Əl dırnaq xəstəlikləri və onların müalicə olunması

Əl dırnaq xəstəlikləri və onların müalicə olunması

Əl dırnaq xəstəlikləri və onların müalicə olunması

Dırnaq xəstəlikləri arasında ən geniş yayılanı, demək olar ki, göbələkdir. Onixomikoz olaraq da tanınan bu xəstəlik həyat keyfiyyətini ciddi şəkildə pozan yoluxucu infeksiyadır. Ən çox əl və ayaq dırnaqlarında göbələk infeksiyalarının müalicəsi kifayət qədər uzun müddət çəkə və güclü dərmanların istifadəsini tələb edə bilər. Bunlardan bəziləri dırnaqlara sürtülür, bəziləri isə həb kimi qəbul edilir. Dırnaq göbələklərinin müalicəsinə həkimə müraciət etmədən başlamaq çox təhlükəli ola bilər. İstifadə olunan bəzi dərmanların ciddi yan təsirləri olduğuna görə dermatoloq nəzarəti altında düzgün istifadə etmək lazımdır.

Əl dırnaqlarında göbələk

Əl dırnaqlarında göbələk dırnaq ucunda və ya altında ağ və ya sarı ləkənin görünməsi ilə başlayır və infeksiya irəlilədikcə dırnağın rənginin dəyişməsi, qalınlaşması və hətta parçalanmasına səbəb ola bilər. Onun bir neçə dırnağa və ya bütün dırnaqlara təsir etmə potensialı vardır. Müalicə edilməzsə, infeksiya digər ələ və ya bədənin müxtəlif hissələrinə yayıla bilər.

  • El dirnaqlarinda gobelek simptomlari aşağıdakılardır:
  • Dırnağınız qalınlaşır, quruyur və ya parçalanır.
  • Ağ və ya sarı xəttlər yaranır.
  • Dırnaq asanlıqla qırılır.
  • Parlaqlığını itirir.
  • Rəngi tündləşir.
  • Xoşagəlməz qoxu olur.

Əl dırnaqlarında göbələk ehtimalı o zaman yüksəkdir ki, dırnaqların bir və ya bir neçəsində yuxarıda göstərilən simptomlar vardır. Bu halda dermatoloqa müraciət etmək məsləhətdir. Yoluxmuş dırnaqlar dırnaq yatağından ayrıla bilər. Nəticədə həmin zaman ağrı və pis qoxu hiss edə bilərsiniz. Şəkərli diabetiniz varsa və dırnaq göbələyi yarandığını düşünürsünüzsə, qısa müddətdə mütləq bir mütəxəssisdən kömək istəməlisiniz.

El dirnaqlarinda gobelek diaqnozu üçün əvvəlcə mütəxəssis – dermatoloq müayinəsi lazımdır. Çünki bəzən başqa dəri xəstəliyi, məsələn, psoriaz ilə qarışıq salına bilər. Bu zaman təkcə fiziki müayinə kifayət deyil. Tədqiqatlar göstərir ki, dırnaqların anormal görünüşünün yalnız 50-60% -i göbələkdən qaynaqlanır. Həkiminiz dırnaq altından material çıxarıb infeksiyaya səbəb olan göbələk növünü müəyyən etmək üçün laboratoriyaya göndərə bilər. İnfeksiyanın səbəbini bilmək ən yaxşı müalicə kursunu təyin etməyə kömək edir. Dırnaq göbələklərini müalicə etmək üçün istifadə edilən dərmanların əksəriyyətinin yan təsirləri var, buna görə xəstəliyin düzgün diaqnoz qoyulması və müalicənin yalnız bir mütəxəssis həkim tərəfindən aparılması çox vacibdir.

Dırnaq göbələyiniz çox inkişaf etməmişdirsə, sadə ev üsulları ilə müalicə edə bilərsiniz.

Dırnaq göbələrinin ev üsuli ilə müalicəsi:

  • Göbələk nahiyəsini təmiz və quru saxlayın.
  • Yoluxmuş dırnaqlarınızı kəsmək üçün ayrıca dırnaq qayçılarından istifadə edin.

Dırnağınızın görünüşü sizi narahat edirsə və ya ağrı hiss edirsinizsə, əczaçı ilə məsləhətləşə bilərsiniz. O, sizə aşağıdakı müalicə məhsullarını tövsiyə edə bilər:

  1. Antifungal dırnaq kremi: infeksiyanın sağalması 12 aya qədər çəkə bilər və hər zaman nəticə əldə etməyə bilərsiniz.
  2. Dırnaqyumşaldıcı krem: Dırnaqları yumşaltmaq üçün 2 həftə istifadə olunur ki, infeksiyanın təmizlənməsinə kömək etsin.

Uşaqlarda dırnaq xəstəlikləri

Dırnaqların inkişafı körpənin ana bətnindəki 9-cu həftəsindən başlayır və 5-ci ayına qədər davam edir. Usaqlarda dirnaq xestelikleri anadangəlmə və ya qazanılmış olur. Körpə dünyaya gələndə edilən ilk müayinədə anadangəlmə xəstəliklər aşkarlana bilər. Uşaqlarda dırnaq xəstəlikləri böyüklərdəki kimi olsa da, bəzi fərqləri vardır. Bəs uşaqlardakılar hansılardır?

  • Beau xətləri yenidoğulmuş körpələrin əksəriyyətində ilk aylarda görülə bilən, dırnaq üzərindəki üfiqi xətlərdir. Bu xətlər 3-4-cü aylarda yoxa çıxır. Lakin daha böyük uşaqlarda oyun zamanı travma, qızdırma, “əl-ayaq-ağız” xəstəliyinin əlaməti kimi görünə bilər. Bundan əlavə, Beau xətləri kimyaterapiya alan uşaqlar üçün də xarakterikdir.
  • Qaşıqşəkilli dırnaq səthin nazikləşib yumşalması və orta hissəsinin çökməsi ilə xarakterizə olunan bu vəziyyət yenidoğulmuş dövrdə normaldır. Ancaq körpə böyüdükdə düzəlməlidir. Bu, körpə və uşaqlarda dəmir çatışmazlığı anemiyasının əlaməti ola bilər.
  • Dırnaqətrafı ziyil  6 yaşdan kiçik uşaqların dırnaqlarında insan papilloma virusu tərəfindən törədilən ziyillərdir. Xəstəliyə dırnaqyemə vərdişi səbəb olur. Uşaqların üçdə birində xəstəlik özbaşına geriləyir. Bununla belə, yayılması və ağrının meydana gəlməsinin qarşısını almaq üçün dırnağa tətbiq edilə bilən keratolitik preparatlarla müalicə tələb olunur.
  • Dırnaq göbələyi uşaq və yeniyetmələrdə geniş yayılmışdırnaq xəstəlikləri sırasındadır. Hava keçirməyən, dar ayaqqabılar geyindikdə, gigiyena qaydalarına riayət etmədikdə yarana bilər. Bundan əlavə, uşağın immunitet sistemi ilə əlaqəli bir xəstəliyi varsa, dırnaq göbələyi meydana çıxır. Dırnaq səthinin saralması, dırnaq ucuna doğru qalınlaşma, dırnaq toxumasının ayrılması və təbəqələşməsi müşahidə edilir. İlk üstünlük verilən müalicə göbələkəleyhinə lak və dırnaqlara tətbiq olunan kremlərdir. Müalicə uzunmüddətlidir.
  • Dırnaq ətrafında infeksiyaya, adətən stafilokokk bakteriyaları səbəb olur və tez-tez baş barmaq əmmə buna təkan verir. İnfeksiyaya görə həmin nahiyədə qızartı, ağrı və şişkinlik olur. Uşaqlarda abses inkişafı nadirdir. Bununla belə, toxumada bir abses inkişaf etdikdə, adətən onu boşaltmaq lazım gəlir.
  • Dırnaq yemə (onixofaqiya) Xroniki dırnaq yemə uşaqlarda təşviş və obsessiv-kompulsiv pozğunluqlarla əlaqəli ola bilər. Dırnaq yedikdən sonra dırnaqların qalıcı qısalması və toxuma zədələnməsi nəticəsində infeksiya inkişaf edir. Bu zaman uşaqlarda aktiv stress faktorları aradan qaldırılmalıdır. Dırnaqları düzgün kəsmək və onlara qulluq etmək lazımdır. Şübhəli hallarda, obsessiv-kompulsiv pozğunluq aşkar edilərsə, müxtəlif müalicələr tələb olunur.
  • Dırnaq batması (onixokriptoz) Dırnaq toxumasının kənar tərəfləri dəri içərisinə girir. Körpələrdə fizioloji bir vəziyyətdir və ümumiyyətlə müalicə və ya müdaxilə tələb etmir. Uşaqlarda dırnağı yanlış kəsmək, dar ayaqqabılar və həddindən artıq tərləmə ayaq dırnaqlarının batmasına səbəb ola bilər. Batmanın dərəcəsindən asılı olaraq, müalicə üsulu dərman müalicəsi və ya cərrahi üsulla seçilə bilər.

Ayaq dırnaq xəstəlikləri

İndi isə gəlin, ən çox rastlanan ayaq dirnaq xestelikleri ilə tanış olaq.

Bunlardan göbələk xəstəliyi əl dırnaqlarındakına bənzərdir.

Ona görə keçək digər birisi olan kövrək dırnaqlara. Ümumi səbəbləri kimyəvi təmizləyicilər, dırnaqların dəfələrlə islanması və qurudulmasıdır. Digər səbəblər arasında dəmir çatışmazlığı və ya əsas xəstəlik ola bilər. Ən yaxşı həll yolu insanların nəmləndirici kremdən istifadə etməsi və dırnaqları kimyəvi maddələrdən və təkrar suya məruz qalmasından qorumaqdır.

Ayaq dırnaq xəstəlikləri arasında kifayət qədər yayılmış növlərdən biri onixoqrifozdur. Dırnaq sədəfi həddindən artıq böyüyür və qalınlaşır, tez-tez baş barmaqda rastlanır. Dırnağın bir hissəsi digərindən daha uzun olub qoç buynuzunu xatırladır.

Böyüklərdə ayaq dırnaq batması. Bu zaman ağrı və şişkinlik, bəzi hallarda isə infeksiyalaşma narahatlığa səbəb olur.

Dırnaqların batması nə zaman yaranır?

  1. Dırnaqların düzgün kəsilməməsi
  2. Dar corab və ya ayaqqabı geyinmək
  3. Fiziki yaralar
  4. Genetik faktorlar

Ayaqlarda dırnaq batmasının müalicəsi üçün rahat ayaqqabı geyinmək, ayaqları quru saxlamaq, ağrı varsa ağrıkəsicilərdən istifadə etmək, kiçik bir əməliyyatla dırnaq batmasının qarşısını almaq olar.

Ayaq dirnaq xestelikleinden bir digəri onixolizisdir. Bu, dırnağın öz yatağından ağrısız şəkildə ayrılmasıdır. Tədricən meydana çıxan onixolizis yaralanma və ya hər hansı xəstəliyin simptomu kimi formalaşa bilər. Göbələk, psoriaz, dəmir defisitli anemiya buna misaldır. Müalicəsi yaranma səbəbinə müvafiq olaraq aparılır.

Dırnaq çürüməsi

Dırnaq çürüməsinin simptomlarına xüsusilə ayaq dırnaqlarında ağrı və həssaslıq, qoxu, yaşıl və ya qəhvəyi ləkələr, dırnaqların aşınaraq xoşagəlməz görüntü alması daxildir. Dirnaq curumesi, adətən zədə, barmağın və ya ayaq dırnaqlarının sərt şəkildə vurulması, dırnaq üzərinə ağır əşyanın düşməsi, dibindən kəsilmiş dırnaqlar, ayaq dırnaqlarını sıxan ayaqqabılar nəticəsində baş verə bilər.

Göbələklər dırnaq çürüməsinə səbəb olmaqla yanaşı, yoluxucudur. Və göbələklərin səbəb olduğu dırnaq çürüməsi heç vaxt öz-özünə müalicə olunan bir vəziyyət deyil. Manikür və pedikürünüzü etdirdikdə, öz alətlərinizdən istifadəyə diqqət etməlisiniz. Dirnaq cürümesi üçün istifadə etdiyiniz dəsmallar və şəxsi baxım materialları sizə məxsus olmalıdır. Daha çox şəkərli diabet xəstələri, qan dövranı pozğunluğu, immun sistem zəifliyi olanlar, 60 yaşdan yuxarı insanlar, ayaqları çox tərləyən və havasız qalanlar, ayaqlarına çox təzyiq göstərən insanlarda daha çox rast gəlinir: idmançı və rəqqaslar kimi.

Dırnaqlar hansı xəstəlikdən xəbər verir?

Bəzən sistem xəstəlikləri dırnaq pozuntuları ilə özünü göstərə bilər. Bunlar:

  • Hippokrat dırnağı dediyimiz baraban çubuğuna və ya saat şüşəsinə bənzəyən deformasiya:
  • Ağciyərin şişləri, absesləri və ya emfizemaları,
  • Anadangəlmə ürək xəstəlikləri və ürək çatışmazlığı,
  • Mədə-bağırsaq sisteminin şişləri və kolit xorası,
  • Hemoxromatoz kimi qaraciyər xəstəlikləri səbəbindən ola bilər.
  • Qaşıq dırnaqları dəmir çatışmazlığından qaynaqlanan qan azlığının xəbərçisidir.
  • Dırnaqların ağarması – ağ zolaqlar xroniki böyrək çatışmazlığı, hipoalbuminemiya və sirroz səbəbindən ola bilər.
  • Sarı dırnaqlar limfadema, plevrit, emfizema, bronxektaziya, sinusit, qırtlaq xərçəngi, limfoma və QİÇS-i göstəricisi sayıla bilər.
  • Psoriaz dırnaq kimi pozğunluqlar visseral xərçəngin əlaməti ola bilər.
  • Dırnaqların qırılması, quruması, dırnaq yatağının ayrılması qalxanabənzər vəzi xəstəliklərinin əlaməti ola bilər.
  • Sink, Biotin, Vitamin B12 çatışmazlığı dırnaq sağlamlığını poza bilər.
  • Antibiotiklər, xüsusilə tetrasiklinlər; malyariya əleyhinə və xərçəng müalicəsində istifadə edilən dərmanlar kimi bir çox müalicə vasitəsi də dırnaqlarda rəng dəyişikliyi və deformasiyaya səbəb ola bilər.

Dırnaq dibinin şişməsi

Dirnaq dibinin sismesi kənarlar və ya dibində iltihab nəticəsində yaranır. Bakteriyalar kiçik kəsiklər və ya sıyrıntılar nəticəsində dırnaqların içərisinə yerləşir. Bu, dırnaqlarda qızartılara səbəb olur. Dırnaq dibinin ağrılı şişməsi ən çox baş barmaqlarda olur.

Dirnaq dibinin sismesi öz-özünə keçmir. Müalicə edilməzsə, bu problem daha da pisləşə bilər. Bu səbəblə gecikilməməli və dermatoloqa müraciət edilməli bir vəziyyətdir.

Dırnaq dibi şişməsinin müxtəlif səbəbləri ola bilər. Əsasları aşağıdakılardır:

  • Bədənin immun sistemi orqanizmə daxil olan mikroorqanizmlərdən qorunma təmin edir. Əgər bu mikroorqanizmlər immunitet sistemi tərəfindən xaric edilməzsə, bir çox yerə keçir. Dırnaq bölgəsinə daxil olub iltihab yaratması geniş yayılmış vəziyyətlərdəndir. Buna görə də, immunitet sisteminin zəifliyi dırnaq sağlamlığını risk altında qoyur.
  • Eyni zamanda, təmiz olmayan dırnaq baxımı bakteriyaların dəriyə daxil olmasını asanlaşdıra və iltihaba səbəb ola bilər. Əvvəla, qan dövranının qeyri-kafi olması və diabet onun inkişafını dəstəkləyən mühüm risk faktorlarındandır.
  • Kəskin dirnaq dibi sismesi – iltihabı, əsasən həddindən artıq və ya düzgün olmayan dırnaq baxımı edən qadınlara təsir edir. Quru dərisi olan insanlarda dırnaq infeksiyalarına daha çox rast gəlinir.

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!