Genital Ziyillər (HPV)

Genital Ziyillər (HPV)

Genital Ziyillər (HPV)

Genital ziyillər (kondilom), HPV (insan papillomavirusunun) infeksiyasının səbəb olduğu və adətən cinsi yolla ötürülür, genital və ya anal nahiyədə kiçik, yumşaq qabarcıqlar və ya gül kələminə bənzər törəmələr şəklində müşahidə olunur. HPV, cinsi əlaqə zamanı dəri ilə təmas yolu ilə yayılır və həm kişilərdə, həm də qadınlarda rast gəlinə bilər. Bu ziyillər genital bölgədə və ya anus ətrafında görünə bilər və bəzən narahatlıq, qaşınma və ya yüngül qanaxma kimi simptomlara səbəb ola bilər. Genital ziyillər çox vaxt zərərsizdir, lakin HPV-nin bəzi növləri ziyillərdən əlavə olaraq xərçəngə səbəb olma riskini daşıyır. Müalicə üsullarına dərmanlar, kriyoterapiya (dondurma müalicəsi) və ya cərrahiyyə daxildir və müalicə adətən ziyilləri çıxarmaq və onların təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır.

Genital ziyillər dəridə açıq və ya tünd qəhvəyi rəngli qabar və ya ləkələr şəklində görünə bilər və bəzən bir araya toplaşaraq gül kələminin görünüşünü yarada bilər. Cinsi əlaqə zamanı qaşınma və ya qanaxmaya səbəb olan bu ziyillər bəzən ət xallarla qarışdırıla və göz ardı edilə bilər.

Genital ziyillər əhali arasında 1% nisbətində görülür. 20 yaşınızda bu nisbət 7%-ə qədər yüksəlir. HPV infeksiyası səbəbindən uşaqlıq boynu xərçəngi Riski azaltmaq üçün 30 yaşından başlayaraq HPV və Pap-Smear ilə aparılması tövsiyə edilən Pap-Smear testi və Co-Test aparılmalıdır. Uşaqlıq boynu xərçənginə qarşı peyvənd edilmiş olsa belə, bu testlərin müntəzəm olaraq aparılması və skrininq proqramlarının kəsilməməsi erkən diaqnoz və effektiv müalicə üçün çox vacibdir. Genital ziyillər kremlər, yanma üsulları və ya cərrahi müdaxilələrlə müalicə edilə bilər və nə qədər tez aşkar edilərsə, müalicəsi bir o qədər asan olur.

Genital ziyillərə səbəb nədir?

HPV-nin 40-dan çox tipi genital nahiyəni yoluxdura bilər. Xüsusilə HPV-6 və HPV-11 tipi genital ziyillərin əsas səbəbidir. Bu virus insandan insana dəri təması vasitəsilə keçir və uzun müdət simptom vermədən daşınabilər.

Bəzi faktorlar genital ziyillərin inkişaf riskini artırır. Bunlara qorunmayan cinsi əlaqə, çoxsaylı cinsi partnyorlar, zəif immunitet sistemi, siqaret və digər cinsi yolla keçən xəstəliklərin olması daxildir. HPV infeksiyası əksər hallarda simptomlar göstərməsə də, genital ziyillərə səbəb olduqda dəridə görünən lezyonlarla müşahidə edilə bilər.

HPV (insan papillomavirusu) nədir?

HPV (insan papillomavirusu) dünyada ən çox yayılmış cinsi yolla keçən infeksiyalardan biridir. Onun 100-dən çox müxtəlif növü var və bu növlərin bir qismi dəridə, digərləri isə selikli qişalarda (məsələn, genital bölgədə) infeksiyaya səbəb olur.

Əksər hallarda HPV infeksiyası simptomsuz keçir və bədən onu öz-özünə aradan qaldırır. Lakin bəzi yüksək riskli HPV növləri uzun müddət bədəndə qaldıqda, servikal (uşaqlıq boynu), vaginal, vulva, anal, penial və ya boğaz xərçənginə səbəb ola bilər. Aşağı riskli HPV növləri isə genital ziyillərə səbəb olur.

HPV infeksiyasının qarşısını almağın ən təsirli yolu peyvənddir. HPV peyvəndi xüsusilə yeniyetməlik dövründə vurulduqda daha effektiv olur. Bundan əlavə, mütəmadi tibbi müayinələr və skrininq testləri (məsələn, Pap testi və HPV testi) xərçəng riskini erkən aşkarlamağa kömək edə bilər.

HPV, HİV (insan immunçatışmazlığı virusu) və HSV (herpes simpleks virusu) ilə qarışdırılmamalıdır. Bunlar fərqli viruslardır və bədənin müxtəlif yerlərində fərqli təsirlərə malikdirlər.

HPV infeksiyasının simptomları

HPV infeksiyası əksər hallarda heç bir simptoma səbəb olmur, buna görə də yoluxmanı yalnız test vasitəsilə aşkarlamaq mümkündür.

HPV infeksiyasını necə müəyyən etmək olar?

  • Pap testi (Pap-Smear): Uşaqlıq boynu xərçənginin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu test servikal hüceyrələrdə hər hansı dəyişiklik olub-olmadığını müəyyən edir.
  • HPV testi: Yüksək riskli HPV növlərini aşkarlamaq üçün aparılır. Adətən, 30 yaşdan yuxarı qadınlara tövsiyə olunur.
  • Fiziki müayinə: Dəri həkimi genital ziyilləri aşkar etmək üçün vizual müayinə apara bilər.
  • Biopsiya: Şübhəli toxuma nümunəsi götürülərək laboratoriyada yoxlanılır.

Genital ziyillərin simptomları

Genital ziyillər adətən genital və anal bölgələrdə görünən kiçik, incə qabarcıqlar və ya gül kələminə bənzər dəri törəmələri şəklində görünür. Bu ziyillər açıq rəngli, dəri rəngli və ya tünd qəhvəyi ola bilər. Bəzi hallarda tək ziyil kimi görünə bilər, digər hallarda isə çoxlu ziyillər bir araya gələrək daha geniş ərazini əhatə edə bilər. Genital ziyillər cinsi əlaqə zamanı qaşınma və qanaxmaya səbəb ola bilər. Bəzi insanlarda ziyillər o qədər kiçik ola bilər ki, onlar nəzərə çarpmır və ya digər dəri törmələri ilə qarışdırıla bilər. Genital ziyillərin simptomları həmişə açıq olmaya bilər, buna görə də şübhə varsa, mütləq dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkimə-dermatoloqa müraciət edilməlidir.

Genital ziyillərin simptomlarına aşağıdakılar daxildir:

HPV infeksiyasının simptomları
  • Genital və ya anal nahiyədə kiçik, dəri rəngli və ya açıq qəhvəyi qabarıqlar,
  • Çiçək və ya gül kələmi şəklində toplanmış törəmələr,
  • Genital bölgədə qaşınma və ya narahatlıq,
  • Cinsi əlaqə zamanı ağrı və ya qanaxma,
  • Ziyillərin olduğu bölgədə yanma hissi,
  • Çox kiçik ziyillər fərq edilmədən yayılır,
  • Nadir hallarda, ziyillərin böyüməsi səbəbindən sidiyə çıxmaqda çətinlik.

Genital ziyillər bədənin aşağıdakı nahiyələrində görünə bilər:

Qadınlarda:

  • Vulva (xarici qadın cinsiyyət orqanları)
  • Vajina
  • Serviks
  • Qasıq

Kişilərdə:

  • Penis
  • Skrotum
  • Bud
  • Qasıq

Hər iki cinsin nümayənsədinsdə:

  • Yoluxmuş şəxslə oral seksdən sonra ağızda və ya boğazda.
  • HPV olan biri ilə anal seksdən sonra anusda və ya ətrafında.
Genital bölgədə ziyillər

Genital ziyillərin diaqnozu

Genital ziyillərin diaqnozu adətən fiziki müayinə və pasiyentin anamnezi əsasında qoyulur. Həkim (ginekoloq, uroloq, dermatoloq və ya proktoloq) ziyillərin ölçüsünü, formasını və yerini nəzərdən keçirərək diaqnoz qoyur. Şübhəli hallarda, Kolposkopiya, Pap-SmearHPV DNT testi kimi əlavə testlər istifadə edilə bilər.

  • Fiziki müayinə. Dəri həkimi, genital və anal bölgələrdə görünən ziyilləri yoxlayır. Çox vaxt ziyillər çılpaq gözlə görünə bilir.
  • Vaginal və ya Anal müayinə. Qadınlarda vaginal spekulum ilə daxili müayinə edilə bilər. Kişilər və qadınlarda isə anal bölgə müayinəsi vacibdir.
  • Sirkə turşusu testi. Ziyillərin üzərinə sirkə turşusu tətbiq edərək, onların daha aydın görünməsi təmin edilə bilər.
  • Pap-Smear testi və HPV testi. Qadınlarda, serviksdən alınan nümunələr vasitəsilə Pap-Smear testi və HPV DNT testi aparılaraq yüksək riskli HPV növləri müəyyən edilir.
  • Biopsiya. Şübhəli hallarda, ziyildən toxuma nümunəsi götürülərək laboratoriyada araşdırıla bilər.

Genital ziyillərin müalicəsi

Genital ziyillərin müalicəsi ziyillərin ölçüsü, yeri, yayılmasıxəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınaraq seçilir. Müalicə prosesində əsas məqsəd, ziyilləri fiziki olaraq aradan qaldırmaq və xəstənin vəziyyətini yaxşılaşdırmaqdır. Müalicə üsulları bunlardır:

  • Yerli müalicə. Ziyillərin böyüməsini dayandıran və mübarizə aparan dərmanlar tətbiq olunur.
  • Kriyoterapiya. Ziyillər, maye azot ilə dondurularaq öldürülür. Bu üsul çox təsirli və az iz buraxır.
  • Elektrokoaqulyasiya. Ziyillər, elektrik cərəyanı ilə yandırılaraq məhv edilir. Bu üsul lokal anesteziya altında həyata keçirilir.
  • Lazer Terapiyası. Böyük və müalicəyə davamlı ziyillərin aradan qaldırılması üçün lazer işığı istifadə edilir.
  • Cərrahi müdaxilə. Böyük və ya digər müalicə üsulları ilə çıxarılması mümkün olmayan ziyillər, cərrahi yolla çıxarılır.
  • İmmunoterapiya. İmmunitet sistemini gücləndirən dərmanlar və ya peyvəndlər, təkrarlanan ziyillərin qarşısını almağa kömək edə bilər.

Genital ziyillərin müalicəsi – Kişilərdə

Kişilərdə genital ziyillər, penis, xaya, anus ətrafında və qasıqda meydana gələ bilər. Kişilər üçün xüsusi bir HPV test yoxdur, lakin cinsiyyət bölgəsindəki ziyillər, ət xallar və yaralar müşahidə edilərsə, mütəxəssisə müraciət edilməlidir. Müalicə üsulları, ziyillərin ölçüsünə və yayılmasına görə dəyişir. Kriyoterapiya, elektrokoaqulyasiya və cərrahi müdaxilə ən çox istifadə edilən müalicə üsullarıdır.

Genital ziyillərin müalicəsi – Qadınlarda

Qadınlarda, genital ziyillərin müalicəsi həmçinin Pap-Smear və HPV DNT testi ilə müşayiət olunur. Bu testlər uşaqlıq boynu xərçəngi riskini qiymətləndirmək üçün vacibdir. Qadınlarda, müalicə üsullarına yerli dərmanlar, kriyoterapiya, lazer terapiyası və cərrahi müdaxilələr daxildir. Müalicə zamanı, cinsi əlaqədən qaçınmaq və tərəfdaşa məlumat vermək vacibdir.

HPV peyvəndi

HPV peyvəndləri, Gardasil və Cervarix kimi növlər, yeni HPV infeksiyasının qarşısını almaq üçün tövsiyə olunur. Müalicə tamamlandıqdan sonra mütəmadi müayinələr və HPV peyvəndi, genital ziyillərin təkrarlanmasını və digər HPV ilə əlaqəli xəstəliklərin inkişafını əngəlləmək üçün vacibdir.

Nəticə

Genital ziyillər cinsi yolla ötürülən HPV infeksiyası nəticəsində meydana gələn dəri törmələridir. HPV infeksiyasının müalicəsi və qarşısının alınması üçün müntəzəm ginekoloji və urologiya müayinələri və HPV peyvəndləri həyati əhəmiyyət kəsb edir. Dərmanlar, kriyoterapiya, lazer terapiyası və cərrahi müdaxilələr, ziyillərin müalicəsi üçün istifadə olunan əsas üsullardır. Müalicə və izləmə ilə əlaqədar sağlamlığınız üçün dəri xəstəlikləri üzrə ixtisaslaşmış həkim-dermatoloq ilə məsləhətləşmək vacibdir.

Prev Post

Next Post


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!