Krioterapiya

Krioterapiya

Krioterapiya

Krioterapiya son 30-40 ildə dermatologiyada geniş tətbiq olunmağa başlayan effektiv müalicə üsuludur. Aşağı temperaturdan istifadə edərək sağlam olmayan dəri toxumasının bərpasına yönəlmişdir. El arasında dondurulma və ya buz terapiyası kimi də tanınır.

Hələ 2500 il bundan əvvəl misirlilərin müxtəlif xəsarətlər, Hippokratın iltihab və ağrılar üçün buz müalicəsi tətbiq etdiyi elmə məlumdur. Yunan dilindən tərcümədə məhz “soyuq ilə müalicə” mənasını verən krioterapiya asan və tez nəticə aldığımız müasir metoddur.

Krioterapiya nədir?

Müəyyən bir nahiyə və ya bütün bədənin bir müddət həddindən artıq soyuğa məruz qalaraq zədələnmiş toxumaların müalicəsini təmin edən dermatoloji üsuldur. Bu müalicə proseduru ilk dəfə Yaponiyada tətbiq edilib. Müalicə zamanı -60 ilə -140 dərəcəyə qədər soyudan qaz və ya maye azotdan istifadə edilir. Krioterapiya dəri ləkələri, xal, ziyil və sızanaq izlərinin müalicəsində tez-tez istifadə olunur. Ağrısız bir üsul olub servikal eroziya, yəni uşaqlıq boynu zədələnməsinin müalicəsində də effekivdir.

Krioterapiya hansı xəstəliklər üçün faydalıdır?

Krioterapiya patoloji dəri toxumasını nəzarət altında zədələyib xəstə hüceyrələri məhv etmək imkanı verir. Prosedur zamanı ən çox maye azotdan istifadə olunur. Dəri temperaturunu sıfırdan çox aşağıya endirməklə idarə olunan toxuma itkisi əldə edilir ki, bu da zamanla daha sağlam və yeni dəri hüceyrələrini əmələ gətirir. Çox təsirli, ağrısız olması krioterapiyaya tələbatı artırmışdır. Bu prosedurdan ən çox aşağıdakı dermatoloji problemlər zamanı faydalanmaq mümkündür:

  • Genital ziyillər
  • Ət xalları
  • Uşaqlıq boynu eroziyası
  • Leykoplaziya
  • Bowen xəstəliyi
  • Dəri xərçəngləri
  • Dırnaq batması
  • Epidermal kista
  • Döyənək (mazol)
  • Dermatofibromalar

Bu hallar xaricində də onun istifadə olunduğu sahələr vardır. Məsələn, uşaqlıq ziyilləri, yaşlılıq ləkələri və günəş ləkələri kimi bir çox dermatoloji və kosmetik problemdə tətbiq oluna bilər. Əlavə təsir kimi bəzən tətbiq yerində rəng dəyişikliyi ola bilər, adətən açıq rəngli insanlarda bu cür problem yaranmır. Krioterapiya terapevtik bir prosedur olduğundan tək və ya digər prosedurlar ilə birlikdə istifadə edilə bilər. Qısa müddət (10-15 dəqiqə) ərzində və anesteziyaya ehtiyac olmadan həyata keçirilə bilən prosedurdur. Xəstə üçün rahat metoddur, müalicədən dərhal sonra normal həyatına davam edə bilər. Bununla yanaşı, əvvəl və sonra nəzərə alınmalı olan bəzi məqamlar vardır. Bunlara da nəzər yetirək.

Krioterapiyadan əvvəl və sonra nələrə diqqət etməli?

Krioterapiya üçün istifadə olunan maye azot (qaynama temperaturu -196°C) xüsusi çənlərdə saxlanılır. Ehtiyac yarandıqda sprey və ya xüsusi aparat və ucluqlar ilə sıx təmasda olmaqla dəriyə vurulur. Dəri zədəsinin növü, ölçüsü, yeri, xoş və ya bədxassəli olub-olmamasına görə tətbiq texnikası və dozası barədə dermatoloq qərar verir. Prosedurdan əvvəl həkim müayinəsindən keçmək lazımdır. Prosesi sizə həkiminiz izah edəcəkdir. Müalicədən sonra bir neçə həftə ərzində prosedurun tətbiq olunduğu nahiyələrdə boşluqların yaranması mümkündür. Bu, maye azotun təsiri ilə zədələnmiş ölü hüceyrələrdən qaynaqlanır. Xüsusilə uşaqlıq boynu eroziyasının müalicəsində krioterapiya tətbiq edilirsə, bu sahə infeksiyaya çox açıq olacağı üçün cinsi əlaqəyə girmək məsləhət deyil. Həmin dövr təxminən 3-4 həftə çəkir. Uşaqlıq boynu eroziyasının müalicəsindən sonra tampon istifadə etməməyə, hovuz, cakuzi kimi infeksiya riski olan yerlərdən uzaq durmağa diqqət yetirmək vacibdir.

Müalicədən sonra bir neçə gün ərzində qızartı və qabarıqlıq kimi müvəqqəti problemlər də yarana bilər, lakin qısa müddətdə aradan qalxır. Krioterapiya ilə müalicə olunan zədəli toxumanın tamamilə quruması və sağalması 10-20 gün çəkə bilər. Lazım olan kremlər və günəşdən qoruyucu vasitələrlə bu dövrü problemsiz başa vurmaq mümkündür. Bundan əlavə, krioterapiya bütün yaş qruplarına, hamilə və süd verən analara tətbiq oluna bilən qısamüddətli, maddi cəhətdən də sərfəli dermatoloji müalicə üsuludur.

Krioterapiyanın əlavə təsirləri var?

Krioterapiya 100 faiz təhlükəsiz prosedurdur. Lakin bəzi hallarda aşağıdakı vəziyyətlər yarana bilər. Bunlar təxminən bir həftə ərzində keçib gedir.

  • Müalicə olunan ərazidə qızartı
  • Ağrı
  • Ödem və şişkinlik
  • Dərinin qıcıqlanması
  • Dəri rənginin dəyişməsi
  • Çapıq əmələ gəlməsi

Krioterapiyanın üstünlükləri nələrdir?

Krioterapiyanın üstünlükləri nələrdir?

Hər müalicənin özünəməxsus faydaları olduğu kimi, krioterapiya metodunun da öz üstünlükləri var. Bunlar aşağıdakılardır:

  • Ziyillərin təkrarlanma ehtimalını azaldır.
  • Çox təhlükəsiz bir prosedurdur və uğurlu nəticələr əldə edilir.
  • Müalicə qısa zaman müddətində baş verir və xəstə həddindən artıq ağrı hiss etmir.
  • Əksər hallarda anesteziya olmadan həyata keçirilir.
  • Xəstələr əməliyyatdan sonra qısa müddət ərzində gündəlik həyatına qayıda bilir.

Krioterapiya neçə seans davam edir?

Prosedurun neçə seans çəkəcəyi xəstəliyin növü, patoloji nahiyənin ölçü və dərinliyindən asılıdır. Əksər insanlarda 1-2 seansda təsirini göstərdiyi halda, bəzi hallarda 5-6 seansa qədər davam etməyə ehtiyac olur. Dəridəki zədənin ölçüsü böyükdürsə, seansların sayı da buna uyğun olaraq artır. Lakin seans sayının artması müalicə və dəri baxımından heç bir risk yaratmır.

Krioterapiya qiymətləri necə müəyyən edilir?

Hər prosedurda olduğu kimi qiymətlər tətbiq olunacaq nahiyəyə görə dəyişir. Onun ölçüsü, dərinliyi, seans sayı və müalicənin keyfiyyəti qiymətlərdə fərq yaradan meyarlardır. Krioterapiya qiymətləri və prosedurun bütün texniki detalları haqqında ətraflı məlumatı bizimlə əlaqə yaradaraq öyrənə bilərsiniz.


Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!