuddur. Lakin məsamələr tıxandıqda çoxalaraq infeksiyaya səbəb ola bilər.

İrinli Sızanaqlar hansı simptomlarla müşahidə olunur?

İrinli Sızanaqların əlamətlərinə aşağıdakılar daxildir:

  • Tipik bir sızanaqdan daha böyük olan sızanaq
  • Qızdırma və ya yorğunluq
  • Səpgidən axı (irin)
  • Sızanaqda və ətrafında ağrı və ya narahatlıq (ağrı şiddətli ola bilər)
  • Səpgi olan nahiyədə şişkinlik, iltihab və ya qızartı
  • Yüngül formalı sızanaq müalicələri ilə təmizlənməyən sızanaq

İrinli Sızanaqların diaqnozu

İrinli Sızanaqların əlamətlərini özünüz tanıya bilərsiniz. Sızanaqda və ətrafında ağrı və şişkinlik şiddətlidirsə və ya sağalmayan sızanağınız varsa, bir dermatoloqa (dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkimə) müraciət etməlisiniz.

İrinli Sızanaqların diaqnozu təcrübəli dəri həkimi – dermatoloq tərəfindən anamnez və fiziki müayinə əsasında qoyulur. Dəri həkimi irindən nümunə götürə və infeksiyaları araşdırmaq üçün laboratoriyaya göndərə bilər.

İrinli Sızanaqların müalicəsi

İrinli Sızanaqlar yayıla və təmizləndikdən sonra dəridə ləkələr vəya çapıqlar qoya bilər, ona görə də vaxtında təcrübəli dermatoloq tərəfindən təyin olunan müalicəyə başlamaq tövsiyə olunur. Sızanağın növündən asılı olmayaraq, görüləcək ilk tədbir uyğun sızanaq əleyhinə məhsullarla dəriyə gündəlik qulluq göstərməkdir. Yağlanma nəzarət altına alındıqda və ya sızanaqlar təmizləndikdə belə düzgün dəri qulluğu və müalicə dayandırılmamalıdır.

Dermokosmetik Məhsullar

İrinli sızanaqların müalicəsi üçün çoxlu sayda müxtəlif dermokosmetik məhsullar mövcuddur.

Aşağıdakı məlumatların işığında siz bu məhsullarda ən çox rast gəlinən üç əsas inqrediyentlə tanış ola bilərsiniz;

  • Benzoil peroksid: Bu komponent sızanaqların inkişafında mühüm rol oynayan P. Acnes adlı bakteriyaları azaldaraq, irinli sızanaqları təmizləyir. Bəzi insanların dərisini quruda və qıcıqlandıra bilər.
  • Salisilik turşu: Bu maddə dərinin səthində sebum ilə birləşərək məsamələri bağlayan ölü hüceyrələrin məsamələrdən atılmasını təmin edir. Bu şəkildə məsamələrin dərinliklərində olan ölü hüceyrələr dəridən təmizlənir. O, həmçinin irinli sızanaq səpgilərini azaldır və onların yenidən əmələ gəlməsinin qarşısını alır. Salisilik turşu bütün dəriyə tətbiq oluna bilər, lakin dərinin kifayət qədər nəmləndirilməlidir. Çünki bu tərkib zamanla quruluğa səbəb ola bilər.
  • Kükürd: Qeyri-iltihablı sızanaqların müalicəsində effektiv nəticə verir. İrinli Sızanaqların yaxşılaşmasına təsir edir, lakin müalicəsi baxımından çox da kömək etməyəcəkdir.

Dəriyə qulluq rutininizə salisilik turşu və benzoil peroksid tərkibli təmizləyici məhsullar əlavə etməklə başlaya bilərsiniz. Dəyişiklik hiss etməyiniz bir neçə ay çəkə bilər. Unutmayın ki, xüsusilə çox yayılan və təkrarlanan irinli sızanaqlar yuxarıda sadalanan tərkibli dəriyə qulluq məhsullarına cavab verməyə bilər. Üç ay keçməsinə baxmayarq heç bir dəyişiklik hiss etməsəniz, bir dermatoloqa müraciət etməyinizi tövsiyə edirik.

Dərman Müalicələri

İrinli Sızanaqların simptomlarından asılı olaraq, dermatoloq aşağıdakı dərmanlar və ya yerli sızanaq kremlərindən birini və ya birləşməsini təyin edə bilər;

  • Yerli Retinoidlər: Retinoidlər ölü dəri hüceyrələrini təmizləyən güclü A vitamini törəmələridir. Retinoidlər qızartı və soyulmaya səbəb olmaqla yanaşı, dərinizi UV şüalarına daha həssas edir. Buna görə də retinoidlərdən istifadə edərkən günəşdən qoruyucu vasitələrdən istifadə etdiyinizə əmin olun.
  • İzotretinoin: A vitaminindən əldə edilən bu vasitə sızanaqlar üçün ən təsirli müalicələrdən biridir. İzotretinoin bir sıra yan təsirlərə səbəb ola bilər. Bu səbəbdən, digər yerli və ya sistemli müalicələrə cavab verməyən və ya çox şiddətli irinli kistik sızanaqlar üçün təyin edilir.
  • Ağızdan qəbul edilən antibiotiklər: İrinli sızanaqların müalicəsi üçün dermatoloq gündəlik istifadə üçün olan dəriyə qulluq məhsulları və yerli müalicə ilə birlikdə bir sıra ağızdan qəbul edilən antibiotiklər də təyin edə bilər.
  • Yerli antibiotiklər: Oral antibiotiklər qədər güclü olmadığı üçün daha yüngül sızanaq növlərində daha effektivdirlər.
  • Hormon müalicəsi: Bəzi irinli sızanaqlar hormon balanssızlığından qaynaqlanır. Belə hallarda dermatoloq hormon tənzimləyən dərman preparatları təyin edə bilər.

Dəriyə Qulluq

Yuxarıda qeyd olunan irinli sızanaqların müalicə üsullarından maksimum nəticə əldə etmək üçün dermatoloqun verdiyi dəriyə qulluq tövsiyələrinə əməl edin;

  • Hər hansı bir sızanaq səpgisini sıxmağa çalışmamalısınız, bu xüsusilə irinli sızanaqlar üçün vacibdir. Bunu etmək həm iltihabı artırır, həm də çapıqlara səbəb ola bilər.
  • Səhər və axşam üzünüzü zərif, qıcıqlandırıcı olmayan gel əsaslı təmizləyici ilə yuyun.
  • Qara nöqtələr və məsamə genişliyi problemi şiddətlidirsə, yuduqdan sonra tonik, həftəlik maska və ya pilinq təsirli məhsullarla dərini dərindən təmizləyin.
  • Məşqdən dərhal sonra duş qəbul edin.
  • Təmizləmə rutininizi nəmləndirici ilə tamamlayın. Digər tərəfdən nəmləndiricilərin tez-tez və çox istifadəsi də sızanaqları artıra bilər. Xüsusilə quru nahiyələrə az miqdarda tətbiq edin.
  • Hər gün günəşdən qoruyucu krem və ya nəmləndirici istifadə edin. Bu, dərinizi UV şüalarından qorumaqla birlikdə, dərinizi günəşə daha həssas edən retinoidlər və ya digər müalicələrin çox mühüm mərhələsidir.
  • Əgər makiyaj edəcəksinizsə, məsamələrinizi tıxamayacaq və sızanaqlarınızı daha da ağırlaşdırmayacaq yağsız məhsulları istifadə edin.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!