Masturbasiya haqqında

Masturbasiya etmək dərimizdə nələrə səbəb olur?

Masturbasiya etmək dərimizdə nələrə səbəb olur?

Masturbasiya ilə bağlı çoxlu mif və yanlış fikirlər olduğu kimi prosesin dəriyə təsiri ilə əlaqədar da səhv inanclar mövcuddur. Bəzi insanlar masturbasiyanın sızanaq yaranmasına səbəb ola biləcəyini düşünürlər, lakin bu, həqiqətdən uzaqdır. Masturbasiyanın ümumiyyətlə sızanaq ilə əlaqəsi yoxdur. Onun hormon səviyyəsinə müəyyən təsiri olsa da, bu, sızanaq yaradacaq nisbətdə olmur.

Bu mifin haradan başladığını, məsələnin əslinin nə olduğunu bilmək üçün oxumağa davam edin.

Masturbasiya sızanağa səbəb olur mifi necə yarandı?

Yeniyetməlik dövrü, adətən həm sızanaqların başlanğıcıdır, həm də masturbasiya ilə bağlı ilk təcrübələrin yarandığı dönəmdir. Yeniyetməlikdə orqanizm daha çox testosteron və digər androgenlər sintez edir. Hormonların artması həm də dərinin daha çox sebum – piy vəzilərindən yağlı maddə ifraz etməsi deməkdir. Sebum normal miqdarda olduqda dərini qoruyur, lakin çox olarsa, məsamələriniz tıxanır və sızanaq yaranmasına səbəb olur. Bir sözlə, masturbasiya sebum ifrazına təsir etmir, dolayısı ilə də sızanağa gətirib çıxarmır. Nəzərə alın ki, yaşınızdan, masturbasiya edib-etməməyinizdən və ya cinsi əlaqədə olmağınızdan asılı olmayaraq üzünüzdə sızanaqlar yarana bilər.

Bəs masturbasiya hormonların miqdarına təsir edir?

Masturbasiya zamanı homon səviyyəsində dəyişiklik baş verir, lakin bu, dəri sağlamlığına təsir etmək üçün kifayət deyil. Tədqiqatlar nəticəsində məlum olub ki, orqazm həm kişilərdə, həm də qadınlarda testosteronun çox cüzi artımına səbəb ola bilər. Ancaq bu dəyişiklik bir neçə dəqiqə ərzində normala qayıdır. Masturbasiya nəticəsində yaranan müvəqqəti hormon axını o qədər əhəmiyyətsizdir ki, sızanaqların çıxması üçün tibbi səbəb kimi göstərilə bilməz.

Masturbasiya nədir?

Masturbasiya bir insanın cinsiyyət orqanını cinsi həzz almaq üçün stimullaşdırmasıdır. Hər yaşdan, cinsdən və cinsi oriyentasiyadan olan insanlar masturbasiya edir. İnsanların təkbaşına və ya razılıq verən partnyor iştirakı ilə masturbasiya etməyi normal haldır.

Masturbasiya bəzi din və ya mədəniyyətlər üçün ziddiyyət təşkil etsə də, nadir hallarda mənfi nəticələrə səbəb olur. O, cinsi gərginliyi aradan qaldırır və stresin azalmasına kömək edir. Bəzən partnyoru tərəfindən edilən masturbasiya vaginizmi olan qadınlara bu problemin həllində faydalı təsir göstərir.

Masturbasiya haqqında faktlar

Masturbasiya haqqında heç vaxt eşitmədiyiniz bir neçə fakta nəzər salaq.

1) Kişilərdə prostat xərçəngi riskini azaldır.

Harvardda edilən son araşdırmalardan birində ayda 21 dəfə və ya daha çox boşalmış kişilərin prostat xərçəngi riski ayda 4-7 dəfə boşalmış kişilərə nisbətən 19-22 faiz daha az olması ortaya çıxıb. Amerika Xərçəng Cəmiyyətinə görə, ildə təxminən 220800 prostat xərçəngi diaqnozu qoyulduğunu nəzərə alsaq, cinsi həyatı daha aktiv hala gətirərək bu riski azaltmaq üçün cəhd etməyə dəyər. Partnyoru olmayan və ya bu qədər aktivlik istəməyən partnyora sahib olanlar üçün masturbasiya alternativ seçim ola bilər.

2) Hər kişi masturbasiya etmir.

2016-cı ildə aparılan bir araşdırma masturbasiya ilə bağlı kifayət qədər əsaslı bir statistika aşkar etdi: kişilərin yalnız 57 faizi müntəzəm olaraq masturbasiya edir. Tədqiqat müəllifi Debby Herbenick-ə görə, bunun səbəbi fərqli ola bilər. Bəzi kişilər partnyorları ilə çoxsaylı cinsi əlaqədə olur deyə buna ehtiyac duymur. Digərləri üçün proses sadəcə maraqlı olmaya bilər. 14-17 faiz kişilərdə isə cinsi istəyin az olmağı ilə əlaqədardır.

3) May Amerikada masturbasiya ayıdır.

1995-ci ildə San Fransiskoda yerləşən Good Vibrations seks mağazası 14 mayı Masturbasiya günü elan etdi. Bu, tezliklə may ayının bir günündən bütün aya keçdi. Dünyanın bəzi digər ölkələrində yeniyetmələr masturbasiya haqqında maarifləndirilir. The Daily Mail xəbər verir ki, 2009-cu ildə Böyük Britaniyanın Milli Səhiyyə Xidməti yeniyetmələrə və onların valideynlərinə masturbasiyanın faydaları, cinsi əlaqə əvəzinə bunun seçilməsinin arzuolunmaz hamiləlik və cinsi yol ilə keçən infeksiyaların qarşısını alacağı haqqında məlumatlandırıcı flayerlər paylayıb.

4) Masturbasiya xəsarətləri.

Yəqin ki, cinsi xəsarətlər haqqında eşitmisiniz, bəs masturbasiya xəsarətləri haqqında nə demək olar? “Trauma and Acute Care Surgery” jurnalında dərc edilən araşdırma nəticəsində məlum olub ki, penis sınıqlarının 60 faizi masturbasiya zamanı baş verir. Digər ağır xəsarətlərə həddindən artıq sürtünmə ilə əlaqədar açılan yaraların infeksiyalaşması nəticəsində yaranan qanqrena daxildir.

4) Masturbasiya zamanı ereksiyanın itməsi narahatlıq siqnalı ola bilər.

İtaliyalı bir qrup tədqiqatçıya görə, kişilərin 45 faizi masturbasiya zamanı ereksiyanı davam etdirə bilmir və həmin şəxslərdə ürək-damar xəstəliyi riski daha yüksəkdir.

5) Masturbasiya və cinsi əlaqə zamanı sperma fərqi.

1990-cı illərdə, yapon tədqiqatçıların da daxil olduğu çoxsaylı tədqiqatlar göstərdi ki, cinsi əlaqə zamanı yaranan sperma miqdarı masturbasiyadakına nəzərən daha çoxdur. Təəccüblü olsa da, düşünülür ki, səbəbi cinsi əlaqə zamanı prostat vəzin daha aktivliyi ilə bağlıdır.

Masturbasiya ziyanları

Masturbasiyanı norma daxilində etməyin heç bir zərəri yoxdur. Həddindən artıq etdikdə nə kimi yan təsirləri ola bilər, baxaq:

  • Xroniki yorğunluq
  • Bel ağrısı
  • Saç tökülməsi
  • Ereksiyanın zəifləməsi
  • Erkən boşalma
  • Testis ağrıları
  • Qasıq nahiyəsində spazmşəkilli sancı
  • Unutqanlıq

Bu sadalananlar hər kəs üçün olacaq anlamına gəlmir, lakin nəzərdə saxlanılmalı ehtimallardır. Masturbasiyanın riskləri ilə bağlı bir çox mif də var, lakin bunların heç birinin elmi təsdiqi yoxdur. Belə ki, masturbasiya aşağıdakı problemlərə səbəb olmayacaq:

  • Korluq
  • Sonrakı cinsi əlaqələrdə libido əskikliyi
  • Erektil disfunksiya
  • Penis daralması
  • Penis əyriliyi
  • Aşağı sperma sayı
  • Sonsuzluq
  • Ruhi xəstəlik
  • Fiziki zəiflik

Bəzi cütlüklər narahat olurlar ki, onlardan biri masturbasiya edirsə, münasibətləri qənaətbəxş olmayacaq. Bu da sadəcə mifdir. Hətta bir araşdırmaya görə, masturbasiya edən qadınlar etməyənlərə nisbətən daha xoşbəxt evliliyə sahibdir.

Masturbasiya zamanı dərimizdə nə baş verir?

Masturbasiya zamanı çox kobud hərəkətlər dərimizdə həssaslıq, zədələnmə yarada bilər. Lakin bu, adətən bir neçə gün ərzində sağalır. Kişilər qısa müddət ərzində tez-tez masturbasiya etsələr, penisdə yüngül bir şişkinlik – ödem müşahidə edə bilərlər. Bir neçə gündən sonra orqan əvvəlki vəziyyətə geri qayıdır.

Masturbasiyanın nə kimi faydaları ola bilər?

  • Stress və gərginliyi azaldır
  • Yuxunun keyfiyyətini artırır
  • Əhvali-ruhiyyəni yüksəldir
  • Menstrual spazmları azaldır
  • Cinsi əlaqə zamanı ağrıları yüngülləşdirir

Masturbasiyadan necə qurtulmaq olar?

Masturbasiya cinsi sağlamlığın normal bir hissəsidir. Bu, seksuallıq və özündən həzz almaq üçün təhlükəsiz bir prosesdir. Yanaşı olaraq aşağıdakı hallarda masturbasiyanı normal həddə gətirmək lazımdır:

Masturbasiya etmək istəyini idarə edə bilmirsinizsə,

Gündəlik iş və ya öhdəliklərinizi yerinə yetirməyə mane olursa,

Masturbasiya edə bilmək üçün işi, məktəbi və ya sosial fəaliyyətinizi təxirə salırsınızsa.

Bunu necə dayandırmaq olar?

Masturbasiyanı azaltmağı öyrənmək bir prosesdir. Bu, xeyli zaman ala bilər, amma mümkündür.

Bir mütəxəssis köməyindən istifadə edin. Masturbasiyanı daha sağlam hala gətirməyə və ya tamamilə dayandırmağa hazır olduğunuzda, həkiminizlə danışın. O, sizi cinsi sağlamlıq üzrə ixtisaslaşmış məsləhətçiyə, psixoloq və ya psixiatra yönləndirə bilər.

Sizin üçün çox maraqlı, həzz aldığınız yeni fəaliyyətlərə başlayın. Buraya fiziki məşqlər, yoqa, yeni hobbi kəşf etmək, axşam yeməyi üçün dostlarla görüşmək yaxud yeni muzey və ya eksponatları araşdırmaq daxil ola bilər. Müxtəlif fəaliyyətlər ilə məşğul olduqda, masturbasiya imkanlarını azaldırsınız.

Tək qaldığınız vaxtı məhdudlaşdırın. Normalda təkbaşına həyata keçirəcəyiniz fəaliyyətləri daha ictimai məkana köçürməyə çalışın. Həmçinin pornoqrafiyaya baxmağı dayandırmaq da faydalı olacaqdır.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!