Saçda kəpək baş dərisinin soyulmasına səbəb olan ümumi bir saç problemidir. Bu, yoluxucu deyil, lakin xüsusilə təkrarlanan vəziyyətlərdə insanın öz güvəninə təsir edən bir problemdir. Saçda kəpək probleminin yüngül forması gündəlik şampunlardan istifadə etməklə azalmağa meylli ola bilər. Ancaq kəpək əleyhinə şampun təsir göstərmirsə, simptomlar sonradan geri qayıda bilər. Bu nöqtədə bir dermatoloq həkimdən məsləhət almağınızı tövsiyə edirik. Əks halda baş dərisində daha ciddi dəri problemləri yarana bilər.
Saçda kəpək növləri
Saçda kəpək baş dərisinin həddindən artıq soyulması nəticəsində yaranır. Hər iki həftədən bir baş dərisindəki hüceyrələr təbii olaraq yenilənir və kiçik, görünməz pulcuqlar şəklində yox olur. Ancaq bəzi amillərə görə hüceyrənin yenilənməsi prosesi sürətlənir. Saçda kəpək kimi tanınan ölü dəri hüceyrələrinin yığınları əmələ gəlir.
İki növ kəpək var:
- Quru kəpək: Çiyinlərə düşən kiçik, ağ pulcuqlar.
- Yağlı kəpək: Saç və baş dərisinə yapışan daha böyük sarımtıl pulcuqlar.
Hər iki halda kəpək baş dərisində narahatlıq və qaşınma yaradır.
Saçda kəpək simptomları
Saçda kəpək probleminiz olduğuna dair ən böyük simptom, saçlarınızda ölü dəri qalıqları və baş dərinizdə ağ pulcuq kimi görünən fərqli ləkələrlə qarşılaşmağınızdır.
Digər saçda kəpək problemi əlamətlərinə aşağıdakılar daxil ola bilər:
- baş dərisinin qaşınması,
- saçlara, qaşlara və ya çiyinlərə tökülən dəri qabıqları,
- baş dərisində yağlı və ya quru pulcuqlar,
- saç xətti boyunca sarıdan qırmızıya qədər pullu qabıqlar (daha ağır hallarda).
Həyatınızda stress varsa, bu simptomlar daha şiddətli ola bilər. Bundan əlavə, saçda kəpək problemi soyuq, quraq mövsümlərdə daha da kəskinləşir.
Nə vaxt dəri həkiminə – dermatoloqa müraciət etmək lazımdır?
Saçda kəpək problemindən əziyyət çəkən insanların çoxu dermatoloq həkim müalicəsinə ehtiyac duymur.
Aşağıdakı hallarda dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkimə – dermatoloqa müraciət edin:
- bir aydır ki, kəpəklənmə əleyhinə şampun istifadə edirsiniz və kəpəklənmə probleminizdə yaxşılaşma görməmisinizsə
- saçda kəpək probleminiz çox şiddətlidirsə
- saç dəriniz qaşınırsa
- saç dəriniz şişkin və ya qırmızıdırsa
- saçda kəpək problemi ilə zəifləmiş immunitet sisteminiz varsa (kimyoterapiya, immunitet sisteminizi zəiflədən bir dərman istifadə edirsinizsə)
Saçda kəpək səbəbləri
Saçda kəpək probleminə səbəb ola biləcək faktorlar aşağıdakı kimi göstərilə bilər.
- Saçları kifayət qədər daramamaq. Saçlarını mütəmadi olaraq daramayanlar kəpək problemi ilə üzləşir, çünki tökülən baş dərisi daraqla təmizlənmir və birbaşa saça yapışır.
- Seboreya Dermatiti. Dərinin piy vəziləri ilə zəngin nahiyələrinin çox geniş yayılmış xroniki xəstəliyidir. Bu xəstəlik zamanı piy vəziləri tərkibində sərbəst yağ turşuları çox miqdarda olan piy ifraz edir.
- Allergik kontakt (kontakt) dermatit: Bu, saç boyası, saç spreyi, saç geli və ya köpük kimi baş dərisində istifadə olunan məhsullara dərinin reaksiyasıdır.
- Temperaturun düşməsi. Ümumiyyətlə qış aylarında temperaturun aşağı düşməsi ilə dərinin mövsüm xəstəlikləri özünü göstərməyə başlayır. Üz dərimiz kimi baş dərimiz də soyuq havaya görə quruyur və soyulur. Bu səbəbdən baş dərinizin hərarətini sabit saxlamaq üçün mümkün qədər papaq taxmağınızı tövsiyə edirik.
- Kifayət qədər şampunlamamaq. Saçınızı kifayət qədər şampunlamasanız və ya müntəzəm olaraq yumasanız, baş dərisində yağlar və dəri hüceyrələri toplanır. Onlar yığıldıqca, bu qalıqlar saçda kəpək probleminə səbəb olur.
- Bəzi xəstəliklər. Parkinson, ürək xəstəlikləri və immunitet sistemi ilə əlaqəli pozğunluqlar kimi nevroloji xəstəliklər də saçda kəpək probleminə səbəb ola bilər.
- Qidalanma. Tərkibində B vitaminləri və sink olan qidalar müntəzəm olaraq qəbul edilmədikdə saçda kəpək probleminə səbəb ola bilər.
- Stress. Stress saçda kəpək probleminə səbəb olurmu? Bəli, istər emosional, istərsə də fiziki, stres altında kəpək kimi saç problemləri yarana bilər.
Saçda kəpək üçün risk faktorları
Demək olar ki, hər kəsdə saçda kəpək problemi ola bilər, lakin bəzi amillər sizi daha həssas edə bilər:
- Yaş. Saçda kəpək adətən gənc yaşda başlayır və orta yaşa qədər davam edir. Bu o demək deyil ki, yaşlı insanlarda saçda kəpək problemi yaşamır. Bəzi insanlar üçün saçda kəpək problem ömürlük ola bilər.
- Kişi cinsinin nümayəndəsi olmaq. Kişilərdə saçda kəpək probleminə qadınlara nisbətən daha çox rast gəlinir.
- Müəyyən xəstəliklər. Parkinson xəstəliyi və sinir sisteminə təsir edən digər xəstəliklər də saçda kəpək riskini artırır. HİV -ə və ya zəifləmiş immunitet sisteminə sahib olmaq da.
Saçda kəpək diaqnozu
Trixologiya saç, baş dərisi və saçda kəpək əlamətlərinə səbəb olan saç problemlərinin diaqnozu və müalicəsini öyrənən elmdir.
Təcrübəli dermatoloq həkim saçınıza və baş dərinizə baxaraq asanlıqla kəpək diaqnozunu qoya bilər.
Saçda kəpək müalicəsi
Əksər insanlar üçün saçda kəpək problemi tibbi müalicə tələb etmir. Bununla belə saçda kəpək probleminin əsas müalicəsi kəpək əleyhinə şampunlardır.
Amerika Dermatologiya Akademiyasından Kəpəklənmə əleyhinə tövsiyələr:
- şampunun şüşəsindəki təlimatlara əməl edin. Çox müxtəlif kəpəklənmə əleyhinə şampunlar var və hər birində simptomları azaltmaq üçün müxtəlif aktiv maddələr var. Ən yaxşı nəticə əldə etmək üçün həmişə şüşədəki təlimatlara əməl edin. Məsələn, bəzi kəpəklənmə əleyhinə şampunların şüşəsindəki təlimatlarda şampunu saç və baş dərisinə sürtməyinizi və durulamadan əvvəl şampunu təxminən beş dəqiqə saxlamağınızı tələb edir. Digərləri isə baş dərisində qalmamalıdır.
- Əgər Qafqaz və ya Asiyalısınızsa, hər gün normal saçlar üçün şampundan, həftədə iki dəfə isə kəpəklənmə əleyhinə şampundan istifadə edin. Bir kəpəklənmə əleyhinə şampun nəticə verməzsə, tərkibi müxtəlif olan kəpəklənmə əleyhinə şampunları növbəylə istifadə etməyə çalışın.
- Əgər Afrika-Amerikalısınızsa, saçda kəpək əleyhinə şampundan istifadə edərək saçlarınızı həftədə yalnız bir dəfə şampunlayın. Saç tipiniz üçün ən uyğun məhsul tövsiyəsi üçün təcrübəli dermatoloqa müraciət edin.
- Tərkibində kömür qatranı olan kəpəklənmə əleyhinə şampundan istifadə edərkən diqqətli olun. Qatran şampunu sarışın, boz və ya ağ saçların rəngini dəyişə bilər, ona görə də açıq rəngli saçlarınız varsa, saçda kəpək əleyhinə fərqli şampun seçmək istəyə bilərsiniz. Qatran şampunu da baş dərisini günəş işığına qarşı daha həssas etmək potensialına malikdir. Bu tip kəpəklənmə əleyhinə şampundan istifadə edirsinizsə, açıq havada papaq taxaraq və mümkün olduqca kölgə dayanaraq baş dərinizi günəşdən qorumaq vacibdir.
Bir növ şampun bir müddət müsbət nəticə verirsə və sonra effektivliyini itirirsə, iki növ kəpəklənmə əleyhinə şampunu növbə ilə istifadə etməyə çalışın. Saçda kəpək probleminiz nəzarət altına alındıqdan sonra saç baxımı və kəpəklənmə probleminin qarşısının alınması üçün kəpəklənmə əleyhinə şampundan daha az istifadə etməyə çalışın.
Bir neçə həftə ərzində müntəzəm olaraq kəpəklənmə əleyhinə şampun istifadə etdikdən sonra simptomlarınız davam edərsə, dermatoloq həkimə müayinə olunun. Bir dermatoloq vəziyyətinizi düzgün diaqnoz edə və simptomlarınıza ən uyğun müalicə planını təyin edə bilər.
Saçda kəpək saç tökülməsinə səbəb olurmu?
Saçda kəpək özülüyündə saç tökülməsi probleminə səbəb olmur. Ancaq səbəb olduğu qaşınma cızıqlara səbəb ola bilər. Saç follikullarında təkrarlanan iltihab zədələnməyə və çapıqlara səbəb ola bilər, bununla da saç böyüməsi yavaşlayır və ya dayanır. Beləliklə, saçda kəpək problemi zəif və ya nazik saçlara səbəb ola bilər.
