Follikulit
Follikulit (Folliculitis) – tük follikulunun irinli iltihabıdır. Səpgi elementləri və onların təkamülü – follikulyar pustulalar, papulalar, papula-pustulalar, içərisindən tük keçən, 1-3 mm ölçüdə, çəhrayı-qırmızı rəngdə, yarımkürə şəklindədir. Sağalma prosesində çapıq qoymayan, sarımtıl qabıqlı, ikincili piqmentasiyalı eroziyalar formalaşır; follikulitlər dərində yerləşdikdə ağrılıq olur, kiçik xoralar, nöqtəvari çapıqlar yaranır. Follikulit səthi və ya dərin ola bilər. Sinə, […]