Dermatoonkologiya və Dermatocərrahiyyə

Dermatoonkologiya

Dermatoonkologiya

Bu, dermatologiyanın dəri xərçənginin klinik diaqnostikası və müalicəsini öyrənən sahəsidir.

Dəri Xərçəngi

Dəri xərçəngi dəri toxumasındakı normadankənar dəyişiklikdir və çox vaxt günəşə məruzqalma ilə əlaqələndiririk. Ən çox yayılmış dəri xərçəngi növləri bazal hüceyrəli karsinoma (BCC), skvamoz hüceyrəli karsinoma (SCC) və melanomadır. Bir də skvamoz hüceyrəli karsinomaya (SCC) çevrilə bilən xərçəngdən əvvəlki vəziyyət vardır. Bunu aktin mənşəli keratoz (AK) adlandırırıq. Hər bir dəri xərçəngi və xərçəngönü vəziyyət unikaldır, bir-birindən fərqlənir. Növlər arasında fərq qoymaq vacibdir, çünki bu, sonrakı addımlara təsir edəcəkdir. Gəlin, qısaca nəzər salaq.

Bazal hüceyrəli karsinoma

Bazal hüceyrəli karsinoma ən çox rastlanan dəri xərçəngidir. Adətən dərinin günəşə məruz qalan hissələrində baş verir. Yavaş böyüyür, sulana və qabıqlana bilir, asanlıqla qanamağa meyillidir. Ən dəqiq diaqnozu biopsiya materialını histopatoloji müayinə edərək qoyuruq.

Aktin mənşəli keratoz

Aktin mənşəli keratozupremalign (xərçəngönü) bir vəziyyət hesab edirik. Dərinin bir hissəsinin çəhrayı, kobud və pul-pul olması ilə xarakterizə olunur. Onlar günəşə məruz qalan yerlərdə tapılır. Bu vəziyyət müalicə edilməlidir, çünki əhəmiyyətli dərəcədə artarsa, skvamoz hüceyrəli karsinomaya  (SCC)  keçə bilər.

Skvamoz hüceyrəli karsinoma (SCC) 

SCC (bunu yastı hüceyrəli xərçəng də adlandırırıq) dəri xərçənginin bazal hüceyrəli karsinomadan sonra ikinci ən çox yayılmış formasıdır. Adətən günəşə məruz qalan nahiyələrdə pullu, sağalmayan yamaq, lövhə və ya düyün şəklində görünür. Digər daxili orqanlara yayıla bilər və buna görə də cərrahi müalicəsi lazımlıdır.

Melanoma

Melanoma nadir, lakin demək olar ki, hər yaşda baş verə bilən aqressiv dəri xərçəngi növüdür. Ən böyük əlaməti bədəndə olan xallardan hər hansı birində meydana gələn bir sıra xarici dəyişikliklərdir. Məsələn, xalın böyüməsi, rənginin dəyişməsi (tündləşməsi və ya solması), qanaması, xalda olan tükün düşməsi. Melanoma olan xalın sərhədləri girintili-çıxıntılı, səthi qanamaya meyilli ola bilir. Bu dəri xərçənginin erkən aşkarlanması və müalicəsi vacibdir, çünki daxili orqanlara yayılma və nüfuzetmə potensialı yüksəkdir.

Dəri xərçənginin diaqnostikası

Dəri xərçənginin diaqnostikasının ən çox qəbul edilən üsullarından biri dermatoskopiya, digər adı ilə epiluminesans mikroskopiyasıdır.  Patoloji dəyişiklik olan nahiyədə hər hansı bir şübhəli vəziyyət varsa, diaqnozu təsdiqləmək üçün biopsiya edirik.

Dəri xərçənginin müalicə metodları

Müalicə xərçəngin cərrahi üsulla çıxarılmasına yönəlir. Müalicə spektrumu  xərçəngin yerinə, böyüklüyünə və başqa orqanlara yayılıb-yayılmadığına görə dəyişir. Əgər törəmə kiçikdirsə, yerli keyitmə ilə çıxarmaq yetərlidir. Əgər yayılma varsa, ətraf toxuma ilə birlikdə törəməni götürmək lazımdır. Yaranan boşluğu doldurmaq üçün toxuma nəqli edirik. Orqanlara yayılma halında isə radioterapiya və kimyaterapiya müalicəsinə də ehtiyac olmaqdadır.

Dəri xərçəngi üçün risk faktorları hansılardır?

Dəri xərçənginə tutulma ehtimalını artıran amilləri risk faktorları kimi ifadə edirik. Bu da dəri xərçənginin növünə görə dəyişir. Siqaret çəkmək və ya həddindən artıq günəşə məruz qalmaq kimi faktorlara nəzarət etmək mümkündür. Lakin yaş və genetik meyillik kimi bəzi amilləri dəyişdirmək şansımız yoxdur. 


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!