Uşaqlarda alergiya

Uşaqlarda allergiya zamanı nə etməli?

Uşaqlarda allergiya zamanı nə etməli?

Uşaqlarda allergiyanın asqırma və gözlərin qaşınma ilə müşahidə olunduğunu düşünsək də, allergiya dəriyə də təsir edə bilər. Dəri allergiyası əslində uşaqlarda ən çox rast gəlinən allergiya növüdür və kiçik uşaqlarda daha çox rast gəlinir.

Uşaqlarda allergiya zamanı müşahidə oluna biləcək bir neçə dəri vəziyyəti var. Uşaqlarda allergiya ilə əlaqəli ümumi dəri xəstəlikləri eqzema (atopik dermatit), allergik səpgi, köpüşmə (övrə) və şişkinlik kimi özünü göstərə bilər.

Uşağınızda astma, qida allergiyası və ya qızdırma varsa, eqzema (atopik dermatit) olma ehtimalı daha yüksəkdir. Atopik dermatit (eqzema) uşağın dərisinin qaşınıb, qurumasına və asanlıqla qıcıqlanmasına səbəb olur.

Allergik kontakt dermatit, uşağın dərisi həssas olduğu bir şeylə təmasda olduqda baş verir. Bu səpgi alerjenlə təmasdan dərhal sonra görünür. Bəzi uşaqlar bir dəfə məruz qaldıqdan sonra (zəhərli sarmaşıq kimi) bir allergenə qarşı həssaslaşır, digər allergenlər isə təkrar məruz qaldıqdan sonra reaksiyaya səbəb ola bilər.

Övrə və şişkinlik bir növ qıcıqlandırıcı faktordan sonra baş verir. Övrə bir neçə dəqiqə və ya saat və hətta bir neçə günə qədər baş verə bilər. Övrə, təhlükəli olmasa da, uşağınızın nəfəs almasına, boğazına və ya dilinə təsir edən şişkinlik varsa, dərhal təcili tibbi yardım axtarın.

Uşaqlarda allergiya zamanı qollarında, ayaqlarında, əllərində və ya üzündə səpgi görmüsünüzmü? Atopik Dermatit digər bilinən adıyla eqzema ilə əlaqəli qaşınma şiddətli ola bilər. Dərini qaşıdıqda, infeksiyaya yoluxa bilərlər. Atopik Dermatiti (eqzeması) olan körpələr qaşıntıları aradan qaldırmaq üçün yataq dəstinə və ya başqa şeylərə sürtünə bilər.

Atopik Dermatit (eqzema) xüsusilə körpələrdə geniş yayılmışdır və uşaqların 15% -ində bu var. Atopik Dermatit (eqzema) yoluxucu deyil və çox vaxt irsi olur. Atopik Dermatiti (eqzeması) olanların təxminən 60 faizində 1 yaşına qədər, 30 faizində isə 5 yaşında simptomlar müşahidə olunur. Astma və ya allergik rinit kimi allergik xəstəlikləri olan ailələrdə doğulan uşaqlarda atopik dermatitin (eqzemanın) inkişaf riski artır.

Atopik Dermatit (eqzema) qida və ətraf mühitə qarşı allergiyanın inkişafı ilə əlaqələndirilir və dəri bariyerinin qüsurlu olması səbəbiylə inkişaf edir. Atopik Dermatit (eqzema) genetikdir və allergiyası və ya astması olan valideynləri olan körpələr ən yüksək risk qrupundadır.

Atopik dermatit “atopik gedişin” (atopik vəziyyətlərin ardıcıl inkişafının ilk mərhələsidir.) bir hissəsi hesab olunur. Atopik gediş körpəlik dövründə eqzema diaqnozunu ehtiva edir, ardınca qida allergiyası, allergik rinit və astma, adətən bu qaydada davam edir. Tədqiqatlar göstərir ki, atopik dermatiti (eqzeması) olan uşaqların 80 faizində astma və ya allergik rinit daha sonra uşaqlıqda inkişaf edir.

Şiddətli atopik dermatiti (eqzeması) olan bəzi balaca uşaqların qida allergiyası testi müsbət nəticələnir. Fıstıq, yumurta və süd bu uşaqlarda ən çox rast gəlinən qida allergiyalarıdır. Yanlış müsbət nəticələrin yüksək olması səbəbindən atopik dermatiti (eqzeması) olan hər uşağa qida allergiyası testi tövsiyə edilmir. Bu, yanlış diaqnoza və lazımsız qidadan qaçınmağa səbəb olur. Alimlər müəyyən ediblər ki, Filaggrin çatışmazlığı kimi tanınan zülal çatışmazlığı olan uşaqlarda atopik dermatitin (eqzemasın) inkişafı üçün risk altındadır.

Heç bir valideyn övladının səpgi və qaşınma səbəbiylə əziyyət çəkdiyini görmək istəməz. Dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkim – dermatoloq  uşağınızın atopik dermatitini (eqzemasını) kontrol altında saxlamaq üçün sizə kömək edə bilər. Uşaqlarda allergiya zamanı nə etməli?

Düzgün diaqnoz və müalicə üçün dəri həkiminə müraciət edin.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!