Post akne çapıqların müalicəsi

Post akne çapıqların müalicəsi

Post akne çapıqların müalicəsi

Post akne çapıqların müalicəsi üçün uğurlu nəticə istənilirsə, buna erkən dövrdə başlamaq məqsədəuyğun olar. Əgər akne capiqlari uzun müddət müdaxilə edilmədən saxlansa, onların qalıcılığı artır və görünüşü daha kəskin edir. İlk növbədə, aktiv sızanaqların, daha sonra isə post akne çapıqların müalicəsi lazımdır.

Akne müalicəsi | Dermatoloq Rəşad İsayev

Post akne çapıqlar hansı üsullar ilə aradan qalxır?

Post akne çapıqların lazer ilə müalicəsi 

Post akne capiqlari aradan qaldırmaq üçün maska və müxtəlif aşındırıcılar ilə bir çox üsullar tətbiq edilir, lakin bu prosedurların əksəriyyəti qalıcı deyildir. Ona görə də bu gün dermatoloq həkimlər tərəfindən inkişaf etdirilən fraksion lazer ilə çapıqların müalicəsi asan və qalıcı nəticə əldə edə bilən bir müalicə üsuludur.

Akne çapıqlarının fraksion lazer ilə müalicəsi nədir?

Akne çapıqlarının fraksion lazer ilə müalicəsi təkmilləşmiş cihazlar ilə etdiyimiz bir müalicədir. Lazer cihazlarının dəridəki problemli nahiyə və ya nahiyələrə yaydığı şüalar ilə dərinin nazik qatı götürülür və nəticədə kənarlarda olan hüceyrələr aktivləşərək qısa müddətdə dərinin bərpasına töhfə verir. Yüngül gedişi olan hallarda tək seansda nəticə almaq mümkündür. Daha ağır hallarda isə 3 seans lazım gələ bilər. Çox nadirən capiqlarin lazer ilə müalicesi sayı 5 seansa qədər arta bilər.

Post akne çapıqların fraksion lazer ilə müalicəsinin iki növü vardır. Birincisi, karbon-dioksid (CO2) lazer terapiyasıdır. İkincisi, Erbium yağ lazer müalicəsidir. Bunlardan karbon-dioksid lazer ən çox seçilənidir.

Post akne çapıqların lazer ilə müalicəsi
Çapıqlarda Subcision + ErYAG lazer + CO2 fraksiya lazer üsulları ilə müalicə

Akne capiqlarinin karbon-dioksid lazer üsulu ile mualicesi dəridə heç bir problem yaratmır və pasiyentin gündəlik həyatına qayıtmasına mane olmur. Əksinə, digər üsullar ilə müqayisədə insan daha tez normal həyatına qayıdır. Lazer şüaları dərinin qüsurlu nahiyələrinə buxarlanma və şüa dalğaları ilə həm daxildən, həm də xaricdən intensiv şəkildə nüfuz edərək, daha təsirli və daha sürətli sağalma prosesinin keçməsinə kömək edir. Capiqlarin erbium yağ lazer ile mualicesi də çox təsirlidir, lakin karbon-dioksid lazer üsulu ilə müqayisədə akne çapıqları daha yavaş sağalır və proses bir qədər ağrılı keçir.

Akne capiqlarinin fraksion lazer ile mualicesi olaraq geniş şəkildə istifadə etdiyimiz bu üsul yaş ilə bağlı qırışlarda, müxtəlif səbəblərdən yaranan dəri ləkələrində, hamiləlik çatlarının aradan qaldırılmasında da istifadə oluna bilən təsirli bir müalicədir. Qeyd edək ki, sonuncunu hamiləlikdən sonra həyata keçirmək lazımdır.

Akne çapıqlarının fraksion lazer ilə müalicəsi necə tətbiq edilir?

Çapıqlarda Subcision + ErYAG lazer + CO2 fraksiya lazer üsulları ilə müalicə

Akne çapıqlarının fraksion lazer ilə müalicəsi zamanı, ilk növbədə dəri nahiyəsini müxtəlif məhlullar ilə təmizləyirik. Daha sonra onu mümkün ödemdən qorumaq üçün qoruyucu kremlər tətbiq edirik. Gözlərin lazer şüalarından mühafizəsi üçün pasiyentə qoruyucu eynək veririk. Daha sonra prosesə başlayırıq.

Capiqlarin karbon-dioksid lazer ile mualicesinin əvvəlində buxarla dərinin temperaturu artırılaraq ən üst səthi soyulur. Hər ölü hüceyrəni təmizləyəcək tək istifadəlik və ya detallı lazer tətbiqi bir hərəkətlə bir çox problemi eyni vaxtda həll etməyi bacarır. Akne çapıqlarının CO2 fraksiyalı lazer ilə müalicəsi dəridə iltihaba və ya hər hansı bir zədələnməyə səbəb olmur.

Post akne çapıqları

Lazerin təsiri sağlam hüceyrələri stimullaşdırır və dərinin özünü yeniləməsinə şərait yaradır. Başlanğıcı 5-10 dəqiqə, daha sonrası isə maksimum 30 dəqiqə çəkən növbəti prosedurun ardınca dəri təxminən bir saat dincəlir. Nəmləndirici məhlullar tətbiq edərək prosesi tamamlayırıq. Müalicənin ilk həftəsində bədən istiliyindən asılı olaraq fibroblastlar elastin və qlikozamin sintezini artıraraq sağalmanı da sürətləndirir.

Fraksion lazerin, ümumiyyətlə günəşin daha az təsirli olduğu qış aylarında edilməsini məsləhət görürük. Çapıqların lazer ilə müalicəsi zamanı prosedur 1-1,5 aydan bir, digər dəri problemləri üçün isə 2 aydan bir təkrar oluna bilər.

Akne çapıqlarının fraksion lazer ilə müalicəsinin faydaları

Akne çapıqlarının fraksion lazer ilə müalicəsi dərini cavanlaşdırmaq və hamar bir görünüş əldə etmək üçün təsirli bir üsuldur. Xüsusilə akne çapıqlarının qalıcı müalicəsində çox uğurlu nəticə verir. Digər faydaları:

  • Bərpa prosesi sürətli gedir.
  • Dərinin öz-özünə yaxşılaşmasına kömək edir.
  • Dərinin tonuna da müsbət təsir göstərir.
  • Fraksion lazer müalicəsində qabıqlanma və soyulma prosesi digər prosedurlara nisbətən çox az, həm də sürətlidir.
  • Cərrahiyyə və ya digər ağrılı, zəhmət tələb edən prosedurlardan fərqli olaraq ağrısız bir üsuldur.
  • Akne capiqlarinin fraksion lazer ile mualicesi orqanizmin sağlamlıq sisteminə heç bir zərər vermir və tətbiq prosesində bədənin həmin hissələri lokal anesteziya ilə keyidiyi üçün ağrı hissi olmur.

Post akne çapıqlar fraksion lazer ilə müalicə olunarkən əlavə təsirlər yaranırmı?

Çapıqların lazer ilə müalicəsi açıq dərili şəxslər üçün daha idealdır, lakin tünd dərili şəxslərə tətbiq etməyin də heç bir zərəri yoxdur.

Həssas dərisi olan şəxslərdə tətbiqdən 3-7 gün sonra qızartı və yüngül şişkinlik görünə bilər. Belə bir vəziyyət yarandıqda həmin nahiyələrə soyuq kompres tətbiq etmək bu əlamətlərin tez sağalmasına kömək edəcəkdir. Çox nadir rastladığımız əlavə təsirlər arasında tətbiq olunan sahədə qısamüddətli səpgi artımı ola bilər. Bundan əlavə, capiqlarin fraksion lazer ile mualicesi üz nahiyəsindən başqa sinə, kürək, qol və bədənin müxtəlif hissələrinə rahatlıqla tətbiq edilə bilər.

Akne çapıqlarının fraksion lazer ilə müalicəsindən sonra nə etməli?

Akne çapıqlarının fraksion lazer ilə müalicəsindən bir gün sonra ilıq su ilə duş qəbul etmək yaxşıdır. Müalicədən sonrakı ilk həftə ərzində gündə üç-dörd dəfə dərini təmizləmək, həm də antibiotik kremlər və losyonlarla nəmləndirmə aparmaq lazımdır. Dərinin həssaslığı sonrakı günlərdə də davam edəcəyindən və günəş şüaları daha çox ləkələrə səbəb ola biləcəyi üçün onu 6 ay günəşdən qorumaq lazımdır. Dermatoloqlar bu müddət ərzində dərini soyacaq hər hansı məhsul istifadə etməyi məsləhət görmür. Çapıqların lazer ilə müalicəsidən sonra bədənin gündəlik nəm balansını qoruyan kremlərin hər gün istifadəsi labüddür.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!