Seboreya dermatiti

Seboreya dermatiti

Seboreya dermatiti

Seboreya dermatiti – geniş yayılmış dəri xəstəliyidir. Dünya əhalisinin 2-6%-də rast gəlinir. Əsasən 20-50 yaş arası, xüsusilə kişilərdə daha çox müşahidə olunur.

Dərinin piy vəziləri ilə zəngin olan bölgələrində  – saçlı dəri, qulaq, üz (qaşlar, kipriklər, göz qapaqları, burun), sinə, bəzi hallarda qasıq bölgəsi və kürək nahiyyəsində də müşahidə olunur. Həmin nahiyyələrdə dəridə qızartı, sarı rəngli, yağlı qabıqlara (kəpəklərə) rast gəlinir. Bəzi hallarda şiddətli qaşıntı da ola bilər.

Bir çox hallarda yenidoğulmuşlarda da seboreya dermatiti müşahidə olunur. İlk aylarda saçlı dəridə, xüsusilə alın və təpə paylarında sarı rəngli yağlı qabıqlara rast gəlmək mümkündür. Buna beşik başlığı (Cradle cap) deyilir. Əsasən bir neçə ay ərzində həmin qabıqlar tədrıcən təmizlənir.  

Qış aylarında xəstəliyin əlamətləri kəskinləşir. Bu zaman qızartı, qabıqlanma, qaşınma daha da artır. Yay aylarında isə havanın daha nəmli olması və günəş şüalarının təsiri nəticəsində xəstəlik yüngülləşir. 

Seboreya dermatiti xroniki bir xəstəlik olduğu üçün müəyyən vaxtdan bir təkrarlaya bilər və uzun müddət profilaktik müalicəyə ehtiyac görülür.  Müalicədə əsas məqsəd kəpək və qaşıntının azaltmaq, dəri səthində olan göbələk infeksiyasının qarşısını almaqdır.

Saçlı dəridə müşahidə olunduğu zaman selenium-sulfid, ketokonazol, sink pirition, qətran və s. tərkibli şampunlardan istifadə etmək olar. Bu zaman saçlı dəridəki qabıqları öncə müxtəlif yağlarla yumşaltmaq olar. Sonra yuxarıda tövsiyyə olunan şampunlardan istifadə etdikdə kəpək və qaşıntı hiss olunacaq dərəcədə azalır. Bu cür müalicəvi şampunlar həftədə 2-3 dəfə istifadə oluna bilər.

Üz nahiyyəsində olan seboreya dermatitinin müalicəsində kortikosteroid tərkibli kremlər (mometasone furoate, methylprednisolone və s.) qısa müddətli, xüsusən qaşıntı və kəpəyin kəskin olduğu dövrlərdə isitifadə oluna bilər. Qaşıntı və qızartı keçdikdən sonra ketokonazol, klotrimazol tərkibli kremləri uzun müddətli istifadə etmək tövsiyyə olunur.Yerli müalicəyə tabe olmayan, və daha ağır formalarda isotretinoin, sistemik steroidlər də təyin oluna bilər.

Dr. Rəşad İsayev - Həkim Dermatokosmetoloq

Dr. Rəşad İsayev

Tibb üzrə fəlsəfə doktoru (PhD) | Həkim Dermatokosmetoloq
EADV Üzvü IDS Üzvü AAD Üzvü Salutem Klinikası

Dr. Rəşad İsayev – European Academy of Dermatology and Venereology, International Dermoscopy Society və American Academy of Dermatology-nin həqiqi üzvüdür. Hal-hazırda Salutem Dermatoloji Klinikasında Həkim dermatokosmetoloq kimi fəaliyyət göstərir.

2014-cü ildə «Akne elementlərinin qarışıq mikrobiota ilə yoluxması zamanı Acne Vulgarisin patogenezinin xüsusiyyətləri» mövzusunda tədqiqatlarını müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Təhsil və Beynəlxalq Təcrübə

  • Mount Sinai (ABŞ): Cosmetic & Dermatologic Surgery Fellowship (2013)
  • Harvard Medical School (ABŞ): Laser & Aesthetic Skin Therapy Course (2013)
  • Bologna, Salzburg, Graz, King's College London klinik təcrübələri

Fəxri Üzvlüklər

  • EADV: European Academy of Dermatology & Venereology
  • IDS: International Dermoscopy Society
  • TAD / RAD: Turkish & Russian Academy of Dermatology

Əlaqə

Ünvan: Nazim Hikmet 66, yasamal, Baku 1100

Əlaqə: +994 50 309 11 13
Əlaqə: +994 50 880 11 13
      Əlaqə: +994 77 880 11 13
error: Məlumatların kopyalanması qadağandır!