Dərman allergiyaları

Dərman allergiyaları. Allergiyanın sebebleri

Dərman allergiyaları. Allergiyanın sebebleri

Dərman allergiyaları immun sistemin müəyyən dərmanlara qarşı hiperhəssaslıq reaksiyasıdır. Hər hansı bir dərman – istər reseptsiz, istər resept ilə təyin edilsin, sintetik yaxud bitki mənşəli olsun, fərqi yoxdur, allergiyaya səbəb ola bilər. Ancaq bəzi dərmanların allergiya yaratma ehtimalı daha yüksəkdir. Dərman allergiyalarının ən çox rastlanan simptomları övrə, səpgi və hərarətdir. O, həmçinin bədənin bir çox orqanlar sisteminə təsir edən, həyati təhlükəsi olan anafilaksiya da daxil olmaqla ciddi problemlərə səbəb ola bilər. Dərman allergiyaları içlik vərəqində göstərilən mümkün reaksiyalar, yəni dərmanın yan təsirləri ilə eyni deyildir. Həmçinin doza həddinin aşılması səbəbilə baş verən vəziyyətlərdən də fərqlidir. Dərman allergiyaları bütün dərman reaksiyalarının yalnız 5-10% -ni təşkil edir. Ona böyüklərdə daha çox rast gəlinir.

Dərman allergiyaları yaradan preparatlar və risk faktorları

Dərman allergiyaları yaradan bir qrup preparatlar mövcuddur ki, onlardan istifadə zamanı ehtiyatlı olmaqda fayda var. Allergiyanın sebebleri individualdır, yəni insan orqanizminin verdiyi ani hiperreaksiyadır. Hansı preparatların allergiya yarada biləcəyini gözdən keçirək.

  • Antibiotiklər (penisillin və sefalosporinlər)
  • Aspirin və digər qeyri-steroid iltihabəleyhinə vasitələr (ibuprofen)
  • Epilepsiya dərmanları
  • Şiş xəstəlikləri müalicəsində istifadə olunan dərmanlar
  • Miorelaksantlar
  • Nadirən beta-laktam qrupundan kənar antibiotiklər və lokal anestetiklər.

Dərman allergiyalarında bəzi risk faktorları vardır və risk qrupunda olan insanlar digərlərinə nisbətən buna daha çox meyillidirlər. Gəlin, əsas risk qruplarına nəzər salaq.

  • Qida allergiyası, allergik rinit kimi digər allergiya növləri olan insanlar
  • Ailəsində dərman allergiyaları olan insanlar
  • Yüksək doza, təkrar və ya uzunmüddətli istifadə səbəbindən orqanizmin dərmana həddən artıq məruz qalması.

Dərman allergiyalarının əlamətləri

Dərman allergiyaları bəzi simptomlar ilə qarışdırılmamalıdır. Yəni preparatı qəbul etdikdən sonra baş verən hər bir simptom allergik reaksiya demək deyildir. Məsələn, aspirin dozasına görə yaranan tinnitus, antibiotiklər ilə bağlı ishal və ya qan təzyiqi dərmanı olan ACE-inhibitoru ilə bağlı angioödem allergik reaksiyalar deyildir. Dərmanlara qarşı allergik reaksiyalar onların yaranma vaxtından asılı olaraq iki qrupa bölünür. Erkən inkişaf edən reaksiyalar aşağıdakılardır:

  • Dəridə köpüşmə (övrə)
  • Üz, göz ətrafı və ağızda şişkinlik
  • Qaşınma
  • Dəridə qızartı və səpgi

Dərmanlara qarşı gec reaksiyalarda simptomlar saatlar, hətta günlər sonra da üzə çıxa bilər. İlk əlamətlərin dəridə kiçik səpgi kimi görünməyi mümkündür. Lakin sonradan Stiven-Conson sindromu, toksik epidermal nekroliz və ya orqan çatışmazlığı (qaraciyər, ürək və s.) kimi ağır sistem reaksiyaları (DRESS) müşahidə oluna bilər. Ancaq ən vacibi həyati təhlükəsi olan anafilaksiyadır. Onun əlamətlərinə daxildir: tənəffüs yolları və boğazın daralması, nəfəs almaqda çətinlik, ürəkbulanma, qarında sancı, qusma, ishal, başgicəllənmə, zəif, sürətli nəbz, qan təzyiqinin düşməsi, bayılma.

Dərman allergiyalarının diaqnozu

Təəssüf ki, dərman allergiyalarını aşkar etmək üçün tam xüsusi bir analiz üsulu yoxdur. Bunun olub-olmadığını qiymətləndirmək üçün aşağıdakı sualların cavabını araşdırırıq. Əvvəllər hansı dərmanlar ilə problem yaşamısınız? Simptomlar nələr idi? Onların başlama vaxtı – necə və nə qədər müddətdən başlayıb? Bütün bunlar haqqında ətraflı məlumat tələb olunur. Verdiyiniz cavablara əsasən həkim tərəfindən lazımi analizlər planlaşdırılır. Dərman allergiyaları qiymətləndirilərkən xəstənin ehtiyaclarına və daha əvvəl yaşanan problemin xüsusiyyətlərinə görə şübhəli dərmanlar və ya istifadə edə biləcəyiniz təhlükəsiz alternativ dərmanlar ilə testlər aparılır. Hansı üsullardır, gəlin qısaca nəzərdən keçirək.

Qan analizi

Dermatoloqunuz simptomlara səbəb ola biləcək digər şərtləri istisna etmək üçün qan analizi təyin edə bilər. Bu zaman qandakı anticisimlərin miqdarına baxılır.

Dəri testləri

Dəri testində allergiyalarin sebebleri ola biləcək allergeni dəri altına yerləşdirir və bədənin ona qarşı reaksiyasını müşahidə edirik. Həmin nahiyədə şişkinlik, qızartı və ya qaşınma kimi əlamətlər yaransa, dərman allergiyalarından şübhələnə bilərik. Dəri testləri mənfi olarsa, dərman müqayisə testi aparılır. Dərman müqayisə testində şübhəli dərman kiçik dozalarda verilir və heç bir reaksiya olmadıqda doza müəyyən aralıqlarla tədricən artırılır. Nəhayət, xəstənin qəbul etməli olduğu ümumi dozaya çatılır. Reaksiya inkişaf edərsə, dərman allergiyası diaqnozu təsdiqlənir. İnkişaf etmədikdə, isə allergiyanin baş verə biləcək başqa sebebleri axtarılır. Bununla belə, nəzərə alınmalıdır ki, test nəticələri mənfi olsa da (xüsusilə penisillin) ​​az sayda xəstədə gələcəkdə reaksiya yarana bilər.

Dərman allergiyalarının müalicəsi

Dərman allergiyaları yarandıqda ediləcək ilk şey həkiminiz ilə məsləhətləşərək müvafiq dərman qəbulunu dayandırmaqdır. Yüngül səpgilər allergiya dermanlari, məsələn, antihistamin, kortikosteroid tərkibli preparatlar ilə müalicə edilə bilər. Həyat üçün təhlükə yaradan allergik reaksiya (anafilaksiya) isə dərhal diqqət tələb edən tibbi vəziyyətdir. Təcili yardım xidmətinə gecikmədən müraciət etmək lazımdır. Yanınızda bir adrenalin avtomatik inyektoru daşıyırsınızsa, o, ayağın yuxarı bud əzələsinə tətbiq edilərək dərhal ən yaxın tibb müəssisəsinə çatmaq lazımdır.

Bəzi xəstələrdə allergiyanin sebebleri olan dərmanlar mütləq istifadə olunmalıdır (xərçəngin müalicəsində, bəzi qan xəstəlikləri və ya revmatik xəstəliklərdə və s.). Belə hallarda desensitizasiya üsulu tətbiq edilir. Xəstə xəstəxanaya yerləşdirilir, həkim və tibb bacılarının çox ciddi müşahidəsi altında alınacaq dozanın milyonda birindən başlayaraq yavaş-yavaş orqanizmə verilir ki, dərmana reaksiyasız hala gəlsin.

Dərman allergiyaları olan xəstələrin görməli olduğu ehtiyat tədbirləri hansılardır?

Allergiyaya şübhə olan eyni dərmanı və ya eyni qrupdan olanını istifadə etməyin.

Dərman allergiyalarına şübhə varsa, mütləq mütəxəssis tərəfindən müayinə olunmalı və müvafiq analizlər aparılmalıdır.

Dərmana qarşı allergiyanız təsdiqlənibsə, istifadə etməməli dərmanların siyahısını həkiminizdən soruşun və onu yanınızda saxlayın. Bu, sizin üçün vacibdir.

Çarpaz dərman reaksiyalarının qarşısını almaq üçün xəstə öz dərman allergiyası barədə həkiminə məlumat verməlidir.

Dərman allergiyalarının müvəqqəti yoxsa daimi olub-olmaması barədə kifayət qədər məlumat yoxdur. Bu səbəblə xəstə həkimi tərəfindən qiymətləndirildikdən və lazımi analizlər edildikdən sonra dərman allergiyasının davam edib-etmədiyinə qərar verilməlidir.

Allergiya dərmanları

Allergiya dermanları müxtəlif formalarda istehsal olunur: həb, məhlul, sprey, damcı, krem, inyeksiya və inhalyasiya şəklində. Allergik reaksiyalarda istifadə olunan bəzi dərmanlar ilə tanış olaq.

Antihistaminlər allergiya dermanlari arasında istifadəsinə görə birinci yerdədir. Hiperhəssaslıq reaksiyasının simptomlarına səbəb olan histamin adlı kimyəvi maddənin sintezini bloklayırlar.

Həb və məhlullar oral antihistaminlərə aiddir. Onlar burun axması, qaşınma, köpüşüklük və digər allergiya simptomlarını aradan qaldırır. Bu dərmanlardan istifadə edərkən diqqətli olmalısınız, çünki bəziləri sizə yuxululuq və yorğunluq verir. Antihistamin tərkibli burun spreyləri asqırma, qaşınma, burun axması və tıxanıqlığını aradan qaldırmağa kömək edir. Yan təsirləri arasında dildə acı dad, yuxululuq və yorğunluq hissi ola bilər. Kortikosteroidlər allergiya dermanlari arasında önəmli yerə malikdir. Çox müxtəlif formalarda istehsal olunur. Oral kortikosteroidlər hər növ allergik reaksiyanın səbəb olduğu ağır simptomları müalicə etmək üçün yararlıdır. Uzunmüddətli istifadə osteoporoz, əzələ zəifliyi, mədə xorası və s. problemlərə səbəb ola bilər. Digər bir variantı – damcı şəklində olan kortikosteroidlər gözdəki inadkar qaşınma, qızartını başqa allergiya dermanlari ilə aradan qaldırmaq mümkün olmadıqda istifadə edilir. Kortikosteroid kremlər isə allergik dəri reaksiyalarını aradan qaldırmaqda olduqca effektivdir. Güclü kortikosteroidlərin uzunmüddətli istifadəsi dərinin nazilməsi və hormonal disbalansa səbəb olacağından mütləq dermatoloq nəzarəti ilə tətbiq olunmalıdır. Digər qrup prepartlar mast hüceyrə stabilizatorlarıdır. Mast hüceyrə stabilizatorları immunitet sistemində allergik reaksiyalara səbəb olan kimyəvi maddələrin ifrazına maneə törədir. Onlara daha çox antihistaminlər təsir etmədikdə üstünlük verilir.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!