Behçet və ya İpək yolu xəstəliyi

Behçet və ya İpək yolu xəstəliyi

Behçet və ya İpək yolu xəstəliyi

Behçet xəstəliyi bütün orqan və sistemlərə təsir edə bilən, başlıca olaraq damar iltihabı ilə gedən xroniki xəstəlikdir. Adətən dəri və selikli qişa yaralarına səbəb olan Behçet xəstəliyində gözlər, oynaqlar, bağırsaqlar, baş beyin, onurğa beyni və həzm sistemi zədələnir.

Behçet ilə ən çox kimlər xəstələnir?

Behçet xəstəliyini, ümumiyyətlə İpək Yolu üzərində yerləşən oxşar genetik xüsusiyyətlərə malik ölkələrdə müşahidə edirik. “İpək yolu xəstəliyi” olaraq da bilinən Behçet xesteliyinin ən çox rastlandığı ölkələrdən biri Türkiyədir. Adı da onu ilk dəfə aşkarlayan türk dermatoloqu Hulusi Behçet ilə bağlıdır. Adətən 40 yaşından əvvəl başlayan Behçet xəstəliyinə kişi və qadınlarda eyni tezlikdə rastlayırıq. Xəstəlik gənc oğlanlarda daha ağır keçir. Yaş artdıqca Behçet xesteliyindən yaranan şikayətlər azalır.

Behçet xəstəliyinin əlamətləri hansılardır?

Xəstəliyin ən çox rastlanan əlaməti ağızda təkrarlanan yaralardır. Oral aft adlanan bu yaralar ağız və yanaqların hər tərəfindədə yarana bilər. İldə ən azı 3 dəfə meydana gəlmə ehtimalı olan ağız yaraları olduqca ağrılıdır. Behçet xəstəliyinin başqa bir ümumi simptomu da cinsiyyət nahiyəsində yaranan yaralardır. Bundan əlavə, əlamətlərin orqanlara görə dəyişməsi mümkündür. Ayaqlarda sərt əsaslı qırmızı ləkələr, gözlərdə ağrı, bulanıq və zəif görmə, baş ağrısı, qol və ayaqlarda zəiflik, qanlı bəlğəm, qarın ağrısı və qanlı ishal müşahidə edilə bilər.

Behçet xəstəliyinin diaqnostikası

Behçet xəstəliyinə diaqnoz qoymaq üçün heç bir xüsusi müayinə metodu və ya analiz yoxdur. Xəstələrin şikayətlərini nəzərə alaraq diaqnoz qoyuruq. Diaqnoz üçün tövsiyə olunan meyarlar var. Bundan əlavə, kriteriyalara tam cavab verməyən, lakin kliniki nəticələri Behçet xesteliyi ilə uyğun gələn xəstələrə də bu diaqnoz və müalicə aid edilə bilər.

Behçet xəstəliyi necə müalicə olunur?

Behçet xəstəliyinin müalicəsini şikayətlərə görə təyin edirik. Xüsusilə dərman müalicəsi xəstəliyin ağırlığı və rastgəlmə nahiyəsinə görə dəyişə bilər. Behçet xəstəliyi adətən ağızda aft şəklində özünü göstərir. Bu vəziyyət insanın həyat keyfiyyətinin azalmasına səbəb olur. Müalicəsi üçün kortizol tərkibli sprey və ya məhlullar məsləhət görürük.

Genital bölgədə meydana gələn xoralar aft ilə çox oxşardır. Bu nahiyə üçün də kortizol tərkibli məhlul və ya kremlər tövsiyə edirik. Bundan əlavə, ayaqdakı ağrılara görə müxtəlif ağrıkəsicilər veririk.

Behçet xesteliyi olan insanlar mütəmadi müşahidə altında olmalı və müalicələri fasiləsiz aparılmalıdır. Müalicə kəsilərsə, korluq müşahidə edilir.

Behçet yaralarının izi qalırmı?

Behçet xəstəliyi ilə bağlı ağız yaraları iz qalmadan sağalır. Genital bölgədə və ayaqlarda yaralar və ya xoralar sağaldıqda izləri getməyə bilər. Bu çapıqlar, adətən rəng dəyişikliyi şəklində olur.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!