Burun dolğusu əvvəl və sonra

Burun dolğusu

Burun dolğusu

Burun dolğusu qeyri-cərrahi burun korreksiyası prosedurları arasında ən çox maraq doğuranlardan biridir. Hazırda yeni texnologiyaların inkişafı bu cür üsulların daha da populyarlaşmasına səbəb olur.

Burun dolğusu nədir və nə üçündür?

Burun dolğusu burunun əməliyyatsız şəkildə daha estetik hala gətirilməsi prosesidir. Bu zaman burun korreksiyası üçün klassik üz dolğu materiallarından istifadə edirik. Prosedur kiçik deformasiyaları aradan qaldırmağa kömək edir. Burun dolğusunun istifadə məqsədini aşağıdakı kimi sıralaya bilərik:

  • Burundakı əyrilik, çökəkliklərin hamarlanması
  • Asimmetriyaların normal, simmetrik vəziyyətə çevrilməsi
  • Burun kökündəki çökmələrin korreksiyası
  • Burun ucunu dikləşdirmək
  • Estetik burun əməliyyatından sonra yaranan deformasiyaların düzəldilməsi

Burun dolğusu proseduru necə edilir?

Burun dolğusu
Burun dolğusu

Burun dolğusu proseduru dolğu maddəsinin iynə ilə buruna yeridilməsi şəklində həyata keçirilir. Son dərəcə qısa və ağrısız bir burun korreksiyası üsuludur. Dolğu içərisindəki lokal anestetiklər ağrının qarşısını alır və rahatlığı təmin edir. Prosedur üçün adətən 1cc/ml istifadə etmək kifayətdir. Davametmə müddəti orta hesabla 15-30 dəqiqədir.

Burun dolğusunun nəticəsi həyata keçirildiyi anda görünür. Bir həftədən sonra xarici görünüş tamamilə təbii olur. Başqa sözlə desək, ən yaxşı və aydın nəticəyə prosedurdan sonra 7-12 gün ərzində çatmaq mümkündür. Tətbiqdən sonra şişlik və göyərmə kimi ağırlaşmalar çox nadir hallarda baş verir. Burun dolgusu sizin sosial həyatınızda heç bir fasilə yaratmır. Gözlənilməyən bir təsir görsəniz, dermatoloq həkiminiz ilə məsləhətləşin.

Burun dolğusu prosedurunda hansı dolğulardan istifadə olunur?

Burun dolğusu prosedurunda istifadə edilən hialuron turşusu tərkibli dolğular Juvederm Voluma, Juvederm Volift, Teosyal Ultra Deep, Teosyal Deep Line, Restylane Define, Restylane Volum, Hydralix Deep, Belotero kimi markalardır. Bu burun korreksiyası dolğularının qalıcılığı 12 aydan 18 aya qədərdir. Qalıcılıq tədricən azaldıqdan sonra prosedur 12-18 ay arasında təkrarlana bilər. Bu müddət insandan-insana dəyişir.

Kalsium-hidroksiapatit adlanan və mineral dolğu kimi də tanınan Crystalys və Radiesse tipli dolğular da burun qeyri-cərrahi korreksiyası zamanı etibarlı seçimdir. Bu dolğuların qalıcılığı təxminən 1,5-2 ildir.

Burun dolğusu proseduru kişilər üçün uyğundur?

Burun dolğusu prosedurunun kişilər üçün uyğun olub-olmaması ən çox soruşulan suallar arasındadır. Bəli, kişilərə də təhlükəsiz şəkildə tətbiq etmək olar. Təbii ki, burun quruluşunda funksional problemləri olan, rahat tənəffüs edə bilməyən, burun görünüşündə böyük estetik qüsurlara sahib xəstələrə cərrahi əməliyyat tövsiyə edirik.

Kimlərə burun dolğusu proseduru etdirmək olmaz?

Burun dolğusu təhlükəsiz prosedur olsa da, bəzi şəxslərə tətbiqi məsləhət deyildir. Gəlin, onların kimlər olduğuna birlikdə nəzər salaq.

  • Hamilə və südverən qadınlar
  • Qanın laxtalanma müddəti uzun olan xəstələr
  • Aktiv autoimmun xəstəliyi olanlar
  • Aktiv herpes virus infeksiyası olanlar və tez-tez soyuqdəymə keçirənlər
  • Burun dolgusuna qarşı fərdi həssaslığı olan şəxslər.

Yuxarıda sadaladıqlarımızdan hansısa biri olan pasiyent bu barədə dermatoloq həkiminiz məlumat verməlidir.

Burun dolgusunun zərərləri varmı?

Burun dolğusu
Burun dolğusu əvvəl və sonra

Burun dolğusu risk və zərərləri digər cərrahi əməliyyatlar qədər olmasa da, bu estetik toxunuşun da mənfi cəhətləri vardır. Son illərdə insanlar cərrahi olmayan rinoplastika tətbiqlərini daha çox sevdiyindən fərqli xüsusiyyətlərə malik dolğu materialları istehsal olunur. Təəssüf ki, bu dolğu materiallarının nə qədər sağlam və qalıcı olduğu davamlı olaraq nəzarətdə saxlanmaya bilir.

Burun dolgusu seçimində pasiyentin qalıcı bir dolğu seçməzdən əvvəl müvəqqəti və sorula bilən maddəni sınaqdan keçirməsi daha məqsədəuyğundur. Beləliklə, burun dolğusu zərərləri minimum enir. Çünki allergik reaksiyanı və ya bədəninin ümumi sağlamlıq vəziyyətinin dolğu proseduruna uyğun olub-olmadığını görə bilər. Eyni zamanda, burun dolgusu onu qane etməsə, bir neçə ay ərzində burnu əvvəlki vəziyyətinə qayıdır.

Ümumiyyətlə, tərkibində təmiz hialuron turşusu olan dolğu materialları ən çox istifadə edilənlərdəndir və mümkün yan təsirləri ən azdır. Yan təsirlər nə qədər az olsa, əlbəttə ki, pasiyent üçün bir o qədər yaxşıdır. Burun dolğusuna tələbatın artması nəticəsində bu məhsullar müxtəlif ölkələrdə çox fərqli qiymət və xüsusiyyətlər ilə istehsal olunur.

Qalıcılıq müddətini artırmaq istəyən istehsalçılar hialuron turşusu ilə doldurulma prosesindən sonra qranulyasiya və düyün əmələ gəlməsi riskini artıra bilərlər.

Xüsusilə Uzaq Şərqdən gələn və qiyməti yarıdan aşağı endirilən burun dolğu materialları qiymətin aşağı düşməsinə baxmayaraq, məhsul kataloqunda orijinalı ilə eyni maddələri ehtiva edir.

Burun dolğusu zərərlərini minimuma endirmək üçün materialların birdəfəlik olması, içərisində termal dolğu üçün istehsal edildiyini göstərən ətraflı təlimat və keyfiyyət xüsusiyyətlərini açıqlayan məlumatların olması vacibdir. Həmçinin son istifadə müddətinin keçməməsi və müvafiq saxlama şəraitində saxlanması burun dolgusu zərərlərini minimuma endirir.

Bura qədər burun dolğusunun zərərlərinin qısaca olaraq dolğu materiallarının xüsusiyyətləri ilə əlaqəsindən danışdıq. Eyni zamanda, düzgün burun dolgusu texnikası da çox önəmlidir. Materialların damara vurulmaması, səthi tətbiq edilməməsi düzgün texnika baxımından olduqca əhəmiyyətlidir.

Burun dolğusunun üstünlükləri

Burun dolğusunun bir neçə üstün cəhəti vardır. Bunları aşağıdakı kimi sıralaya bilərik:

  • Cərrahi prosedurlardan çox asandır, praktik şərtlərdə tətbiq oluna bilir
  • Ağrı, yanma, sızıltı və göynəmə riski azdır
  • Daimi tətbiq olmadığı üçün təhlükəsizdir
  • Cərrahiyyə ilə müqayisədə qiymət cəhətdən sərfəlidir
  • Prosedurdan sonra pasiyent gündəlik həyatına davam edə bilər. İş və ictimai həyata fasilə verməyə ehtiyac yoxdur.
  • Qısa müddətdə yeni bir görüntü əldə etmək mümkündür.

Burun dolğusu qiymətləri

Burun dolğusu prosedurunun qiymətləri burun forması və orada istifadə edilən dolğu miqdarına görə dəyişir. Bunu yalnız müayinədən sonra müəyyən etmək olar. Qiyməti cərrahi üsulla müqayisədə çox aşağıdır. Amma burnunuzun quruluşunu görmədən dəqiq qiymət vermək mümkün deyildir.

Burun dolğusu (Əməliyyatsız Rinoplastika)
Prev Post

Next Post


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!