Follikulit müalicəsi

Follikulit

Follikulit

Follikulit (Folliculitis) – tük follikulunun irinli iltihabıdır. Səpgi elementləri və onların təkamülü – follikulyar pustulalar, papulalar, papula-pustulalar, içərisindən tük keçən, 1-3 mm ölçüdə, çəhrayı-qırmızı rəngdə, yarımkürə şəklindədir. Sağalma prosesində çapıq qoymayan, sarımtıl qabıqlı, ikincili piqmentasiyalı eroziyalar formalaşır; follikulitlər dərində yerləşdikdə ağrılıq olur, kiçik xoralar, nöqtəvari çapıqlar yaranır. Follikulit səthi və ya dərin ola bilər. Sinə, kürək, omba, qol və ayaqlar da daxil olmaqla tüklərin olduğu hər yerə təsir edə bilər. Sızanaqlar və onun variantları da follikulit növləridir.

Follikulit simptomları

Follikulit, ümumilikdə adi sızanağa bənzəyir. Hər bir səpginin ətrafında qırmızı bir halqa ola bilər ki, bu da infeksiyanın əlamətidir. Follikulit simptomları müxtəlif olsa da follikulitin ümumi simptomları yüngül ağrı, qaşınma və ya qıcıqlanmadır.

Follikulit yaranma səbəbləri və müalicəsi

Follikulitin etiologiyası çox vaxt qeyri-müəyyəndir, lakin tərləmə, travma, sürtünmə və dərinin tıxanması infeksiyanı gücləndirir. Patogen bakterial, göbələk, viral və ya parazitar ola bilər.

İnfeksiya. Follikulitin infeksiyaya bağlı olub-olmadığını müəyyən etmək üçün pustuladan nümunə götürülməlidir.

Bakteriya. Bakterial follikulit daha çox Staphylococcus aureusdan qaynaqlanır. Tövsiyə olunan müalicəyə diqqətli gigiyena, antiseptik təmizləyici və ya krem, yerli və ya oral antifungal dərmanlar daxildir.

Mayalar. Follikulitə səbəb olan ən çox yayılmış maya, Malassezia olaraq da bilinən Pityrosporum ovaledir. Malassezia follikulit, gənclərə bədənin yuxarı hissəsinə təsir edən, qaşınan sızanaqdır. Müalicəyə, nəmləndiricilərdən uzaq durmaq, istifadə edilən antibiotikin dayandırılması və bir neçə həftə ərzində yerli və ya oral antifungal dərmanların istifadəsi daxildir.

Göbələklər. Tinea Capitis adətən saç tökülməsi ilə nəticələnsə də, bəzən follikulitlə nəticələnə bilir. Müalicə bir neçə ay ərzində oral antifungal dərmanı ilə aparılır.

Viral İnfeksiyalar. Herpes Simplex virusu Follikulitə səbəb ola bilər. Bu müalicə edilmədən təxminən on gün ərzində yox olur. Şiddətli təkrarlanan püskürmələr asiklovir və digər antiviral dərmanlarla müalicə edilə bilər.

Herpes Zoster virusunun səbəb olduğu follikulit sinirdə ağrılı pustulalar və qabıqlı səpgilərlə özünü göstərə bilər. Yüksək dozalı asiklovirlə müalicə olunur.

Parazitar İnfeksiya. Yaşlı və ya immuniteti zəif olan yetkinlərin üzündə və ya baş dərisində müşahidə olunan follikulit saç follikulunun gənələri (demodex) tərəfindən kolonizasiyaya bağlı ola bilər. Bu demodikoz kimi tanınır.

Yenidən çıxan tüklərin qıcıqlanması səbəbiylə. Follikulit tüklərin təraş, ağda və ya epilatordan sonra yenidən çıxması nəticəsində yarana bilər.

Qıcıqlandırıcı follikulit, qadınlarda ayaqlarının aşağı hissəsində (təraş səpgiləri), kişilərdə isə saqqal bölgəsində (psevdofollikulit barbae) daha çox rast gəlinir. Ümumi simptomu qaşınmadır. Müalicə planına, təxminən üç ay müddətinə  epilyasiyanı dayandırmaq daxildir. Təkrarlanan qıcıqlandırıcı follikulitin qarşısını almaq üçün qadınlar yumşaq epilyasiya üsulundan istifadə etməlidir. Ülgücdən istifadə edilməsi hallarında isə, sabundan uzaq durmalı və bol təraş geli tətbiq edilməlidir.

Kontakt reaksiyalar səbəbiylə yaranan follikulit

  • Oklyuziya. Parafin əsaslı məlhəmlər, nəmləndiricilər və yapışan plasterlər steril follikulitlə nəticələnə bilər. Nəmləndirici krem gərəkli olduqda, yağsız bir məhsul seçilməlidir, çünki tıxanma ehtimalı azdır.
  • Kimyəvi maddələr. Kömür qatranı, kəsici yağlar və digər kimyəvi maddələr qıcıqlandırıcı follikulitə səbəb ola bilər. Qıcıqlandırıcı məhsulla təmasdan çəkinin.
  • Yerli steroidlər. Yerli steroidlərin həddindən artıq istifadəsi follikulit yarada bilər. Perioral dermatit nəmləndiricilər və yerli steroidlərlə təhrik edilən üz follikulitidir. Perioral dermatit altı həftəyə qədər tetrasiklin antibiotikləri ilə müalicə olunur.
  • İmmunosupressiya. Eozinofilik follikulit, HİV və ya xərçəngdən əziyyət çəkənlər kimi immuniteti zəif olan şəxslərdə yarana bilən spesifik bir follikulit növüdür.

Dərmanlar səbəbiylə yaranan follikulit

Follikulit dərmanlar, xüsusən də kortikosteroidlər, androgenlər, adrenokortikotrofik hormon, litium, izoniazid, fenitoin və B-kompleks vitaminləri səbəbindən baş verə bilər.

İltihabi dəri xəstəlikləri səbəbiylə yaranan follikulit

Bəzi nadir iltihablı dəri xəstəlikləri dərin yerləşmiş steril follikulit səbəbindən qalıcı saç tökülməsinə və çapıqlara səbəb ola bilər.

Bunlara daxildir:

  • liken planus
  • diskoid lupus eritematosus
  • follikulit dekalvasları
  • keloidal follikulit

Diaqnozu dermatoloq həkim tərəfindən dəri biopsiyası əsasında qoyulur. Müalicə planı, əsas vəziyyətdən və onun şiddətindən asılıdır.

Sızanaqlar və onun variantları

Sızanaqlar və onun variantları da follikulit növləridir. Bunlara daxildir:

Sızanaqlar və  onun variantlarının müalicəsi yerli terapiya, həmçinin tetrasiklin antibiotiklərinin, izotretinoin (vitamin-A törəməsi) və qadınlarda antiandrogenik terapiyanın uzun kurslarını əhatə edə bilər.

Follikulitdən necə qurtulmaq olar?

Sızanağa bənzər follikulit öz-özünə yox olur, əgər siz:

  • Sağlam immunitet sisteminə sahib olsanız,
  • Follikulitə səbəb olan amili dayandırsanız.

Dərinizi daha tez təmizləmək üçün bölgəyə isti kompreslər tətbiq edə bilərsiniz:

  • Gündə ən azı 3-4 dəfə tətbiq edin
  • Hər dəfə dərinizdə 15-20 dəqiqə saxlayın.

Hnası halda follikulitlə bağlı dermatoloqa müraciət edilməlidir?

Əgər təraşdan sonra follikulit (ülgüc qabarcığı) əmələ gəlirsə və təraşınızı dayandıra bilmirsinizsə, dermatoloqa müraciət etməyiniz tövsiyə olunur. Dermatoloq təraşın səbəb olduğu qıcıqlanmanı azalda biləcək müalicə planı təyin edəcəkdir.

Follikulitin qarşısının alınması

Follikulitin qarşısını almaq üçün bir sıra tövsiyələr:

  • Dar paltarlar dəriyə sürtünməyə meyllidir. İsti və rütubətli havalarda daimi sürtünmə tük follikullarını zədələyərək follikulitə səbəb ola bilər. Əgər məşq edərkən dar paltar geyinirsinizsə, məşqdən və duş qəbul etdikdən dərhal sonra paltarınızı dəyişdirərək qıcıqlanmanın qarşısını ala bilərsiniz.
  • Düzgün saxlanılmayan isti vannada follikulit riski daha yüksəkdir. Xlor səviyyəsindən əmin deyilsinizsə, isti vanna və ya hovuzdan uzaq durmalısınız. 
  • Hər istifadədən sonra çimərlik paltarınızı yumaq və geyinməzdən əvvəl onun tamamilə qurumasını gözləmək, follikulitə səbəb ola biləcək bakteriyalara məruz qalma riskinizi azaltmağa kömək edir.
  • Bəzi insanlar dərisinə kömür qatranı kimi dərman tətbiq etdikdə follikulit baş verir. Follikulit riskini azaltmaq üçün,
  • Dərmanı tükün çıxma istiqamətində tətbiq edin,
  • Mümkünsə, müalicə olunan nahiyəni açıq saxlayın.
  • Follikulitin ümumi səbəbi təraşdır. Dermatoloqun necə təraş etməli olduğunuzla bağlı verdiyi məsləhətlərə əməl etməklə follikulit riskini azalda bilərsiniz.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!