Lazer prosedurları

Lazer prosedurları və lazer texnologiyaları

Lazer prosedurları və lazer texnologiyaları

Təsirli, təhlükəsiz və rahat olduğu üçün dəri xəstəliklərinin müalicəsi və kosmetik prosedurlarda tez-tez lazer texnologiyalarından istifadə edirik. Müalicəyədavamlı dırnaq göbələkləri, günəşin zədələməsi nəticəsində yaranan dəri ləkələri və şişləri, kapilyar, sızanaq və sızanaq çapıqları, qırışların müalicəsi və s. buraya daxildir.

Dərinin lazerlə cavanlaşması. Bu lazer müalicəsində dərinin üst qatının regenerasiyası və  kollagen quruluşunun yenilənməsi baş  verir. Dərinin cavan görünməsi, bərpası və dartılması üçün tətbiq edirik. Lazerin dalğa uzunluqlarını dəri tipinə əsasən seçirik.

Ləkə, çil və dəri tonu fərqlərinin lazer ilə müalicəsi. Q-keçidli lazer ilə həyata keçirdiyimiz müalicə növüdür. Seansların təkrarlanmasına ehtiyac yarana bilər.

Sızanaq və hamiləlik çatlarının lazer ilə müalicəsi. Bu da Q-keçidli lazer ilə müalicə prosesidir. Adətən təkrari seanslara ehtiyac olur.

Lazer ilə kapilyar müalicəsi: Bu zaman kapilyar lazerini damara tətbiq edirik. Damar büzülür və tədricən yox olur. Rosacea xəstəliyinin müalicəsində də effektivdir. Həmçinin üz və ayaqlardakı kapilyarlar, xallar, anadangəlmə zədələnmələrdə istifadə edirik. Damar patologiyalarında lazerin dalğa uzunluğu dərinin dərin nahiyələrinə çatmasa, müalicə effektiv olmayacaq. Bu proseslər üçün millisaniyəlik impuls eni olan lazer və ya IPL cihazları istifadə edilməlidir. Həmin lazer növləri mümkün qədər soyutma cihazları və enerjinin azaldılması ilə birlikdə istifadə edilməlidir.
Kapilyar müalicədə istifadə olunan lazer növləri aşağıdakılardır:

  1. Uzun impulslu Nd-yağ lazer 1064 nm
  2. PDL lazer 585-600 nm
  3. Mis-bromid lazer 511-578 nm
  4. Diod lazer 800-900 nm
  5. İntensiv impulslu işıq (IPL) 500-1200 nm
  6. Aleksandrit lazer 755 nm
  7. KTP lazer 532 nm

Döymənin lazer ilə silinməsi. Təkrarlanan seanslar şəklində olan bu müalicələrdə Q-keçidli lazerdən istifadə edirik.

Xoşxassəli şişlərin lazer ilə çıxarılması. Bu, fərqli tezliklərdə lazer ilə müalicə üsuludur.

Lazer karbon pilinqi. Bu müalicə növünü dəriyə karbon kremi sürtdükdən sonra Q-keçidli lazer ilə həyata keçiririk. Dərinin üst təbəqəsindəki qüsurları aradan qaldırır və onu canlandırır. Məsamələri daraldaraq sızanaq və çapıqların sağalmasına kömək edir.

Aleksandrit lazer ilə epilyasiya. Qabaqcıl texnologiyaya malik bu tip lazerdə lazer işığı ilə tüklərin kökləri məhv edilir. Seansların intervalları 5-6 həftə olmalıdır. Epilyasiya nahiyəsindən və insanın tük quruluşundan asılı olaraq 5 və ya 8 seans ilə uğurlu nəticə əldə edilir.

Dodaq nahiyyəsində olan xalın (venous lake) lazer ilə yandırılması
Dəri səthində olan xalın lazer ilə yandırılması 

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!