Dodaq Dolğusu əvvəl və sonra

Dodaq dolğusu

Dodaq dolğusu

Dodaq dolğusu nədir?

Dodaq dolğusu daha həcmli və dolğun dodaqlara sahib olmaq üçün ən çox seçilən əməliyyatsız estetik prosedurlardan biridir.

Dodaq dolgusu proseduru yalnız dodaqları böyütməyə deyil, həm də daha simmetrik, nəmli və canlı dodaqlara sahib olmağa kömək edir. Üz cizgilərinə uyğun gələn və təcrübəli dermatokosmetoloq yaxud plastik cərrah tərəfindən edilən dodaq dolgusu təbii görünüşü ilə insana xüsusi cazibədarlıq bəxş edir.

Dodaq dolğusu proseduru necə edilir?

Dodaq dolğusu prosedurunu diqqətlə icra etmək lazımdır. Buna görə də üz anatomiyasını çox yaxşı bilən təcrübəli həkim tərəfindən edilməlidir.

Dodaq böyütmə prosesindən əvvəl dodaqların hazırkı vəziyyətinin fotoşəklini çəkirik. Daha sonra dodaqların tamamilə keyiməsi üçün yerli anestetik krem ​​tətbiq edirik. Dodaq dolgusu prosedurlarında adətən çarpaz bağlı hialuron turşusu ehtiva edən, yumşaq konsistensiyaya malik, qalıcı olmayan dermal dolğulardan istifadə olunur.

Pasiyent üçün xüsusi olaraq açdığımız 1 ml dodaq dolğusunu əvvəldən müəyyənləşdirdiyimiz nahiyələrə inyeksiya yolu ilə dəri altına yeridirik. Dodaq böyütmə tətbiqi zamanı dodaqlar tamamilə uyuşduğu üçün heç bir ağrı və ya göynəmə hissi olmur. İnyeksiya prosesi təxminən 5-10 dəqiqə ərzində tamamlanır. Dolğun dodaqlar üçün istədiyiniz həcm artımı dərhal görünür.

Prosedurdan sonra iynənin daxil olduğu yerdə qanaxma, sarğı və s. olmur. Buna görə də insan dərhal sosial həyatına qayıda bilər. Dodaq dolğusu qısa müddətdə tamamlanan asan bir prosedurdur. Ona tez-tez dodaqlardakı asimmetriyanı düzəltmək üçün üstünlük verilir. Yalnız dodaqlardakı asimmetriyanı düzəltmək məqsədi ilə edilən bu tətbiqə simmetriya dolğusu da deyilir. Prosedurun sonunda dodaqların nə qədər həcmli olacağı prosedur zamanı istifadə olunan materialın miqdarından asılıdır.

Təbii dodaq dolğusu

Tebii dodaq dolgusu ilə dodaqlarınız daha həcmli olsa da, heç vaxt süni görünməyəcək. Qalıcı olmayan – hialuron turşusu tərkibli dolğular və kiçik toxunuşlar ilə edilən dodaq böyütmə prosedurları təbiiliyini pozmadan insana cazibədar bir görünüş verir.

Hialuron turşusu bədənimizdə təbii şəkildə olan maddədir və öz kütləsinin 1000 qatına qədər su saxlama qabiliyyətinə malikdir. Bu səbəbdən təbii dodaq dolgusu dodaqlarınıza həcm qatmaq ilə yanaşı, canlı və parlaq bir görünüş də verəcəkdir. Dodaq dolguları ilə təbii görünüş əldə etməyin ən mühüm sirri dolğunun tədricən əlavə edilməsidir. Belə ki, bütün dolğu materialını bir seansda tətbiq etmək əvəzinə, onu müxtəlif seanslara bölmək daha məsləhətlidir.

Bəzi pasiyentlər tebii dodaq dolgusunun qalıcılıq müddətinin az olması ilə bağlı silikon dodaq dolğusuna üstünlük verir. Digər adı ilə permalip adlanan bu dolğu dodaqlarda arzuolunan hissələrə yeridilir, həcmi artırır və konturların aydınlığını təmin edir. Lokal anestetik krem ilə tətbiq oluna bilir. Silikon dodaq dolgusunun qalıcılıq müddəti təxminən 8 aydan 12 aya qədər davam edir. Bu dodaq dolgusu ilə bədənin digər hissələrinə tətbiq edilən silikonlar material baxımından çox da fərqlənmir, təkcə yeridilmə miqdarı və bəzən yumşaqlıq dərəcəsi başqa ola bilər.

Etibarlı dolğu markaları hansıdır?

Etibarlı dodaq dolğusu markalarına Stylage, Hyabell, Teosyal, Juvederm, Restylane kimi brendlər aiddir. Prosedurlarda təbiiyə ən yaxın görünüş almaq üçün bu markalara üstünlük verilir. Əlavə olaraq digər məşhur dodaq dolgusu markaları aşağıdakılardır:

Radiesse, Belotero, Sculptra, Evolence, Prevelle, Elevess, Artefill, Captique, Hylaform, Cosmoderm, Fibrel, Zyplast və Zyderm.

Kimlər dodaq dolğusu proseduru etdirə bilməz?

Dodaq dolğusu proseduru üçün ən uyğun namizədlər prosedurdan gözləntilərini real şəkildə müəyyən etmiş, dodaqlarının görünüşünü yaxşılaşdırmaq istəyənlərdir.

Dodaq böyütməyə psixoloji cəhətdən hazır olmaq vacibdir. Bəzi insanlar həddən artıq dolğun dodaqlar istəsələr də, prosedurun nəticəsindən narahat olur və “ördək dodaq görüntüsü” adlı xoşagəlməz hal ilə qarşılaşırlar. Qeyd edək ki, belə bir vəziyyət yaransa belə dodaq dolgusu geri çevrilə bilən bir prosedurdur.

İndi isə gəlin, hansı halda dodaq dolğusu etdirə bilməyəcəyinizə nəzər salaq:

  • Qan laxtalanma problem;
  • Ağız nahiyəsində herpes;
  • İmmuniteti zəifliyi;
  • Hamiləlik və laktasiya;
  • Sinir və ya əzələ xəstəliyi;
  • Allergiya;
  • Lupus kimi birləşdirici toxuma xəstəlikləri olduqda.

Dodaq dolğusundan sonra bunları etmək olmaz

Prosedurdan sonra 24 saat ərzində:

  • Dodaqlara toxunmayın.
  • Həddən artıq mimiki hərəkətlər etməyin.
  • Dodaq kirşanı çəkməyin.
  • Sauna, hamam, cakuzi kimi isti mühitlərdən 1 həftə uzaq durmaq lazımdır. Bu, dodaq dolgusundan sonra nəzərə alınacaq ən vacib məsələlərdən biridir. Həddindən artıq isti və soyuq yerlərdən uzaq dayanmaq da həmçinin.
  • Dodaq dolğusu proseduru adətən lokal anesteziya ilə aparıldığı üçün hissetmə bərpa olunana qədər heç nə yemək və içmək olmaz.

Müalicənin müvəffəqiyyətini və yan təsirlərini qiymətləndirmək üçün prosedurdan 10 gün sonra müayinə üçün gəlmək lazımdır.

Dodaq dolğusunun ziyanı

Təcrübəli dermatokosmetoloq yaxud plastik cərrah tərəfindən düzgün texnika ilə edilən dodaq dolğusunun heç bir ziyanı yoxdur. Nadir hallarda bəzi pasiyentlərin dodaqlarında qançırlar yarana bilər, lakin bu, qısa müddətdə keçəcəkdir.

Həddindən artıq miqdarda yeridilən dolğu qeyri-təbii görünüşə səbəb ola bilər. Təcrübəsiz əllərdə asimmetrik dodaqlar və ya hissəvi düyünlər kimi arzuolunmaz nəticələr yarana bilər.

Dodaq dolğusu prosedurunun üstünlükləri

  • Hialuron turşusu tərkibli dodaq dolğusu dodaqlara keçici həcmlilik verir. Bu, prosedur üçün mənfi xüsusiyyət kimi görünsə də, pasiyent həcmdən razı qalmazsa, əvvəlki vəziyyətinə qaytarmaq asan olur.
  • Cərrahi əməliyyat deyildir, kəsik və sarğıya ehtiyac yoxdur.
  • Təsirini prosedurun sonunda dərhal görmək mümkündür.
  • Təkcə dodaqlar böyümür, konturları daha nəzərəçarpan hala gəlir və assimmetriya varsa, aradan qalxır.
  • Dodaqlar daha canlı və parlaq görünür.

Dodaq dolğusundan sonra öpüşmək

Dodaq dolğusu prosedurundan dərhal sonra öpüşmək olmaz. Bunun bir neçə səbəbi var, birincisi, infeksiya riskidir. İynənin girdiyi dəliklər sağalmalıdır ki, bakteriyalar içəri daxil olmasın.

İkincisi, dolğunun dodaq toxuması ilə tam inteqrasiyası üçün kifayət qədər vaxt lazımdır. Öpüşmə zamanı yaranan təzyiq dolğu materialının yerdəyişməsinə səbəb ola bilər. Nəticədə assimmetrik görünüş yaranar.

Üçüncüsü, dolğu materialı yuxarı dodağın qövsü üzərindən keçərək xoşagəlməz bir görünüş yarada bilər. Bir sözlə, öpüşmək üçün 2-3 gün gözləmək məsləhətdir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!