Akne vulgaris (çivcə xəstəliyi və ya sızanaq)

Akne vulgaris (çivzə xəstəliyi və ya sızanaq)

Akne vulgaris (çivzə xəstəliyi və ya sızanaq)

Akne vulgaris nədir?

Akne vulgaris, digər adı ilə sizanaq, sivilce dəridəki tük follikulu ilə ona açılan piy vəzinin birlikdə xəstəliyidir. Yeniyetməlik dövründə çox tez-tez rast gəlinən sizanaq insanların təxminən 85-100%-nin həyatının hansısa bir mərhələsində yaranır. Ən çox rastgəlmə qızlarda 14-17, oğlanlarda isə 16-19 yaş aralığıdır. Nə qədər tez başlasa, bir o qədər ciddi olur. Akne oğlanlarda qızlara nisbətən daha ağır keçə bilər. Adətən yeniyetməlik dövründə bitsə də, bəzən sonrakı yaşlarda da davam edir.

Acne Vulgaris (Sızanaq) problemi

Akne vulgaris simptomları

Sızanağa aid dəri simptomları, əsasən piy vəzilərinin daha çox cəmləşdiyi üz, bədənin yuxarı hissəsi və kürəkdə yaranır. Bu simptomlar tük follikulunda yerləşən qara və ya ağ qabarcıqlardan (komedonlardan), qırmızı, bəzən iltihablı dəyişikliklər – düyünlərdən ibarətdir. Sızanaqlar həssas və ağrılı ola bilər. Böyük və dərin yaralar bəzən çökəklik və ya qabarıqlıq şəklində ömürlük çapıq yaradır.

Akne xüsusilə üz nahiyəsində yerləşdiyi, çox rast gəlinən xəstəlik olması və izlər buraxdığı üçün insanda ciddi psixoloji və sosial problemlərə səbəb ola bilər. Yeniyetməlik dövründə sizanaqların normal qarşılanmaması və lazımi müalicə tədbirlərinin görülməməsi depressiya, təşviş pozğunluqları, özünə inamın azalması, sosial fobiya və həyat keyfiyyətinin azalmasına səbəb olur.

Akne vulgaris necə yaranır?

Akne vulgaris sadə bir mikrob xəstəliyi deyil, birdən çox faktorun təsiri ilə baş verir. Onun formalaşmasında tük kökündəki struktur qüsuru, həddindən artıq yağ ifrazı, Propionibacterium aknes (P. aknes) adlı mikroorqanizm və iltihablı vəziyyət rol oynayır. Yeniyetməlik dövründə dəridəki piy vəzilərindən ifraz olunan yağın miqdarı hormonal təsir ilə artır. Bu, tük follikulunda yerləşən P.aknes sayının artmasına imkan yaradır. Artan bakteriyaların meydana gətirdiyi bəzi fermentlər tərəfindən yağ strukturunun dəyişməsi ətraf toxumada iltihabi reaksiyaya səbəb olur. Nəticəsini akne – qırmızı qabarıqlar, düyünlər və kistalar kimi görürük.

Akne vulgaris-ə hormonların təsiri

Piy vəzilərinin fəaliyyəti çoxfunksiyalı hormon olan androgenlərin nəzarəti altındadır. Bu hormonlar kişilərdə və qadınlarda yumurtalıq, xaya və böyrəküstü vəzilərdən ifraz olunur. Sızanağı olan kişi xəstələrdə qanda androgen səviyyəsi, demək olar, normal həddədir. Artması nadir hallarda olur. Sizanaqlı qadın xəstələrdə də androgen səviyyələri, əsasən normal olsa da, xüsusilə daha böyük yaşlarda baş verən və ağır gedişli proseslərdə normadan yüksək olur. Qadın xəstələrdə menstruasiya nizamsızlığı və ya artan tüklənmə (hirsutizm) ilə əlaqəli akne olduqda, hormonal testlər aparmaq və əsas problemin nə olduğunu araşdırmaq vacibdir.

Sızanaqların kəskinləşmə səbəbləri hansılardır?

Genetik meyillik, istilik, tərləmə, ultrabənövşəyi şüalar və stress sizanaqların klinik gedişatına təsir göstərə bilər. Bəzi dərmanlar (litium, kortizol preparatları və s.), istifadə edilən kosmetik vasitələr, özünəqulluq məhsulları akne yaralarının ağırlaşmasına səbəb ola bilər.

Akne vulgaris-in diaqnozu

Akne vulgaris diaqnozu çətin olan bir xəstəlik deyil. Bununla birlikdə, dermatologiyanın geniş spektrində bəzi xəstəliklər ilə qarışdırıla bilər. Çox ağır və müalicəyədavamlı yaraları olan xəstələrdə və ya gözlənilən yaşdan və lokalizasiyadan kənarda baş verən sızanaqların olması zamanı diaqnoz və müalicəsinə yanaşma təkrarən gözdən keçirilməlidir.

Akne müalicəsi

Sızanaq (Acne Vulgaris) müalicəsi

Unutmayaq ki, akne müalicəsini gözardı etmək olmaz. Yeniyetməlik dövründə çox rast gəlindiyi üçün onsuz da öz-özünə keçəcəyini düşünərək sizanaq mualicesini gecikdirmək və ya etdirməmək düzgün deyil. Psixoloji cəhətdən çətin bir dövrdə yaranan sızanaq müalicəsində məqsəd mövcud səpgiləri azaltmaq, mümkün qədər yenilərin yaranmasının və ən əsası qalıcı çapıqların əmələ gəlməsinin qarşısını almaqdır.

Sivilce mualicesinin seçimi yaşa, cinsə, klinik mənzərənin şiddətinə, xəstəyə psixoloji təsir dərəcəsinə və onun sosial vəziyyətinə görə aparılır. Buna görə də xəstədən-xəstəyə dəyişir. Dərmanları müəyyən fasilələr ilə dəyişmək, müxtəlif dərmanlar əlavə etmək və müəyyən fasilələr ilə bütün dərmanlara nəzarət etmək lazımdır.

Akne müalicəsində qalıcı bir həll təmin etmək üçün dərmanların müntəzəm və uzunmüddətli istifadəsi lazımdır. Effektin hiss olunması ən tez bir ay ərzində baş verir və davamlılığını təmin etmək üçün müalicə ən az 6 ay davam etdirilir.

Sızanaq müalicəsi zamanı istifadə olunan dərmanlarla yanaşı dərinin düzgün təmizlənməsi də vacibdir. Dəriyə qulluğa həssas yanaşmaq, həddindən artıq sürtünmə, qara nöqtələri və ya iltihablı səpgiləri sıxaraq təmizləməkdən çəkinin. Qeyd etmək lazımdır ki, sızanaqları sıxmaq və ya qoparmaq çapıqlaşma riskini artırır.

Yerli sızanaq müalicəsi

Akne vulgaris-in növü və şiddətindən asılı olaraq, müxtəlif yerli dərmanlar tək və ya kompleks şəkildə istifadə edilə bilər. Bu dərmanların bəziləri qırmızı və iltihablı səpgilər üçün uyğun olsa da, bəziləri komedonlara təsir göstərir. Hansı dərmandan istifadə olunduğundan asılı olaraq qızartı, quruluq, qabıqlanma kimi yan təsirləri ola bilər. Yerli sivilce mualicesinde müəyyən dərmanların istifadəsi axşam saatlarında məhdudlaşdırılmalıdır. Yerli tətbiq olunan dərmanlar yalnız səpgilərə deyil, bütün sahəyə çəkilməlidir.

Kompleks sızanaq müalicəsi

Kompleks akne müalicəsində antibiotiklər, hormonal preparatlar və A vitaminindən əldə edilən retinoid olan izotretinoin istifadə olunur. Akne vulgaris səpgilərinin şiddəti, xəstənin yaşı, qadın xəstələrdə hormonal pozğunluq əlamətlərinin olub-olmaması, əvvəlki müalicələrə reaksiya dərəcəsi və hər hansı bir çapıq olub-olmaması hansı dərmanın seçiləcəyini müəyyən etməkdə rol oynayır.

Digər akne müalicələri

Sızanaq müalicəsində dəriyə qulluq, komedonların mexaniki təmizlənməsi, qlikol və ya salisil turşusu ilə kimyəvi pilinq tək və ya dərman müalicəsi ilə yanaşı həyata keçirilə bilər. Buna qərarı dermatoloq verir. Son illərdə sivilce mualicesinde lazer və radiotezlik cihazları da ön plana çıxmışdır.

Sızanaq Müalicəsi 

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!