Seboreik Keratoz

Seboreik Keratoz nədir? Dərinin ən üst qatının qalınlaşması ilə meydana gələn xoşxassəli dəri şişidir. Adətən qəhvəyi rəngin müxtəlif çalarlarında olan və dəridə zamanla böyüyən şişkinlik ilə xarakterizə olunur. 50 yaşdan sonra daha çox rast gəlinir. Mikrob xəstəliyi olmadığı üçün yoluxucu deyil. Xəstəlik həmçinin “qocalıq ziyillər” və “seboreik ziyillər” adları ilə tanınır. Seboreik keratozlar irsi olsa […]

Aktinik keratoz

Aktinik keratoz günəş təsirindən zədələnmiş dəridə tədricən inkişaf edir, ona kobud, pullu, yamaqşəkilli görünüş verir. Seboreya keratozu ilə qarışdırılması mümkün olan bu xəstəliyin digər adı solar keratozdur. Ultrabənövşəyi şüalara məruz qalma nəticəsində dəri hüceyrələrinin zədələnib anormal inkişafı aktinik keratoz ilə nəticələnir. Bu, xərçəngönü vəziyyət hesab olunur. Aktinik keratozun yaranma səbəbləri Aktinik keratozun ən geniş yayılmış […]

Yastı hüceyrəli karsinoma və ya SCC

Yastı hüceyrəli karsinoma rastgəlmə tezliyinə görə bütün dəri xərçənglərinin 15-20%-ni təşkil edir. Bu göstərici yaş və müntəzəm günəş işığına məruz qalma ilə düz mütənasibdir. Əl, üz, qol, ayaq, qulaq, ağız və baş dərisinin tükü tökülmüş nahiyəsində daha çox rastlanan yastı hüceyrəli karsinoma selikli qişa və cinsiyyət orqanlarında da təzahür edə bilər. Yaranma səbəbi dərinin epidermis […]

Bazal hüceyrəli karsinoma

Bazal hüceyrəli karsinoma dəri xərçənginin geniş yayılmış bir növüdür. Onun qısaldılmış adı BCC-dir. Dəridəki köhnə hüceyrələr məhv olduqda yenilərini əmələ gətirən bazal hüceyrə tipində yaranır. Yaşlandıqca meydana çıxma ehtimalı daha yüksək olan bazal hüceyrəli karsinoma baş və boyun kimi günəşə məruz qalan bədən hissələrində daha çox yaranır. Bazal hüceyrəli karsinomanın əlamətləri hansılardır? Bazal hüceyrəli karsinoma […]

Krioterapiya

Krioterapiya son 30-40 ildə dermatologiyada geniş tətbiq olunmağa başlayan effektiv müalicə üsuludur. Aşağı temperaturdan istifadə edərək sağlam olmayan dəri toxumasının bərpasına yönəlmişdir. El arasında dondurulma və ya buz terapiyası kimi də tanınır. Hələ 2500 il bundan əvvəl misirlilərin müxtəlif xəsarətlər, Hippokratın iltihab və ağrılar üçün buz müalicəsi tətbiq etdiyi elmə məlumdur. Yunan dilindən tərcümədə məhz […]

Papilloma (HPV virusu)

Papilloma (HPV virusu) adətən cinsi yol ilə keçən geniş yayılmış bir infeksiyadır. Cinsi aktiv insanların təxminən 50% -i həyatlarının hansısa bir mərhələsində HPV-yə yoluxur. Xəstəlik bəzən simptomsuz inkişaf edir və bu, insanda HPV infeksiyası olmadığı anlamına gəlmir. Onun bəzi növləri hətta xərçəngə qədər gətiib çıxara bilir. Papilloma növünə müvafiq olaraq ağız, boğaz, cinsiyyət orqanları daxil […]

Dermatit nədir?

Dermatit nədir sualına qısaca cavab versək, adından da göründüyü kimi dərinin iltihabi xəstəliyidir. Bir çox səbəbi olan dermatit müxtəlif formalarda təzahür edə bilər. O, adətən şişkin, qızarmış, qaşınan və səpgili dəri şəklində özünü göstərir. Xəstəlik zamanı dəridə qabarıqlıq, qansızma, qabıqlanma və pul-pul tökülmə ola bilər. Dermatit narahatlıq yaratmasına baxmayaraq yoluxucu olmayan bir vəziyyətdir. Özünə qulluq […]

Soyuq allergiyası

Soyuq allergiyası xüsusilə qış aylarında rast gəlinən, oqanizmin soyuğa qarşı hiperhəssaslıq reaksiyadır. Bu allergiya olan insanlarda soyuğun təsiri ilə narahatedici simptomlar meydana çıxır. Bundan əlavə, xəstəlik təkcə qış aylarına təsadüf etmir. Soyuq allergiyası olanlarda yayda hazırlanan buzlu içkilər də eyni əlamətləri yaradır. Bu xəstəlikdən əziyyət çəkən insanlar dərinin soyuq ilə təmasda olan hissələrində qızartı, şişkinlik […]

Dəri xəstəlikləri yaranma səbəbləri və qorunma yolları

Dəri xəstəlikləri yaranma səbəbləri və qorunma yolları haqqında danışmazdan əvvəl onların simptomları barəsində qısaca məlumata nəzər salaq. Bədənimizi əhatə edən ən böyük orqanlardan biri olan dəri bədən istiliyini və qaz mübadiləsini tənzimləyir. Onun ən vacib vəzifəsi bədəni xarici amillərdən qorumaqdır. Bütün orqanlarımızda olduğu kimi dəridə də bəzi xəstəliklər yaranır. Dəri xəstəliklərində simptomlar insana və xəstəliyin […]

Kuperoz haqqında hər şey tək məqalədə

Kuperoz müalicə edilmədikdə rosacea və ya digər ciddi problemlərə səbəb ola biləcək dermatoloji bir narahatlıqdır. İlkin mərhələ olduğu üçün xəstəlik yox, daha çox estetik problem kimi qiymətləndiririk. Kuperoz, əsasən venula və arteriolalarda baş verən damar anomaliyasıdır. Bunun səbəbi kapilyarlarda elastikliyin çox aşağı olmağıdır. Dəridə qan dövranı anidən artdıqda kapilyarlar genişlənir, gözlə görünən səviyyəyə çatır, qızartı […]

error: Məlumatların kopyalanması qadağandır!