Trixologiya

Trixologiya

Trixologiya

Trixologiya dermatologiyanın saç və baş dərisi xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan sahəsidir. Sözün hərfi mənası “trichos”- tük, saç, “loqos”- elm deməkdir.

Kişi tipli saç tökülməsi & PRP terapiya ilə müalicəsi

Trixoloq kimdir?

Trixoloq – saç və baş dərisi xətəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan mütəxəssisdir.

Trixologiya hansı xəstəlikləri əhatə edir?

Bu siyahı çox genişdir. Saç və baş dərisi xəstəlikləri ümumiyyətlə nəzərəçarpan xarici dəyişikliklər şəklində özünü göstərir:

  • keçəllik (alopesiya) – tam, qismən və ya ocaqlı;
  • erkən ağarma;
  • yağlı seboreya – getdikcə artan yağlılıq;
  • quru seboreya – zəif, kövrək, quru və cansız saçlar;
  • kəpək, zəif saç, zəif uzanma;
  • yoluxucu xəstəliklər və parazitlər – liken, bit, dərialtı gənə.

Saç və baş dərisi xəstəliklərini yaradan patoloji amillər

Trixoloq təkcə saç və ya baş dərisinin sağlamlığını araşdırmır. Aşağıdakı səbəbləri də araşdırır:

  1. Metabolik xəstəliklər;
  2. Hormonal disbalans;
  3. Həzm problemləri;
  4. Yaşla bağlı dəyişikliklər;
  5. Avitaminoz;
  6. Dəri xəstəlikləri;
  7. Yoluxucu xəstəliklər.

Saç tökülməsi

Saç tökülməsi insanlarda böyük narahatlıq yaradır. Onun səbəbi və müalicəsi ilə bağlı çoxlu yanlış fikirlər var. Ən çox rast gəlinən saç tökülməsi növü olan kişi tipli keçəlliyə kişilər ilə yanaşı qadınlarda da tez-tez rast gəlirik. Trixoloq saç tökülməsi probleminin fiziki və psixoloji səbəblərini araşdıraraq müalicəyə kömək edir. Kişi tipli keçəlliyi olan kişi və qadınlara hormon terapiyası tətbiqinə də ehtiyac vardır.

Baş dərisi xəstəlikləri

İltihabi vəziyyətlərdən kəpəyə kimi müxtəlif növ problemləri əhatə edir. Stress, kəskin pəhriz və ya müəyyən qidalar, hətta bəzi allergiya növü ölü dəri hüceyrələrinin yığılması və tökülməsinə səbəb ola bilir. Saç və baş dərisinin həddindən artıq yağlanması da bu narahatlıqlar arasındadır.

Saç toxuması problemləri

Saçın quruluşu ilə bağlı problemlərə istiyə və ya güclü kimyəvi maddələrə məruz qalma, stress kimi psixoloji faktorlar səbəb ola bilər. Saç toxuması problemlərini səbəbləri müəyyən etdikdən sonra müvafiq müalicə ilə tamamilə aradan qaldıra bilirik.

Trixologiyada müalicə metodları

Trixologiya geniş müalicə metodlarından istifadə edən sahədir. Xəstəliyə müvafiq dərmanlar və homeopatik vasitələr, bitki mənşəli tinktura, müxtəlif məhsullardan hazırlanan maskalar təyin edirik. Bundan əlavə, fizioterapevtik metodlar – masaj, mezoterapiya, ozon terapiyası, akupunktur, müxtəlif dietalar da müalicənin bir hissəsini təşkil edə bilir. Çətin hallarda cərrahi müalicə tətbiqinə ehtiyac yaranır. Bu, saç əkimi prosedurudur.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!