Sızanaq ləkələrinə qarşı müalicə üsulu

Üzdəki sızanaq ləkələrinə qarşı ən effektiv krem və maskalar

Üzdəki sızanaq ləkələrinə qarşı ən effektiv krem və maskalar

Sızanaq ləkələri insanı estetik baxımdan narahat edən bir dəri problemidir. Düzgün olmayan müalicə və ya şəxs tərəfindən sızanaqların mütəmadi sıxılması nəticəsində yaranır. Bu ləkələr günəşə məruz qaldıqda tündləşir və qalıcı olur. Daha çox yeniyetməlik dövründəki hormonal dəyişikliklərin fəsadı olmaqla yanaşı sonrakı yaş qruplarında da kifayət qədər rastladığımız problemdir. Məqaləmizdə sizə üzdəki sızanaq ləkələrinin təmizlənməsi üçün effektiv üsullardan bəhs edəcəyik. Buraya həm krem, həm də müxtəlif maskalar daxildir.

Sızanaq ləkələri üçün kremlər

Üzdəki sızanaq ləkələrinin təmizlənməsi səbr tələb edən bir prosesdir. İstifadə etdiyiniz üsulu bəzən nəticə alana kimi, bəzən isə müəyyən zaman daxilində etməyiniz lazımdır. Əvvəlcə sizləri ən effektiv bir neçə krem ilə tanış edək.

Hidroxinon tərkibli kremlər

Sızanaq ləkələrini aradan qaldıran bu kremlər həm də günəş ləkələrinə qarşı effektivdir. 4% və 2%-li formaları vardır. Dərinin həssaslığına görə dəyişən hidroxinon kremləri ağır ləkələri belə aparmaqda təsirlidir.

Tretinoin tərkibli kremlər

Bu kremləri A vitamininin dəriyə tətbiq edilə bilən forması adlandıra bilərik. Üzdəki sızanaq ləklərinin təmizlənməsində effektiv nəticələr göstərir. Bununla yanaşı iltihabı da azaldır və dəri hüceyrələrini qidalandıraraq bərpasını sürətləndirir. Piqment ləkələri əmələ gətirə bilər deyə SPF krem ilə birgə istifadə etmək lazımdır.

Sızanaq ləkələri üçün maskalar

Sızanaq ləkələri üçün ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz ən effektiv maskalara nəzər salaq.

Yaşıl çay maskası

  • 1 çay qaşığı bal
  • 1 çay qaşığı alma sirkəsi
  • 2 çay qaşığı dəmlənmiş yaşıl çay

Bütün tərkib hissələrini qarışdırıb krem qatılığına gətirin. Üzdəki sızanaq ləkələrinə çəkin. 20 dəqiqə gözlədikdən sonra dərini ilıq su ilə təmizləyin.

Vəziyyətdən asılı olaraq 1-2 həftə ərzində gündə bir dəfə bunu təkrarlayıb sızanaq ləkələrini yox edə bilərsiniz.

Aloe vera maskası

Sızanaq ləkələri üçün maskalar arasında ən təsirli bir digəri də aloe vera geli ilə hazırlanandır. Belə ki, yarpaqdan geli çıxarın. Ya tək şəkildə, yaxud bir çay qaşığı bal ilə qarışdırıb üzə çəkin. Maskanı 20 dəqiqə saxlayın və sonra yuyun. Həftədə 2-3 dəfə tətbiq etmək olar.

Cəfəri maskası

  • 1 ovuc təmiz cəfəri (petruşka)
  • 2/3 stəkan  təmiz su
  • Aldığı qədər düyü unu                                                   

Cəfərini saplaqları ilə birgə qaynadıb suyunu süzün. İlıqlananda krem qatılığına gələnədək düyü unu ilə qarışdırın. Üzdəki sızanaq ləkələrinin təmizlənməsi üçün 20 dəqiqə saxlayıb yuyun. Həftədə 2-3 dəfə təkrarlaya bilərsiniz.

Sızanaq ləkələri üçün maskalardan istifadə etməzdən öncə biləyinizdə test edin.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!