Kosmetologiya

Kosmetik Dermatologiya (Kosmetologiya)

Kosmetik Dermatologiya (Kosmetologiya)

Dəri sağlamlığının qorunması və onun gözəlləşməsi üçün tətbiq etdiyimiz bütün qeyri-cərrahi prosedurlar kosmetik dermatologiya sahəsinə aiddir. Buraya demək olar ki, hər kəsə məlum botoks, dolğu, mezoterapiya, kimyəvi pilinq və s. daxildir.

Kosmetik Dermatoloji (Kosmetoloji) Prosedurlar

Botoks

Qırışları hamarlaşdırmaq, daha dartılmış və gənc görünüş yaratmaq üçün Chlostridium Botulinum adlı bakteriyadan alınan toksinləri dəriyə yeridirik.

Qazayağı (gözətrafı qırışlar), alın, qaş və boyun kimi nahiyələrdə bu üsul ilə möhtəşəm görünüş əldə etmək olar. Prosedur təxminən 10-15 dəqiqə çəkir. Ən əsası hamilə və südverən qadınlardan başqa demək olar ki, hər kəs üçün botoks icazəlidir. Hətta ovuciçi, ayaqaltı və qoltuqaltı tərləmələrin müalicəsi belə bu texnikanın köməyi ilə mümkündür.

Mezoterapiya

Proseduradan dərini cavanlaşdırmaq, sellülit, çatlar, günəş ləkələri və saç tökülməsi kimi bir çox xəstəliyin müalicəsi üçün istifadə edirik. Əvəlcə nahiyəyə keyidici krem çəkib 30-40 dəqiqə gözləyirik. Krem tamamilə dəriyə hopduqdan sonra prosedur  başlayır. Xüsusi iynə ucları ilə kiçik və ardıcıl inyeksiyalar edirik. Mezoterapiyanı 15-20 dəqiqədə tamamlayırıq. Prosedurdan sonra şəxsə uyğun baxım kremləri veririk. Mezoterapiyada istifadə etdiyimiz vasitələr təbii bitki ekstraktları, homeopatik maddələr, vitamin-minerallar və amin turşularıdır.

Dolğu

Dolğu proseduru estetik gözəllik qazandıran xüsusi inyeksiya müalicəsidir. Səthi və dərin qırışları, çuxurları aradan qaldırmaq, üzdə ehtiyac olan nahiyələri həcmləndirmək üçün istifadə edirik. Prosedur zamanı fərqli tipdə dolğu maddələrini dəri altına yeridirik. Ən çox üstünlük verdiyimiz hialuron turşusu tərkibli məhlullardır. Hazırda dolğunu burunkənarı çökəkliyi doldurmaq və dodaq qalınlaşdırmada (həcmləndirmədə) daha çox tətbiq edirik. Qalıcılığı orqanizmə görə subyektiv olaraq dəyişməklə 6-12 aya bərabərdir.

Kimyəvi pilinq

Bu metod ilə dəri qatlarına müxtəlif tərkibli məhlullar, əsasən turşular yeridərək soyulmasını təmin edirik. Arzuolunmaz ləkə, dəri boşalması, sızanaq izlərini aradan qaldırmaq, dərini canlandırmaq kimyəvi pilinq hesabına mümkündür. Prosedur zamanı turşuların təsirindən epidermis və dermanın müəyyən təbəqələri soyulur, oradakı defektlər aradan qalxır. Sonrakı mərhələdə dərinin bərpası stimulə olur, nəticədə yeni və cavan hüceyrələr ilə əvəzlənir.

PRP müalicəsi

PRP – trombositlər ilə zənginləşmiş plazma terapiyasının qısa adıdır. Şəxsdən az miqdarda qan alırıq. Xüsusi cihazda trombositlər ilə zəngin plazma əldə edir və onu dəriyə yeridirik. Səthi qırış, çapıq, ləkə, çatlar və saç tökülməsini aradan qaldırmaqda effektivdir. PRP müalicəsində insanın öz qanından istifadə etdiyimiz üçün hər hansı bir allergik reaksiya baş vermir. Proseduru 4-6 həftə ara ilə 3-4 seans etmək məsləhətdir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!