Dəri Xəstəlikləri

Dəri xəstəlikləri yaranma səbəbləri və qorunma yolları

Dəri xəstəlikləri yaranma səbəbləri və qorunma yolları

Dəri xəstəlikləri yaranma səbəbləri və qorunma yolları haqqında danışmazdan əvvəl onların simptomları barəsində qısaca məlumata nəzər salaq. Bədənimizi əhatə edən ən böyük orqanlardan biri olan dəri bədən istiliyini və qaz mübadiləsini tənzimləyir. Onun ən vacib vəzifəsi bədəni xarici amillərdən qorumaqdır. Bütün orqanlarımızda olduğu kimi dəridə də bəzi xəstəliklər yaranır. Dəri xəstəliklərində simptomlar insana və xəstəliyin dərəcəsinə görə dəyişir.

Dəri xəstəliklərinin simptomları

Dəri xəstəliklərinin simptomları xəstəliyin növünə görə fərqli cür təzahür edir. Dəridəki hər bir dəyişiklik mütləq dəri xəstəliyini göstərmir. Lakin müəyyən müddət davam edən simptomlar üçün bir dermatoloqa müraciət etmək vacibdir. Xəstəliyə işarə edən əsas dəyişikliklər aşağıdakılardır:

  • Qırmızı, ağ, çəhrayı ləkələr
  • Ağrılı və qaşınan səpgi
  • Pullu və ya nahamar dəri
  • Dərinin soyulması
  • Xoralı yaralar
  • Açıq yaralar
  • Quru, çatlamış dəri
  • Ziyillər
  • Dəridə piqment itkisi
  • Həddindən artıq qızartı

Dəri xəstəlikləri yaranma səbəbləri

Dəri xəstəlikləri yaranma səbəbləri insandan-insana fərqli olsa da, ümumən aşağıdakılardır:

  • Dəri səthi və saç follikullarında tapılan bakteriyalar
  • Dəridə yaşayan göbələk, parazit və ya mikroorqanizmlər
  • Viruslar
  • Zəif immunitet sistemi
  • Allergenlər, qıcıqlandırıcılar və ya yoluxmuş şəxsin dərisi ilə təmasda olmaq
  • Genetik faktorlar
  • Tiroid, immunitet sistemi, böyrəklər və digər bədən sistemlərinə təsir edən xəstəliklər.

Bəzən dəri xəstəliklərinin heç bir səbəbi tapılmır. Dəri xəstəlikləri yaranma səbəbləri arasında həyat tərzi və bir çox xəstəlik vardır. Gəlin, bir neçəsini nəzərdən keçirək.

Bağırsaq xəstəlikləri

Uzunmüddətli iltihab ilə müşayiət olunan bağırsaq xəstəlikləri tez-tez dəri problemlərinə səbəb ola bilər. Həmçinin onların müalicəsində istifadə edilən dərmanlar da bəzi dəri xəstəlikləri yaranma səbəbləri arasındadır.

Bəzi bağırsaq xəstəlikləri dəridə yaradır:

Şəkərli diabet

Dəri xəstəlikləri yaranma səbəbləri arasında şəkərli diabetin də payı vardır. Çünki o, qan dövranına və immun sistemə təsir edir. Dermoid kista, göbələk infeksiyaları, akantozis nigrikans, diabetik dermopatiya şəkərli diabet ilə bağlı yarana bilir.

Lupus

Lupus dəri, oynaqlar və ya daxili orqanlara zərər verə bilən xroniki iltihabi xəstəlikdir. Lupusun səbəb olduğu ümumi dəri problemləri aşağıdakılardır:

  • Üzdə və başda dəyirmi dəri zədələnmələri
  • Qalın, qırmızı, pullu dəri dəyişiklikləri
  • Bədənin günəş işığına məruz qalan hissələrində qırmızı, üzük formalı dəyişiklik
  • Üzdə günəş yanığına bənzər səpgi
  • Əl və ayaq barmaqlarında qırmızı, bənövşəyi və ya qara ləkələr
  • Ağız və burunda yaralar
  • Ayaqlarda kiçik qırmızı ləkələr

Hamiləlik

Hamiləlik qadınlarda hormon səviyyəsinə təsir etdiyi üçün bəzi dəri xəstəlikləri yaranma səbəbi ola bilər. Bu dövrdə dəridə yaranan problemlər əksər hallarda doğuşdan sonra yox olur. Çat, melazma, pemfiqus, ekzema hamiləlik zamanı yarana biləcək dəri problemləri arasındadır.

Stress

Dəri xəstəlikləri yaranma və şiddətlənmə səbəbləri arasında stress də var. Gəlin baxaq, hansı dəri xəstəlikləri stress səbəbi ilə baş verə bilər:

Günəş

Dəri xəstəlikləri yaranma səbəblərindən biri də günəşdir. Onlardan bəzisi çox rastlanan və zərərsizdir, digər qismi isə nadirdir və həyati təhlükə yaradır. Günəş işığına məruz qalma aşağıdakı dəri xəstəliklərinə səbəb ola və ya ağırlaşdıra bilər.

  • Ziyil
  • Qırış
  • Günəş yanığı
  • Aktinik keratoz
  • Bazal hüceyrəli karsinoma
  • Dəri xərçəngi, o cümlədən skvamoz hüceyrəli karsinoma və melanoma.

Dəri xəstəliklərindən qorunma yolları

Dəri xəstəliklərindən qorunma yollarından xəbərdar olmaq hər birimiz üçün vacibdir. Çünki insan dərisini qoruduğu zaman onun xəstələnməsinin qarşısını yüksək faiz nisbəti ilə alır. Qorunmanın əsas şərti təmizlikdir. Dərinin sağlamlığı və baxımı müntəzəm təmizləmə ilə başlayır. Dəri xəstəliklərindən qorunma yollarından olan təmizləmə təkcə kiri kənarlaşdırmaq demək deyil. Dəri 24-26 gündən bir ən daxili təbəqədən xaricə doğru yenilənir və bu müddət ərzində yuxarı qalxan köhnə qat müxtəlif üsullarla atılır. Canlılığını itirmiş bu ölü hüceyrələri çıxarmaq üçün təmizləmək lazımdır. Təmizləmə fiziki olaraq su ilə aparılır. Müxtəlif vasitələr – lipidsiz təmizləyicilər, təmizləyici kremlər, atringenlər və toniklər, aşındırıcılar, aşındırıcı skrablar və təmizləyici maskalar da bunun üçün istifadə olunur. Dərinin üst qatının təxminən 10-13%-ni su təşkil edir. Bu təbəqədə suyun miqdarının azalması onun qurumasına, çatlanmasına və qaşınmasına səbəb olur. Dəridən su itkisi davamlıdır. Ən sadə şəkildə buxarlanaraq itirilən su dərinin alt qatlarının verdiyi su ilə tamamlanır. Lakin tez-tez çimmək, günəş işığına məruz qalmaq, quru havada qalmaq, dərinin yaşlanması nəticəsində maye itkisi artır və quru, kobud və kəpəkli bir görünüş yaranır. Adətən tez-tez çimmək və ya həddindən artıq sabun və yuyucu vasitələrdən istifadə nəticəsində də dəri quruyur. Bu zaman dəri xəstəliklərindən qorunma yollarından biri olan nəmləndirici istifadəsi köməyə çatır. Nəmləndiricilərin əsas funksiyaları dərinin üst qatının rehidratasiyasını təmin etməkdir. Dərinin nəmini saxlamaq və ya nəmləndirmək üçün müxtəlif üsullar mövcuddur.

Birincisi, dəridən maye və nəm itkisinin qarşısını almaqdır. Bu məqsədlə müxtəlif materiallardan istifadə edilə bilər. Bunlara petrolatum, mineral yağlar, bitki və heyvan yağları, yağ turşuları – lanolin turşusu, stearin turşusu, yağlı spirtlər – lanolin spirti, setil spirti, mum efirləri daxildir. İkinci üsul ətraf mühitdən dəriyə nəm çəkməkdir. Bu maddələrin xüsusiyyəti atmosferdə rütubət yüksək olduqda havadan, aşağı olduqda isə dərinin dərin qatlarından su çəkərək onun üst təbəqələrinin nəmlənməsini təmin etməkdir. Bunlara karbamid, laktik turşu, qliserin, propilen-qlikol, sorbitol, qlikozaminoqlikanlar, kollagen və elastin kimi maddələr daxildir.

Günəş həm istilik, həm də radiasiya təsiri ilə dərinin nəmliyini azaldır. Buna görə də günəşdən qoruyucu vasitələr həm dərinin zədələnməsi, həm də su itkisinin qarşısını alan maddələrdir. Bu gün istifadə edilən nəmləndirici və qulluq vasitələrinin əksəriyyətində günəşdən qoruyucu xüsusiyyətlərə malik maddələr də var.

Təmizləmə və nəmləndirməni təmin etməklə yanaşı, dəri xəstəliklərindən qorunma üçün üçüncü əsas faktor dərinin strukturun pozulmasına səbəb olan və ona mənfi təsir göstərən digər amillərdən, xüsusilə də fiziki faktorlardan qorunmasıdır. Bütün bunlar doğumdan ölümə qədər həyatın hər anında tətbiq edilməli olan ehtiyat tədbirləridir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!