seboreik keratoz

Seboreik Keratoz

Seboreik Keratoz

Seboreik Keratoz nədir?

Dərinin ən üst qatının qalınlaşması ilə meydana gələn xoşxassəli dəri şişidir. Adətən qəhvəyi rəngin müxtəlif çalarlarında olan və dəridə zamanla böyüyən şişkinlik ilə xarakterizə olunur. 50 yaşdan sonra daha çox rast gəlinir. Mikrob xəstəliyi olmadığı üçün yoluxucu deyil. Xəstəlik həmçinin “qocalıq ziyillər” və “seboreik ziyillər” adları ilə tanınır. Seboreik keratozlar irsi olsa da, orta yaşdan əvvəl görünmür.

Seboreik Keratoza kimlərdə rast gəlinir?

40 -ın altı yaşlarda nadir hallarda rast gəlinir. Pasiyentlərin əksəriyyəti orta və daha yaşlı insanlardır. Genetik meylinin fonunda daha çox rast gəlinir. Başqa sözlə, ana, ata və ya birinci dərəcəli qohumunda seboreik keratoz olanlar daha çox meyllidirlər. Bundan əlavə, həddindən artıq spirtli içki qəbul edən, dərisi yağlanmaya meylli, kilolu, qaraciyər xəstəliyi olan, çox nadir hallarda daxili orqanlarında bədxassəli şişləri olan insanlarda rast gəlinmə halları artır.

Seboreik Keratoz bədənin hansı nahiyələrində yaranır?

Onlar xüsusi olaraq üz, sinə və kürək kimi seboreik sahələri seçirlər. Bu nahiyələrə əlavə olaraq qollarda, ayaqlarda, qarın nahiyəsində, qasıqda və qoltuq altında da yerləşə bilər.

Seboreik Keratozun simptomları hansılardır?

Seboreik keratoz lezyonları ilkin olaraq dəridən bir qədər yuxarı qalxmış, sarımtıl və ya qəhvəyi rəngdə, yağlı görünüşlü kiçik formasiyalardır. Zamanla onlar daha qabarıq olur və rəngləri qaralır, bəzən qaraya yaxın ola bilirlər.

Onun simptomları aşağıdakılardır:

  • Onların ölçüsü adətən bir neçə mm ilə bir neçə sm arasında olur. Nadir hallarda 5 santimetrdən böyük ölçülərə çata bilər.
  • Kənarları fərqlidir.
  • Kiçik olanda səthi düz olur, böyüdükcə ziyil kimi (verrucous) görünür.
  • Onların forması adətən oval, bəzən də yuvarlaq olur.
  • Rəngləri ət rəngi, krem, bej, açıq qəhvəyi, tünd qəhvəyi və qara ola bilər.
  • Onların sayı adətən az olur, 1-10 arasındadır, lakin bəzən yüzlərlə, xüsusən də gövdədə simmetrik olaraq yerləşir. Beləliklə, onların ölçüsü 1 mm ilə 2 sm arasında dəyişir.
  • Seboreik keratoz adətən yanma, ağrı, qaşınma və ya karıncalanma kimi subyektiv əlamətlərə səbəb olmur, lakin bəzən qaşıntılı lezyonlarına rast gəlinir.

Seboreik Keratoz böyüyürmü?

Onların ölçüsü bəzən sabit qalmaqla birlikdə adətən böyüyür və zaman keçdikcə rəngi tündləşir. Böyük lezyonların ölçüləri adətən 1-3 sm arasında olur, nadir hallarda da diametri 10 santimetrə qədər olan lezyonlara rast gəlinir.

Seboreik Keratoz dəri xərçəngidirmi?

Seboreik keratoz dəri xərçəngi deyil, daha çox yaşlılarda rast gəlinən xoşxassəli bir dəri şişidir. Bununla belə, nadirən qısa müddətdə çox saylı qaşıntılı seboreik keratozun  meydana gəlməsi daxili bir orqan xərçənginin göstəricisi ola bilər.

Seboreik Keratoz dəri xərçəngi ilə qarışırmı?

İxtisaslaşmış dermatoloq seboreik keratoza asanlıqla diaqnoz qoya bilər. Bununla belə, bəzən monofokal və qara rəngli seboreik keratozları “bədxassəli melanoma” və “piqmentli bazal hüceyrəli karsinoma” ilə qarışdırmaq olar. Bu kimi hallarda differensial diaqnoz üçün biopsiya aparıla bilər.

Seboreik Keratoz əziyyət çəkənlər hansı hallarda həkimə müraciət edirlər?

Həkimə müraciət etməyin ən ümumi səbəbləri bunlardır:

  • Lezyonlar pasiyentin xarici görünüşünə mənfi təsir göstərdiyi üçün həyat keyfiyətinin pisləşməsi
  • Pasiyentin dəri xərçəngindən şübhələnməsi
  • Simptomlar artdıqca lezyonların əl və ya paltarlara ilişməsi
  • Lezyonların qıcıqlanması nəticəsində simptomlara infeksiya və ağrı, şişlik və qızartı əlavə olunması
  • Lezyonların qıcıqlanması ilə lezyonda qan toplanması və nəticədə ani böyümə və rəngin qaralması

Xəstəliyin inkişafının qarşısını necə almaq olar?

Bildiyimiz kimi pasiyentin genetikasına müdaxilə etmək mümkün olmadığından, genetik meyli olan xəstələrdə lezyon yarana bilər. Simptomların ortaya çıxmasının tam qarşısını almaq mümkün olmasa da, onların sayının və ölçüsünün artmasının qarşısını almaq üçün aşağıdakılar vacibdir:

  • çəkiyə nəzarət etmək
  • sağlam qidalanmaq
  • stressdən uzaq durmaq
  • alkoqol və siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq
  • aktiv həyat tərzi sürmək

Seboreik Keratozu evdə müalicə etmək mümkündürmü?

Evdə müalicə edilməyə cəhd edilən zədələnmiş toxumalarda bəzi ağırlaşma halları ilə qarşılaşma ehtimalı yüksəkdir. Ümumiyyətlə evdə istifadə edilən kimyəvi qıcıqlandırıcılar lezyona mikrob düşməsi və buna bağlı olaraq ağrı, şişkinlik və qızartı problemin böyüməsi ilə nəticələnə bilər.

Digər tərəfdən qıcıqlanma ilə meydana gələn lezyona qan toplanması nəticəsində lezyon birdən-birə bir neçə dəfə böyüyür və rəng dəyişikliyi olur. Bənövşəyi, tünd qəhvəyi və ya qara rəngin qaralması ilə xəstə və yaxınlarında qorxuya səbəb olan problemlər yaranır.

Qıcıqlanma, infeksiya və qanaxma nəticəsində yaranan ağırlaşmalar müalicəni çətinləşdirir və uzadır. Buna görə də xəstələr şayiələrdən istifadə edərək evdə özünü müalicə etməyə çalışmamalıdırlar.

Seboreik Keratozun fəsadları hansılardır?

Lezyonlar adətən çox problem yaratmadan uzun illər qala bilər. Lakin zaman keçdikcə diametri və həcmi böyüdükcə onları zədələmək daha asan olur. Xüsusən də paltar geyərkən və ya əl ilə didildikdə zədələnmiş toxumanın qanaması və yoluxması mümkündür. Bu, lezyonun görünüşünün qəfil dəyişməsinə səbəb olur. Lezyon ətrafında şişlik, ağrı, qızartı və istilik meydana gəlir. Belə hallarda təcili mütəxəssis həkimin (dermatoluqun) müayinəsi mütləqdir.

Seboreik Keratozu necə müalicə etmək olar?

Epidermisdə zədələnmiş toxumanın məhvinə əsaslanır. Nəzərə alınacaq məqam sağlam toxuma zərər vermədən xəstə toxumanın məhv edilməsidir.

Bunun üçün aşağıdakı üsullardan istifadə olunur:

  • Küretaj. Küretaj dəri səthindəki zədələnmiş toxumanın çıxarılması prosesidir. Həssas nahiyələrdə inkişaf edən böyük və ya xüsusilə nəzərə çarpan lezyonların müalicəsi tələb olunduqda ən çox istifadə edilən cərrahi müalicə üsuludur.
  • Kriyoterapiya. Krioterapiya problemli nahiyədə maye azotun (-190°C kimi çox soyuq temperaturlara çata bilən qaz) istifadəsini nəzərdə tutur. Bu üsul seboreik keratozları dondurur və onları bir neçə saniyə ərzində tez və təhlükəsiz şəkildə müalicə etməyə imkan verir.
  • Elektrokoaqulyasiya. Elektrokoaqulyasiya, toxumaları yandırmağa və yandıraraq kəsməyə, beləliklə qansız cərrahiyyə əməliyyatı etmək üçün istifadə edilən qələm kimi ucu olan elektrik cihazıdır. Seboreik keratoz lezyonlarına elektrokoaqulyasiya tətbiq etməklə bu toxumaları sağaltmaq olar.
  • Radiotezlik müalicəsi. Xüsusi elektrodlar vasitəsilə müəyyən tezliklərdə tətbiq olunacaq nahiyənin selikli qişasının altında radio dalğaları ötürərək, bu bu bölgələrdə kontrollu lokal temperatur artımı və toxumadakı zülalların denatürasiyası təmin edilərək toxuma həcminin kiçildilməsinə radiotezlik prosesi deyilir. Bir çox sahədə istifadə edilən və uğurlu nəticələr verən bu üsul yalnız tətbiq olunan sahədə təsir göstərməsi baxımından təhlükəsizdir. Seboreik keratozun müalicəsində də istifadə olunur və uğurlu nəticələr verir.
  • Lazer terapiyası. Lazer prosedurları ən əhatəli dermatoloji tətbiqlərdən biridir. Dəridə görünən bir çox problemi  kimi seboreik keratozu da müalicə etmək üçün istifadə edilə bilər. Lazer terapiyası ilə seboreik keratozdan təsirlənən dəri toxumasını heç bir risk olmadan çox dəqiq şəkildə müalicə etmək mümkündür. CO2 lazer texnologiyası sayəsində seboreik keratoz lezyonu dərini qaldıraraq məhv edilir. Lazer tətbiqindən sonra dərinin solması və ya qaralması, ağrı və ödem kimi yan təsirlər müşahidə oluna bilər. Bu təsirlər uzun sürməməklə birlikdə asanlıqla aradan qaldırıla bilər.

İxtisaslaşmış dermatoloq bu müalicə üsullarından birini yeri və ölçüsünə görə seçib tətbiq edir. Sağalma müddəti kiçik lezyonlarda 10-15 gün, böyük lezyonlarda isə 15-30 gündür. Müalicədən sonra antiseptik tətbiq etmək və yaraya infeksiya keçməyəcək şəkildə qulluq etmək vacibdir. Müvafiq aralıqlarla sağalana qədər həkim nəzarəti tələb olunur. Nəticələr üz güldürəndir.

Göründüyü kimi, seboreik keratoz, xəstə insan istisna olmaqla, ailə üzvlərinə və ya ətraf mühitə zərər verə biləcək bir xəstəlik deyil. Yoluxuculuq və ya dəri xərçəngi ilə heç bir əlaqəsi olmasa da, görünüşü ilə xəstəni narahat edir. Kosmetik və ya funksional səbəblərdən seboreik keratozdan xilas olmaq istəyən xəstələr üçün uyğun müalicə üsulları ilə lezyonları müalicə etmək mümkündür. Düzgün tətbiq olunan müalicələrin kosmetik nəticələri əladır.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!