Akne ləkələri üçün pilinq

Akne ləkələri üçün pilinq

Akne ləkələri üçün pilinq

Akne ləkələrinə qarşı müxtəlif təbii və kimyəvi prosedurlar mövcuddur. Sizlərə bunlardan biri haqqında məlumat verəcəyik.

Daha ürəkaçan nəticəni məhz akne lekeleri ucun pilinq prosedurunun köməyi ilə əldə etmək mümkündür. Pilinq ölü hüceyrələri kənarlaşdırıb dərini canlı, parlaq, ləkəsiz və hamar hala gətirir.

Dərinin yenilənməsinə əsaslanan baxım və müalicə metodlarının tətbiqi qədim Misir dövrünə gedib çıxır. Hazırda ən çox istifadə etdiyimiz və ən təsirli üsullardan biri akne ləkələri üçün kimyəvi pilinqdir.

Akne Vulgaris müalicəsi

Akne ləkələri üçün kimyəvi pilinq nədir?

Akne ləkələri üçün kimyəvi pilinq dəri təbəqələrinin xüsusi üsul ilə soyulması prosedurudur. Birdən çox kimyəvi maddənin köməyi ilə həyata keçiririk.

Akne lekeleri ucun kimyəvi pilinqi üç fərqli kateqoriyada tətbiq edirik:

  • Səthi kimyəvi pilinq
  • Orta dərinlikdə kimyəvi pilinq
  • Dərin kimyəvi pilinq

Kimyəvi pilinq başqa hansı dəri problemləri üçün tətbiq olunur?

  • Melazma
  • Qırış
  • Dəri yağlılığı
  • Çil
  • Acne vulgaris (sızanaq)
  • Post akne çapıqlar
  • Seborik keratoz
  • Aktinik keratoz
  • Lentiqo (yaşlılıq ləkəsi)

Akne ləkələri üçün kimyəvi pilinqdən əvvəl nələrə diqqət etməli?

Akne ləkələri üçün kimyəvi pilinqdən əvvəl dərinin yaxşıca müayinəsi lazımdır. Dəri səthində olan bəzi problemlər ilə əlaqədar akne lekeleri ucun kimyəvi pilinq prosesi faydadan çox zərər verə bilər. Ona görə də dermatoloq həkimin ətraflı müayinəsi mütləqdir. Kimyəvi pilinqdən öncə diqqət edilməyi lazım olan əsas məqamlar:

  • Dəridə açıq yaranın olub-olmaması
  • Pasiyentin aspirin və ya salisil turşusuna qarşı allergiyasının olub-olmaması
  • Siqaret çəkib-çəkməməsi
  • Son bir il ərzində dəriyə kimyəvi pilinq proseduru tətbiq edilib?
  • Son bir il ərzində üzdə hər hansı cərrahi prosedurun icrası olub?
  • Dərinin həssaslığı nə dərəcədədir?
  • Pasiyentin yarasağalma prosesi, ağrıya dözümü necədir?
  • Antikoaqulyant (laxtalanma əleyhinə) dərman istifadə edir?
  • Radioterapiya proseduru keçib?
  • Günəş işığına həddən artıq məruzqalma riski varmı?

Kimyəvi pilinqdən ən azı bir həftə əvvəl saça qalıcı buruq və rəngləmə proseduru etdirmək olmaz. Prosedur üçün yaz və qış ayları daha məqsədəuyğundur. Dərinin günəş şüaları ilə təmasından mümkün qədər qaçınmaq məsləhətdir. Əks halda dəri yanığı baş verə bilər.

Akne ləkələri üçün səthi pilinq

Akne ləkələri üçün səthi kimyəvi pilinq digər prosedurlar ilə müqayisədə ən yüngülüdür. Epidermisin buynuz təbəqəsinə təsir edir. Prosedur zamanı meyvə turşuları – qlikol, fitin, süd turşu və s. istifadə edirik.

Bu turşuların köməyi ilə dərinin ən üst qatında yüngül soyulma və yenilənmə prosesi gedir. Dərin olmayan akne lekeleri üçün pilinq belə həyata keçirilir.

Akne ləkələri üçün orta səviyyəli pilinq

Akne lekeleri ucun orta səviyyəli pilinq zamanı trixlorsirkə turşusu (TCA) və beta-hidroksi turşu qrupundan olan salisil turşusundan istifadə edirik.

Bu soyma prosedurundan sonra üzdəki qızartı bir müddət qala bilər. Lakin bu çox təbii və keçici haldır. Daha sonra dərinin rəngi qırmızıdan qəhvəyiyə çevrilir. Bir neçə gün ərzində isə həmin dəri tökülməyə başlayır.

Akne lekeleri ucun orta səviyyəli kimyəvi pilinqin yaxşılaşma dövrü təqribən bir həftə davam edir. Bu müddət ərzində dəri mütləq təmiz saxlanmalı və günəş şüalarına məruz qalmamalıdır. Dərini yuduqdan sonra nəmləndirmək vacibdir.

Akne ləkələri üçün dərin pilinq

Akne ləkələri üçün dərin kimyəvi pilinq zamanı dəridə daha genişmiqyaslı proses gedir. Kimyəvi pilinqin bu növü ilə çətin gedən, dərin ləkləri müalicə etmək mümkündür.

Olduqca effektli olan prosedur digər kimyəvi pilinq növlərinə nisbətən ağrılı keçir. Bu səbəbdən akne lekeleri ucun dərin pilinq zamanı lokal anesteziyadan istifadə edirik. Yaxşılaşma prosesindən sonra dəri qızartısının getməsi bir neçə ay zaman ala bilər.

Akne ləkələri üçün kimyəvi pilinq necə tətbiq olunur?

Əvvəlcə dermatoloqunuzun tövsiyə etdiyi bəzi analizlərdən keçərək prosedura başlaryırsınız. Analiz nəticələrinə əsasən dəri üçün uyğun müalicə üsulu təyin edilir. Daha sonra akne lekeleri ucun kimyəvi pilinq tətbiqi başlayır.

Əvvəlcə dəriyə pilinqin növünə görə kimyəvi maye çəkirik. Daha sonra maye qısa müddət ərzində dərinin alt qatlarına sorulur. Baş verən soyulma həmin maddə hesabına olur.

Üzdə həssas nahiyələr vardır ki, onların həddindən artıq soyulmasının qarşısını almaq üçün vazelinəbənzər kremlərdən istifadə etmək lazımdır.

Prosedur zamanı qulaq və gözləri pambıq disklər ilə örtürük.  Akne ləkələri üçün kimyəvi pilinq zamanı ilk növbədə aşağı dozalı məhlulları qaba qoyub tez bir zamanda tətbiq edirik. Xüsusi kimyəvi məhlulu dəriyə bərabər miqdarda pilinq məhlulu ilə birlikdə diqqətlə çəkirik. Lakin daha tünd ləkə nahiyəsi üçün bu nisbət dəyişə bilər. Məhlulu dəridə bir müddət saxlayıb təmizləyirik. Bundan sonra soyulma prosesi başlayır.

Akne ləkələri üçün kimyəvi pilinq təhlükəsiz prosedurdur. Tətbiqindən sonra dərini xüsusi məhlullardan istifadə edərək təmizləyirik: sprey şəklində bir mayeni pasiyentin üzünə püskürdüb silirik.

Bu maddə dəridə köpükləndikdən sonra üzdə kimyəvi maddə qalmayana qədər təmizləmə aparırıq. Yəni lazım gələrsə, prosesi təkrarlayırıq. Sual yarana bilər ki, kimyəvi maddənin tamamilə təmizlənməyindən necə əmin ola bilərik? Çox sadədir: dəridə köpüklənmə yaranmadıqda bundan əmin oluruq. Daha sonra dəriyə qidalandırıcı krem ​​çəkirik. Pasiyent gündəlik şəkildə qidalandırıcı krem ​​istifadəsinə davam etməlidir. Əgər günəşə çıxmaq lazım gələrsə, bu qidalandırıcı kremin üzərinə günəşdən qoruyucu krem ​​də çəkilməlidir.

Akne ləkələri üçün kimyəvi pilinq neçə seansa həyata keçirilir?

Akne ləkələri üçün pilinqin növü, nə üçün istifadəsi və pasiyentdən asılı olaraq seans sayı da müxtəlif olur.

Ortalama nəticələr aşağıdakı kimidir:

  • Səthi kimyəvi pilinq – 2-4 həftə fasilə ilə 4-8 seans
  • Orta dərinlikli kimyəvi pilinq 2-4 ay fasilə ilə 2-4 seans
  • Dərin kimyəvi pilinqdə isə adətən tək seans kifayət edir.

Akne lekeleri ucun kimyəvi pilinq seanslarının müddəti müalicə səthinin ölçüsündən asılı olaraq 30-60 dəqiqə arasında dəyişir.

Post akne çapıqların lazer ilə müalicəsi

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!