Pediatrik dermatologiya

Pediatrik Dermatologiya

Pediatrik Dermatologiya

Pediatrik dermatologiya nədir?

Dermatologiyanın bu sahəsi adından da göründüyü kimi pediatrik populyasiyanın dəri və onun törəmələrinin (saç, dırnaq, tər vəziləri) xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur.

Pediatrik dermatoloji problemlərin böyüklərinkindən əsas fərqi

  • Yenidoğulmuşların bir çox dəri dəyişikliklərini normal (fizioloji) qəbul edirik və zamanla keçib gedir.
  • Bir sıra infeksion pediatrik dəri xəstəlikləri immun sistemin köməyi ilə sağalma xüsusiyyətinə malikdir.
  • Toxumaların qanla təchizatı və yaraların sağalması böyük orqanizminə nisbətən daha sürətli gedir.
  • Uşaqlarda bədxassəli dəri xəstəliklərinə daha nadir hallarda rast gəlirik.

Peadiatrik dermatologiya nələri əhatə edir?

Buraya yenidoğulmuşların dəri sağlamlığının qorunmasından tutmuş uşaqların müxtəlif dermatoloji problemlərin diaqnostika və müalicələri daxildir.

Məsələn:

  • Uşaqlıq dövrünün yoluxucu dəri xəstəlikləri (ziyil, impetiqo və s.)
  • İnfeksion xəstəliklər (məxmərək, qızılca, suçiçəyi və s.)
  • Ekzema (atopik dermatit, bişməcə və s.)
  • Parazitar dəri xəstəlikləri (bit, qoturluq və s.)
  • Piqmentasiya pozğunluqları (ağ dəmrov, çil və s.)
  • Fiziki amillərdən yaranan xəstəliklər (isti yaxud soyuğa reaksiyalar, yad cisim reaksiyaları və s.)
  • Allergik səpgilər
  • Yeniyetməlik sızanaqları
  • Xallar
  • Genetik dəri xəstəlikləri

Onların bir qismi pediatrik mərhələnin müvəqqəti xəstəlikləridir. Yəni uşaq böyüdükdən sonra bir daha təkrarlanmır. Bəzi dəri xəstəlikləri isə irsi xarakterdə və ya xroniki olduğu üçün əlamətlər ömrünün sonuna qədər davam edir. Bu baxımdan uşaqda aşağıdakı dəyişikliklər yarandıqda biganə qalmaq olmaz: qızartı, qaşıntı, qabarcıqlar, suluq, ləkə, saç tökülməsi, törəmə, xallar və s. Dəyişiklikləri gördüyünüz zaman gecikmədən dermatoloqa müraciət etmək lazımdır.

Pediatrik dəri xəstəliklərinin diaqnozu. 

Dermatoloq müayinəsi

Diaqnoz üçün əvvəlcə valideyndən uşağın şikayətləri ilə bağlı anamnez toplayırıq. Daha sonra vizual müayinə aparırıq. Bəzi dəri xəstəliklərinin diaqnostikası üçün uşağın dərisindən biopsiya götürməyimiz lazım gəlir. Həmçinin allerqoloji sınaq, dermatoskopiya, mikroskopiya kimi metodlardan da istifadəyə ehtiyac yaranır. Pediatrik dəri xəstəlikləri bəzən sindrom xarakteri daşıya bilər. Yəni ilkin əlamətlər dəridə müxtəlif formalı səpgi, ləkə, törəmə və s. şəklində başlayıb zamanla daxili orqanlarda patoloji halların meydana gəlməsi ilə nəticələnməsi kimi. Belə olan halda xəstəni həm dermatoloq, həm pediatr, həm də uşaq cərrahı birlikdə nəzarətə alır.

Pediatrik dəri xəstəliklərinin müalicəsi

Diaqnoz dəqiqləşəndən sonra müalicəni müxtəlif istiqamətlərdə aparırıq. Əsas müalicə metodlarımız dərman terapiyası, fototerapiya, cərrahi prosedurları əhatə edir. Bunlar haqqında “Dermatologiya” bölməsində məlumat vardır.

Prev Post

Next Post


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!