Alopesiya areata və ya ocaqlı saçtökülmə

Alopesiya areata

Alopesiya areata

Alopesiya areata tüklərin baş dərisi, qaş, kirpiklər, saqqal, bığ və ya bədənin digər tüklü hissələrində bir və ya bir neçə dəyirmi (oval) formada tökülməsidir. Alopesiya areata digər adı ilə desək, ocaqlı dazlıq yoluxucu deyil.

O, autoimmun xəstəlik hesab olunur ki, bu da orqanizmin immun sisteminin tük follikullarına “hücum” etməsi, saçların tökülməsi və böyüməsini dayandırmasına səbəb olur. Keçəl bölgələrdə dəri hamar və normal görünür, lakin bəzi hallarda həssas, hətta ağrılı ola bilər. Alopesiya areata əsas səbəbdən asılı olaraq tez (bir neçə gün ərzində) və ya tədricən baş verə bilər. Hər iki halda üstünlük təşkil edən simptom saç və ya bədən tüklərinin qismən yaxud tam tökülməsidir. Proqressiv olduqda, adətən bir neçə xəbərdarlıq əlaməti ilə başlayır:

  • Tutqun (mat) saçlar
  • Çoxlu kəpək
  • Baş dərisində qaşınma
  • Saçların həddən artıq yağlanması (sebum yüksəkliyi)
  • Saç köklərində ağrı

Alopesiya areata estetik cəhətdən xoşagələn vəziyyət olmasa da, nadir hallarda təhlükəlidir. Bununla belə, sürətli və səbəbi bilinməyən saç tökülmələrini müşahidə etsəniz, “genetikamızda var” deyib qəbullanmaq əvəzinə nədən qaynaqlandığını öyrənmək üçün dermatoloqa müraciət etməlisiniz. Çünki Alopesiya areatanın yaranması müxtəlif təkanverici faktorlar ilə birbaşa bağlıdır. Həkiminiz bir neçə sadə test ilə narahatlıqlarınızı aradan qaldıracaq və lazım olduqda müvafiq müalicəni tövsiyə edəcəkdir.

Alopesiya növləri

Alopesiya növləri hansılardır, bir-birindən nə ilə fərqlənir gəlin, birlikdə nəzər salaq. Əvvəlcə əsas formaları haqqında qısaca məlumat verək.

  1. Alopesiya areata (ocaqlı dazlıq): Alopesiya areata (ocaqlı saçtökülmə) baş dərisində və ya bədənin tük örtüyünə malik digər yerlərində bir və ya daha çox (adətən dəyirmi və ya oval) ocağın olduğu formadır. Bu tip total və ya universal çevrilə bilər, lakin ən çox yayılmış forması Alopesiya areata olaraq qalır.
  2. Sabit Alopesiya areata: Sabit Alopesiya areata, total və universal kimi geniş əhatəli ocaqlı dazlığa çevrilmədən uzun müddət sabit davam edən ocaqlı saç tökülməsi ilə xarakterizə olunur.
  3. Total (ümumi) alopesiya: Alopesiya totalis bütün baş dərisindəki tüklərin – saç, kirpik, qaşların tökülməsi ilə nəticələnir.
  4. Universal alopesiya: Universal alopesiya total Alopesiya areataya nisbətən daha çox rastlanır. Bu tip bütün baş dərisi və üz (qaşlar və kirpiklər daxil olmaqla), üstəlik bədənin qalan hissəsində (qasıq tükləri daxil olmaqla) tük tökülməsi ilə nəticələnir.

Alopesiya areatanın digər növləri.

  • Diffuz Alopesiya areata: Diffuz Alopesiya areata baş dərisinin hər yerində saçın qəfil və gözlənilmədən seyrəlməsi ilə nəticələnir. Diaqnoz qoymaq çətin ola bilər, çünki o, telogen effluvium və ya kişi yaxud qadın tipli saç tökülməsi kimi digər növlərə bənzəyir.
  • Ofiaz alopesiya: Ofiaz Alopesiya areata saç tökülməsinin özünəməxsus nümunəsidir ki, bu da bant şəklində baş dərisinin yanlarını – saç tükünün başladığı yeri ənsə nahiyəsini əhatə edir. Ofiaz Alopesiya areatanın müalicəsi daha çətin ola bilər, çünki dərmanlara tez cavab vermir.

Ocaqlı dazlıq (alopesiya) yaradan səbəblər

Ocaqlı dazlıq xəstəliyinin yaranmasında bir çox amillərin təsiri ola bilər. Gəlin, əsaslarını nəzərdən keçirək.

1. Genetik faktorlar

Bu xəstəliyin yaranmasında insanın genetikası mühüm rol oynayır. Həmçinin ətraf mühit, stress, virus kimi faktorlar da Alopesiya areataya təkan verə bilər. Ailə üzvlərində ocaqlı dazlıq olan insanların xəstəliyə tutulma ehtimalı daha yüksəkdir. Bundan əlavə, ailəsində şəkərli diabet, revmatoid artrit, tiroid problemləri və lupus kimi digər autoimmun xəstəlikləri olan insanlar ocaqlı saçtökülməyə meylli ola bilər. Ancaq Alopesiya areatanın yaranması mütləq başqa bir immun sistemi xəstəliyinin də meydana çıxacağı anlamına gəlmir.

2. İmmunitet sistemi

İmmunitet sistemi həmişə kifayət qədər güclü olmalıdır ki, orqanizm xarici təhlükələrə qarşı normal reaksiya versin və bədən sağlamlığını qorusun. İmmunitet sistemi zəifləyərsə, bir çox mikroorqanizmlər bədənə asanlıqla daxil ola və müxtəlif problemlər yarada bilər. Ancaq bəzi xəstəliklər bu sistemi zəiflədir və o, öz funksiyasını normal şəkildə yerinə yetirə bilmir. İmmunitet sisteminin zəifləməsi ilə ağ qan hüceyrələri saç köklərindəki hüceyrələrlə mübarizə aparır və onların ölməsinə səbəb olur. Bu isə ciddi dərəcədə saç tökülməsi yaradır. Lazımi müalicə sürətlə aparılmazsa, saç kökləri özünü yeniləyə bilmir və baş dərisində ocaqlı dazlıq əmələ gəlir.

3. Stress

Zəmanəmizin ən böyük problemlərindən biri olan stress insana psixoloji təsir etməklə yanaşı, orqanizmin sağlam fəaliyyətinə zərər vurur və müxtəlif xəstəliklərə səbəb ola bilir. Bunlardan biri də Alopesiya areatadır. Uşaqlıqdan stresli mühitdə böyüyən uşaqların gələcəkdə qarşılaşacağı fizioloji problemlərdən biri də məhz ocaqlı dazlıq ola bilər.

4. Tiroid

Qalxanabənzər vəzidə yaranan hər hansı problem qısa zamanda bədənin digər hissələrinə də mənfi təsir edir. Alopesiya areata xəstəliyinin ən əsas səbəblərindən biri qalxanabənzər vəzi fəaliyyətinin pozulmasıdır (zob).

5. Balanssız qidalanma

Qeyri-sağlam və qeyri-müntəzəm qidalanma yalnız orqanizmin funksiyalarına mənfi təsir göstərmir, həm də görünüş və saça ziyan yetirir. Zərərli qidaların qəbulu və ya orqanizm üçün kifayət qədər vitamin qəbul edilməməsi halında Alopesiya areata baş verə bilər. Bu zaman balanslı və müntəzəm qidalanmaya riayət etməklə müalicə mümkündür.

6. İstifadə olunan dərmanlar

İstənilən xəstəliyin müalicəsində istifadə edilən dərmanlar yüngül saç tökülməsi, həmçinin Alopesiya areataya səbəb ola bilər. Bu vəziyyət xəstələr üçün yan təsir kimi qəbul edilir və həyati əhəmiyyət kəsb etmirsə, istifadə olunan dərmanı dəyişmək lazımdır.

Kimlərdə Alopesiya areata (ocaqlı dazlıq) olur?

Alopesiya areatayairq, cins və yaşından asılı olmayaraq hər kəsdə rastlana bilər. Gənc qadın və kişilərdə daha çox müşahidə olunur. Hesablamalara görə, ocaqlı dazlığı başlayan xəstələrin təxminən yarısı 20 yaşdan aşağı yaş qrupuna daxildir.

Saç tökülməsinin çarəsi

Saç tökülməsinin müalicəsi dermatoloq tərəfindən səbəbinə uyğun olaraq planlaşdırılır. Müalicənin məqsədi tökülmənin gedişatını dayandırmaq və simptomların kəskinliyini azaltmaqdır. Bəzi yüngül hallarda saçlar heç bir müalicəyə ehtiyac qalmadan öz-özünə bərpa ola bilir. Lakin hər zaman deyil.

Saç tökülməsinin Alopesiya areata növünün müalicəsində bir çox təsirli üsul mövcuddur. Tərkibində kortizon olan kremlər Alopesiya areatanın başlanğıcında istifadə edildikdə müsbət təsir göstərir. Xəstəliyin erkən diaqnozu və sürətli müalicəsi çox vacibdir. Müalicə üçün istifadə olunan kremlər yalnız problemli sahəyə, diqqətlə tətbiq edilməlidir. Ocaqlı saçtökülmənin inkişaf edib baş dərisinə sürətlə yayıldığı hallarda dəri altına kortizon yeritməklə müalicə edirik. Genetik faktorlar səbəbindən yaranmayan Alopesiya areatada inyeksiya üsulundan uzun müddət istifadə edərək müsbət nəticələr əldə etmək mümkündür. Alopesiya areatanın müalicəsində krem və inyeksiya kifayət etmədiyi hallarda dərman müalicəsi işə düşür. Digər metod Puva ultrabənövşəyi şüalarla baş dərisinə dərman yeritmək üsuludur. Ondan Alopesiya areata digər müalicələrə cavab vermədikdə istifadə edirik.

Nəticə və tövsiyələr

Xəstəliyin səviyyəsi, xəstənin orqanizmi, müalicə üsulu kimi bir çox faktor təsir etdiyi üçün hər hansı bir xəstəliyin müalicə müddətini dəqiq müəyyən etmək olmur. Alopesiya areata xəstəliyində müalicə prosesi genetik faktorlar, saç quruluşu və yaş kimi amillərə görə dəyişə bilər. Ümumiyyətlə, immun sistemi güclü olan xəstələr qısa müddətdə sağalırlar. Alopesiya areatanın ətraflı müayinə və müalicəsini  ixtisaslı və təcrübəli dermatoloq dr. Rəşad İsayevə əmanət edə bilərsiniz. Sağlamlığınız bizim üçün önəmlidir.

Ocaqlı saç tökülməsi (Alipecia Totalis) müalicəsi
Dr. Rəşad İsayev - Həkim Dermatokosmetoloq

Dr. Rəşad İsayev

Tibb üzrə fəlsəfə doktoru (PhD) | Həkim Dermatokosmetoloq
EADV Üzvü IDS Üzvü AAD Üzvü Salutem Klinikası

Dr. Rəşad İsayev – European Academy of Dermatology and Venereology, International Dermoscopy Society və American Academy of Dermatology-nin həqiqi üzvüdür. Hal-hazırda Salutem Dermatoloji Klinikasında Həkim dermatokosmetoloq kimi fəaliyyət göstərir.

2014-cü ildə «Akne elementlərinin qarışıq mikrobiota ilə yoluxması zamanı Acne Vulgarisin patogenezinin xüsusiyyətləri» mövzusunda tədqiqatlarını müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Təhsil və Beynəlxalq Təcrübə

  • Mount Sinai (ABŞ): Cosmetic & Dermatologic Surgery Fellowship (2013)
  • Harvard Medical School (ABŞ): Laser & Aesthetic Skin Therapy Course (2013)
  • Bologna, Salzburg, Graz, King's College London klinik təcrübələri

Fəxri Üzvlüklər

  • EADV: European Academy of Dermatology & Venereology
  • IDS: International Dermoscopy Society
  • TAD / RAD: Turkish & Russian Academy of Dermatology

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!